İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb

Redaktor

20.01.2026 17:07
302

İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşüb.

"Report"un İsveçrəyə ezam olunan əməkdaşı xəbər verir ki, söhbət zamanı ölkəmizlə AYİB arasında qurulmuş əməkdaşlıqdan məmnunluq ifadə olundu, bankın Azərbaycanda bir sıra uğurlu layihələr icra etdiyi bildirildi. Bu xüsusda bank tərəfindən ölkəmizin bir sıra bölgələrində, o cümlədən Gəncədə və Şəkidə su sektorunda müxtəlif layihələrin həyata keçirilməsi qeyd edildi, Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı çərçivəsində qəbul olunmuş layihələrin maliyyələşdirilməsi ilə bağlı müzakirələr aparıldı.

Görüşdə, həmçinin bərpaolunan enerji sektorunda fəaliyyətin, Naxçıvanın nəqliyyat sisteminin yenilənməsinin, ölkəmizin ayrı-ayrı bölgələrində məişət tullantılarının zərərsizləşdirilməsi layihələrinin maliyyələşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Söhbət zamanı Azərbaycanda bank sektoru, həmçinin sahibkarlığın inkişafı, yerli və xarici iş adamları üçün səmərəli investisiya mühitinin yaradılması istiqamətində dövlət tərəfindən həyata keçirilən işlərdən danışıldı.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

10 gündə 40 mindən çox amerikalı Yaxın Şərqdən qaçdı

10.03.2026

Ekspert: 2026 pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir

10.03.2026

Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb

10.03.2026

"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat

10.03.2026

Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası

10.03.2026

Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı  - Fotolar

10.03.2026

Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…

10.03.2026

Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib

10.03.2026

Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?

10.03.2026

“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib

10.03.2026

Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı

10.03.2026

C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb

10.03.2026

Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur

10.03.2026

Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib

10.03.2026

Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı

10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar

2026-cı il üçün Bakıda ən yaxşı startaplar

10.03.2026

SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır

10.03.2026
"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur"

"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur" - Bank eksperti

10.03.2026

“Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb

10.03.2026

"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

10.03.2026

Məzənnə

Yüklənir...