9 milyard dollarlıq yapon təyyarəsi bir sərnişin daşımadı -

Redaktor

17.03.2026 20:22
30

9 milyard dollarlıq yapon təyyarəsi bir sərnişin daşımadı - Səbəb nədir?

Yaponiyanın 9 milyard dollarlıq sərnişin təyyarəsi layihəsi uğursuzluqla nəticələnib. "Mitsubishi SpaceJet" adlanan layner bir nəfər belə sərnişin daşımadan ləğv edilib.

Valyuta.az xəbər verir ki, bu barədə "SupercarBlondie" yazıb.

Bu iddialı layihə Yaponiyanı yenidən mülki aviasiya bazarına qaytarmaq və böyük təyyarə istehsalçılarına rəqabət yaratmaq məqsədi daşıyırdı. Layihə 2008-ci ildə "Mitsubishi Heavy Industries" tərəfindən "Mitsubishi Regional Jet" adı ilə başladılıb. Təyyarə 70–90 sərnişin daşımaq üçün nəzərdə tutulmuş və yüksək yanacaq qənaəti ilə seçilməli idi.

Həmin dövrdə bazarda bu ölçüdə təyyarələrə tələbatın artacağı proqnozlaşdırılırdı. "Boeing" və "Airbus" kimi nəhənglərin bu seqmentdə aktiv olmaması layihəyə böyük ümidlər yaradırdı. Şirkət həmçinin "Boeing 787 Dreamliner" üçün hissələr istehsal etmək təcrübəsinə malik idi.

Buna baxmayaraq, layihə ciddi problemlərlə üzləşib. Təchizat zəncirindəki çətinliklər və dizayndakı çoxsaylı dəyişikliklər prosesi ləngidib. İlk uçuş 2013-cü il üçün planlaşdırılsa da, yalnız 2015-ci ildə baş tutub.

Əsas problemlərdən biri sertifikasiya mərhələsində ortaya çıxıb. Təyyarənin təhlükəsizlik təsdiqi üçün tələb olunan texniki sənədləşmə kifayət qədər aparılmayıb. Xüsusilə təxminən 23 min naqildən ibarət mürəkkəb elektrik sistemi ilə bağlı izahatların çatışmazlığı prosesi xeyli gecikdirib.

Vaxt uzandıqca xərclər də sürətlə artıb - ilkin 1,3 milyard dollar olan büdcə təxminən 9 milyard dollara çatıb. 2019-cu ildə layihə yenidən canlandırılmağa çalışılaraq “SpaceJet” adlandırılıb.

Lakin problemlər bununla bitməyib. Təyyarənin əsas versiyalarından biri ABŞ-da pilot həmkarlar ittifaqlarının qoyduğu çəki məhdudiyyətlərini aşıb və bu, şirkətin ən böyük bazarlardan birinə çıxışını faktiki olaraq bağlayıb.

Vəziyyət COVID-19 pandemiyası zamanı daha da ağırlaşıb və aviasiya sektorundakı qlobal tənəzzül layihəyə son zərbəni vurub. Nəticədə, 2023-cü ildə "Mitsubishi Heavy Industries" proqramı rəsmi olaraq ləğv edib və bütün prototiplərin sökülməsi qərarı verilib.

Beləliklə, Yaponiyanın ən ambisiyalı mülki aviasiya layihələrindən biri on ildən çox vaxt və milyardlarla dollar xərclənməsinə baxmayaraq, bir nəfər belə sərnişin daşımadan tarixə çevrilib.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək

17.03.2026

9 milyard dollarlıq yapon təyyarəsi bir sərnişin daşımadı - Səbəb nədir?

17.03.2026

Qlobal məlumat həcmi 181 zettabayta çatır, kiber risklər və xərclər artır

17.03.2026

2026-cı ildə marketinq trendləri: kiçik bizneslər üçün yeni imkanlar

17.03.2026

Müharibə hansı yanacağın qiymətini daha çox artıracaq? - Analitiklərin proqnozu

17.03.2026

Təhsil kreditindən yararlanan tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirilib ®

17.03.2026

Türkiyənin dollar milyarderi qadınları

17.03.2026

“PAŞA Bank”ın keçmiş əməkdaşına “ABB”də vəzifə verildi

17.03.2026

Prezident nazirlikdə müavinlərin sayını artırdı

17.03.2026

Rabitəbank Ramazan və Novruz Bayramı ərəfəsində şəhid ailələrini ziyarət edib ®

17.03.2026

"Nvidia" süni intellekt çiplərindən 1 trilyon dollar gəlir gözləyir

17.03.2026

Rusiyaya məhsul ixracında milyardlıq azalma

17.03.2026
Vüsal Mahmudov müşavir təyin olundu

Vüsal Mahmudov müşavir təyin olundu

17.03.2026

Dünyanın ən böyük qızıl ehtiyatına sahib ölkələr

17.03.2026

Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların həcmi azalıb

17.03.2026

Azərbaycanda ən aşağı sürətli internet provayderləri açıqlanıb

17.03.2026

Bakı üçün yeni seriya buraxıldı

17.03.2026

Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - CƏDVƏL

17.03.2026
Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?

Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?

17.03.2026

İstifadəçilərin abunəliyi ləğv etməsini çətinləşdirən proseslərə görə 75 milyon dollar cərimə olundu

17.03.2026

Məzənnə

Yüklənir...