Trampın "heç kimin bilmədiyi" neft sirri nədir?

Redaktor

11.06.2026 17:50
47

Trampın "heç kimin bilmədiyi" neft sirri nədir?

ABŞ-da illik inflyasiya 4,2 faizə yüksələrkən, Prezident Donald Trampın açıqlamaları müzakirələrə səbəb olub. 

Valyuta.az xəbər verir ki, Tramp "inflyasiyanı sevirəm" deyərək ABŞ-ın milyonlarla barel neft hasil etdiyini və İranın radar sistemlərinin sıradan çıxarıldığını iddia edib. Lakin ABŞ-ın energetika naziri Kris Rayt bu iddialarla bağlı məlumata malik olmadığını bildirib.

ABŞ-da son illərin ən yüksək inflyasiya göstəricilərindən biri qeydə alınıb. İllik inflyasiya səviyyəsinin 4,2 faiz olduğu ölkədə Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında diqqətçəkən fikirlər səsləndirib.

Tramp inflyasiya ilə bağlı danışarkən deyib: "İnflyasiyanı sevirəm. Bilirsiniz niyə? Çünki bu müharibə bitən kimi artıq bunu deyə bilərəm. İndiyədək bilmədiyiniz bir şey var. Bilirsinizmi, biz milyonlarla barel neft çıxarırıq. Bunu heç kim bilmir".

ABŞ Prezidenti enerji qiymətlərində mümkün eniş gözləntilərini ölkəsinin bölgədə həyata keçirdiyi hərbi fəaliyyətlərlə əlaqələndirib. Tramp çıxışında ABŞ-ın bölgədə gizli əməliyyatlar keçirdiyinə işarə edərək bildirib:

"Bilirsiniz bunu kim bilmir? İran. Ötən gecə gec saatlarda işıqsız şəkildə 22 gəmini batırdıq, çünki onların heç bir radar sistemi yoxdur. Çünki biz onların radarlarını darmadağın etdik".

Bu açıqlamalar Vaşinqtonda yeni müzakirələrə səbəb açıb.

Trampın neft hasilatı və əməliyyatlarla bağlı səsləndirdiyi iddialar ABŞ-ın energetika naziri Kris Rayta da ünvanlanıb. Nazir suala qısa cavab verərək bildirib: "Bu barədə məlumatım yoxdur".

Digər tərəfdən, ABŞ-da yüksələn inflyasiya əhali arasında ciddi narahatlıq doğurur. Xüsusilə Hörmüz boğazının tam bağlanması fonunda neft qiymətlərinin artdığı qeyd edilir.

Trampın inflyasiya ilə bağlı nisbətən rahat mövqeyi qarşıdan gələn aralıq seçkilər ərəfəsində yalnız müxalifətin deyil, həmçinin Respublikaçılar Partiyası daxilində bəzi dairələrin də diqqətini cəlb edir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Sakit okeanda 18 trilyonluq qiymətli metallar tapıldı: Onları çıxarmaq qadağandır

11.06.2026

Turizm Agentliyi eyni şirkətlə müqavilələrin sayını 6-ya yüksəldib

11.06.2026

"Volkswagen" Almaniyada 19 min iş yerini ixtisar edəcək

11.06.2026

Trampın "heç kimin bilmədiyi" neft sirri nədir?

11.06.2026

İqtisadi Şuranın iclası keçirildi - Qurumlara tapşırıqlar verildi

11.06.2026

7 mlrd. dollar qiymətləndirmə ilə 1,4 mlrd. dollar investisiya aldı

11.06.2026

Bakıda bəzi dayanacaqlar söküləcək - AYNA 420 min manat ayırdı

11.06.2026

"Taxıl istehsalı bizim üçün strateji əhəmiyyətlidir" - Nazir

11.06.2026

Mərkəzi Bankın bank və BOKT-lara xalis tələbi 1,8 mlrd. manat azalıb

11.06.2026

AAYDA sədrinə iki müavin təyin edildi - FOTO

11.06.2026

“Zərifə Şadlıq Sarayı" yenidən təşkil olunur

11.06.2026

Yarım milyard dollar gəlir azalmasına görə 1000 işçini ixtisar edəcəklər

11.06.2026

Anar Bayramova müavin təyin edildi - FOTO

11.06.2026

Şərab şirkətinin "sənədsiz spirtə" görə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

11.06.2026

İşçilər uzaqdan işləmək üçün 10%-ə qədər maaş itirməyə hazırdır

11.06.2026

Bakıda məşhur şadlıq sarayının adı dəyişdi - FOTO

11.06.2026

Azərbaycanda həmin şəxslər işdən çıxarıla bilməz

11.06.2026

Azərbaycandan Ermənistana növbəti dəfə neft məhsulları ixrac olunacaq

11.06.2026

Baş Prokurorluq: Süni intellektdən istifadə etməklə icazəsiz səs və görüntü yaymaq cinayət məsuliyyətinə səbəb olur

11.06.2026
Azərbaycanda orta maaşdan 4 dəfə çox qazananlar kimlərdir?

Azərbaycanda orta maaşdan 4 dəfə çox qazananlar kimlərdir?

11.06.2026

Məzənnə

Yüklənir...