Redaktor
"Nvidia" süni intellekt çiplərindən 1 trilyon dollar gəlir gözləyir
"Nvidia" şirkətinin baş icraçı direktoru Censen Huan bildirib ki, şirkət 2027-ci ilə qədər qabaqcıl süni intellekt çipləri olan "Blackwell" və "Rubin" vasitəsilə ən azı 1 trilyon dollar gəlir əldə etməyi proqnozlaşdırır.
Valyuta.az xəbər verir ki, Huan şirkətin GPU Texnologiya Konfransında (GTC) çıxışı zamanı süni intellektin yaratdığı təsirin və artıq təqdim etdiyi dəyərin olduqca konkret olduğunu qeyd edib.
Son iki ildə “generativ süni intellekt” dövrünün başladığını xatırladan Huan bildirib ki, süni intellekt artıq yalnız müşahidə etmir, həm də orijinal məzmun yarada bilir: "Bu gün kod yazmaqla məşğul olan elə bir proqram mühəndisi yoxdur ki, bir və ya bir neçə süni intellekt agentinin dəstəyi olmadan işləsin".
Son iki ildə hesablama həcminə nəzər saldıqda, "Nvidia"nın qrafik emal vahidlərinə (GPU) olan tələbatın rekord səviyyəyə çatdığını deyən Huan “inanılmaz” miqdarda GPU göndərdiklərini və tələbatın artmaqda davam etdiyini vurğulayıb. Huan bildirib ki, süni intellektin düşünməsi, fəaliyyət göstərməsi, oxuması və məntiq yürütməsi üçün “çıxarım etməsi” vacibdir və son bir neçə ildə hesablama tələbi 1 milyon dəfə artıb.
O xatırladıb ki, ötən il "Blackwell" və "Rubin" çipləri üçün 2026-cı ilə qədər təxminən 500 milyard dollar həcmində tələbat proqnozlaşdırmışdı: "Hazırda isə 2027-ci ilə qədər ən azı 1 trilyon dollarlıq bazar görürəm. Hətta bu da kifayət etməyəcək, çünki hesablama tələbinin bundan xeyli yüksək olacağına əminəm".
Huan GTC çərçivəsində şirkətin yeni məhsulları və əməkdaşlıqları barədə də məlumat verib. O bildirib ki, "Nvidia"nın robot taksi platformasına daha dörd tərəfdaş qoşulub: "BYD, "Hyundai", "Nissan" və "Geely".
Huan qeyd edib ki, bu şirkətlər birlikdə ildə 18 milyon avtomobil istehsal edir və "Toyota" və "GM" kimi əvvəlki tərəfdaşlarla birlikdə gələcəkdə robot taksilərin sayını kəskin şəkildə artıracaqlar.
Şirkətin "Uber" ilə də əməkdaşlıq etdiyini açıqlayan Huan, robot taksilərin bir neçə şəhərdə platformanın şəbəkəsinə inteqrasiya ediləcəyini bildirib.
Bundan əlavə, Huan oyun qrafikasını Hollivud səviyyəli vizual effektlərə yaxınlaşdırmağı hədəfləyən yeni nəsil görüntü texnologiyası "DLSS 5", modul istinad arxitekturası "BlueField-4 STX" və açıq model tərtibatçıları ilə süni intellekt mütəxəssislərini birləşdirən qlobal əməkdaşlıq təşəbbüsü olan "NVIDIA Nemotron Koalisiyası"nı təqdim edib.
O vurğulayıb ki, bu koalisiya çərçivəsində "Black Forest Labs", "Cursor", "LangChain", "Mistral AI", "Perplexity", "Reflection AI", "Sarvam" və "Thinking Machines Lab" şirkətləri öz təcrübələrini birləşdirərək modellərin inkişafına töhfə verəcəklər.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMüharibə hansı yanacağın qiymətini daha çox artıracaq? - Analitiklərin proqnozu
17.03.2026Təhsil kreditindən yararlanan tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirilib ®
17.03.2026Türkiyənin dollar milyarderi qadınları
17.03.2026“PAŞA Bank”ın keçmiş əməkdaşına “ABB”də vəzifə verildi
17.03.2026Prezident nazirlikdə müavinlərin sayını artırdı
17.03.2026Rabitəbank Ramazan və Novruz Bayramı ərəfəsində şəhid ailələrini ziyarət edib ®
17.03.2026"Nvidia" süni intellekt çiplərindən 1 trilyon dollar gəlir gözləyir
17.03.2026Rusiyaya məhsul ixracında milyardlıq azalma
17.03.2026
Vüsal Mahmudov müşavir təyin olundu
17.03.2026Dünyanın ən böyük qızıl ehtiyatına sahib ölkələr
17.03.2026Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların həcmi azalıb
17.03.2026Azərbaycanda ən aşağı sürətli internet provayderləri açıqlanıb
17.03.2026Bakı üçün yeni seriya buraxıldı
17.03.2026Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - CƏDVƏL
17.03.2026
Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?
17.03.2026İstifadəçilərin abunəliyi ləğv etməsini çətinləşdirən proseslərə görə 75 milyon dollar cərimə olundu
17.03.2026Emil Əhmədov müavin təyin edildi
17.03.2026Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib
17.03.2026