İki tələbənin diplom işindən yaranan startap 10 milyon müştərisi olan şirkətə çevrildi

Redaktor

11.06.2026 08:30
375

İki tələbənin diplom işindən yaranan startap 10 milyon müştərisi olan şirkətə çevrildi

Bu gün Avropanın ən uğurlu istehlak məhsulu startaplarından biri hesab olunan "Air Up" layihəsi Almaniyada iki məhsul dizaynı tələbəsinin diplom işi kimi başlayıb.

Valyuta.az xəbər verir ki, layihənin müəllifləri dizayn universitetində məhsul dizaynı təhsili alan Lena Yüngst (Lena Jüngst) və Tim Yegerdir (Tim Jäger).

Onlar 2016-cı ildə bakalavr diplom işi çərçivəsində "Neuroscience Meets Design" ("Neyroelm və Dizayn") mövzusu üzərində işləyirdilər. Layihənin əsas məqsədi insanların şəkər və süni əlavələrdən istifadə etmədən daha çox su içməsinə kömək etmək idi. Bu sual onları insanın dad hissinin necə formalaşdığını araşdırmağa yönəltdi. Araşdırmalar nəticəsində onlar müəyyən ediblər ki, insanların qəbul etdiyi dad hissinin böyük hissəsi qoxu ilə əlaqəlidir. Məhz bu müşahidə sonradan "Air Up" texnologiyasının əsasını təşkil edib.

"Air Up" butulkasının ağız hissəsində xüsusi aroma kapsulları yerləşir. İstifadəçi su içərkən həmin kapsullardan keçən aromalı havanı da qəbul edir. Beyin bu qoxunu dad kimi emal etdiyindən, adi su limon, şaftalı, kola və digər dadlarda hiss olunur. Bu proses elmdə retronazal qoxu qəbulu (retronasal olfaction) adlanır.

İlk prototiplər universitet layihəsi çərçivəsində hazırlanıb. Daha sonra qida texnologiyası üzrə təhsil alan Fabian Şlanq (Fabian Schlang) komandaya qoşularaq aroma kapsullarının hazırlanmasında iştirak edib. Sonradan layihəyə biznes tərəfdaşları və investorlar da cəlb olunub.

"Air Up" 2018-ci ildə rəsmi olaraq şirkətə çevrilib və məhsul 2019-cu ildə Almaniya bazarında satışa çıxarılıb. Şirkət ilk altı həftə ərzində təxminən 80 min butulka satmağa nail olub.

Lena Yüngst sonrakı müsahibələrində bildirib ki, ideyanın yaranmasına neyroelm mövzusunda TED çıxışları da təsir göstərib. Onun sözlərinə görə, komanda insan beyninin dad və qoxunu necə qəbul etdiyini dizayn həlləri ilə birləşdirməyə çalışıb.

Universitet auditoriyasında yaranan ideya qısa müddətdə sürətlə böyüyən biznesə çevrilib. "Air Up" fəaliyyətə başladığı dövrdən indiyədək 70 milyon ABŞ dollarından çox investisiya cəlb edib. Şirkətin investorları arasında "PepsiCo Ventures" də yer alır.

Şirkətin maliyyə göstəriciləri də diqqət çəkir. "Air Up"un dövriyyəsi 2020-ci ildə təxminən 30 milyon avro, 2021-ci ildə 100 milyon avro, 2022-ci ildə isə 160 milyon avro təşkil edib. Məlumatlara görə, sonrakı illərdə şirkətin illik gəliri 200 milyon avro həddini keçib.

2025-ci ilin əvvəlinə olan məlumata əsasən, "Air Up"ın məhsullarından istifadə edən müştərilərin sayı 10 milyonu ötüb. Şirkət hazırda 14 ölkədə fəaliyyət göstərir.

Ekspertlərin fikrincə, "Air Up"un uğurunun əsas səbəblərindən biri onun biznes modelidir. Şirkət əsas gəlirini butulka satışından deyil, istifadəçilərin mütəmadi olaraq aldığı aroma kapsullarından əldə edir. Bu model printer və kartric prinsipi ilə müqayisə olunur: əsas məhsul satıldıqdan sonra təkrar istifadə olunan hissələr şirkətə davamlı gəlir qazandırır. Bu səbəbdən layihə son illərin ən uğurlu "diplom işindən yaranan startap" nümunələrindən biri hesab olunur.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

BMU-nun məzun gününü təşkil edəcək şirkət məlum oldu

11.06.2026

Müddətli əmanətlərə ən yüksək faiz verən 5 iqtisadi region

11.06.2026

İstifadəçilər "Instagram"da nə görəcəklərinə özləri qərar verəcək

11.06.2026

Sakit okeanda 18 trilyonluq qiymətli metallar tapıldı: Onları çıxarmaq qadağandır

11.06.2026

Turizm Agentliyi eyni şirkətlə müqavilələrin sayını 6-ya yüksəldib

11.06.2026

"Volkswagen" Almaniyada 19 min iş yerini ixtisar edəcək

11.06.2026

Trampın "heç kimin bilmədiyi" neft sirri nədir?

11.06.2026

İqtisadi Şuranın iclası keçirildi - Qurumlara tapşırıqlar verildi

11.06.2026

7 mlrd. dollar qiymətləndirmə ilə 1,4 mlrd. dollar investisiya aldı

11.06.2026

Bakıda bəzi dayanacaqlar söküləcək - AYNA 420 min manat ayırdı

11.06.2026

"Taxıl istehsalı bizim üçün strateji əhəmiyyətlidir" - Nazir

11.06.2026

Mərkəzi Bankın bank və BOKT-lara xalis tələbi 1,8 mlrd. manat azalıb

11.06.2026

AAYDA sədrinə iki müavin təyin edildi - FOTO

11.06.2026

“Zərifə Şadlıq Sarayı" yenidən təşkil olunur

11.06.2026

Yarım milyard dollar gəlir azalmasına görə 1000 işçini ixtisar edəcəklər

11.06.2026

Anar Bayramova müavin təyin edildi - FOTO

11.06.2026

Şərab şirkətinin "sənədsiz spirtə" görə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

11.06.2026

İşçilər uzaqdan işləmək üçün 10%-ə qədər maaş itirməyə hazırdır

11.06.2026

Bakıda məşhur şadlıq sarayının adı dəyişdi - FOTO

11.06.2026

Azərbaycanda həmin şəxslər işdən çıxarıla bilməz

11.06.2026

Məzənnə

Yüklənir...