Redaktor
İqtisadi Şuranın iclası keçirildi - Qurumlara tapşırıqlar verildi
İqtisadi Şuranın iclası keçirilib.
Valyuta.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, 11 iyun tarixində Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən İqtisadi Şuranın iclasının gündəliyində Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin təşkili ilə bağlı görülmüş işlər, həlli vacib infrastruktur məsələləri, strateji baxış və inkişaf perspektivləri, eləcə də Xidmət sektorunun iqtisadi artımda rolu və inkişaf potensialı, Xidmət sektorunda müəyyən edilmiş prioritet istiqamətlər və təkliflər və digər cari məsələlər ətraflı müzakirə olunub.
Gündəlikdə olan məsələlər üzrə Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, iqtisadiyyat naziri Mikayıl Cabbarovun təqdimatları dinlənilib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov çıxış ediblər.
İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təkliflər nəzərə alınmaqla müvafiq qərarlar qəbul olunub və aidiyyəti qurumlara tapşırıqlar verilib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSakit okeanda 18 trilyonluq qiymətli metallar tapıldı: Onları çıxarmaq qadağandır
11.06.2026Turizm Agentliyi eyni şirkətlə müqavilələrin sayını 6-ya yüksəldib
11.06.2026"Volkswagen" Almaniyada 19 min iş yerini ixtisar edəcək
11.06.2026Trampın "heç kimin bilmədiyi" neft sirri nədir?
11.06.2026İqtisadi Şuranın iclası keçirildi - Qurumlara tapşırıqlar verildi
11.06.20267 mlrd. dollar qiymətləndirmə ilə 1,4 mlrd. dollar investisiya aldı
11.06.2026Bakıda bəzi dayanacaqlar söküləcək - AYNA 420 min manat ayırdı
11.06.2026"Taxıl istehsalı bizim üçün strateji əhəmiyyətlidir" - Nazir
11.06.2026Mərkəzi Bankın bank və BOKT-lara xalis tələbi 1,8 mlrd. manat azalıb
11.06.2026AAYDA sədrinə iki müavin təyin edildi - FOTO
11.06.2026“Zərifə Şadlıq Sarayı" yenidən təşkil olunur
11.06.2026Yarım milyard dollar gəlir azalmasına görə 1000 işçini ixtisar edəcəklər
11.06.2026Anar Bayramova müavin təyin edildi - FOTO
11.06.2026Şərab şirkətinin "sənədsiz spirtə" görə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
11.06.2026İşçilər uzaqdan işləmək üçün 10%-ə qədər maaş itirməyə hazırdır
11.06.2026Bakıda məşhur şadlıq sarayının adı dəyişdi - FOTO
11.06.2026Azərbaycanda həmin şəxslər işdən çıxarıla bilməz
11.06.2026Azərbaycandan Ermənistana növbəti dəfə neft məhsulları ixrac olunacaq
11.06.2026Baş Prokurorluq: Süni intellektdən istifadə etməklə icazəsiz səs və görüntü yaymaq cinayət məsuliyyətinə səbəb olur
11.06.2026