Redaktor
İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun baş naziri ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani ilə görüşüb.
Valyuta.az "AZƏRTAC"a istinadən xəbər verir ki, Məsrur Bərzani İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin salamlarını Prezident İlham Əliyevə çatdırıb.
Salamlara görə minnətdarlığını bildirən dövlətimizin başçısı onun da salamlarını Neçirvan Bərzaniyə çatdırmağı xahiş edib.
Söhbət zamanı Məsrur Bərzaninin ölkəmizə səfərləri və Prezident İlham Əliyevlə görüşləri məmnunluqla xatırlanıb.
Görüşdə iqtisadi, ticari, mədəni, humanitar əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycan vətəndaşları Türkiyədən nə qədər mənzil alıb?
20.01.20262026-cı ilin ən varlı 10 milyarderi - SİYAHI
20.01.2026İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun baş naziri ilə görüşüb
20.01.2026"ClickHouse" 400 milyon dollar investisiya alıb
20.01.2026Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 mlrd. dollar olub
20.01.2026Bakı metrosunda interval azaldılacaq? - Rəsmi
20.01.2026Stolüstü kompüter istehsalı 52% azalıb
20.01.2026