Yarım milyard dollar gəlir azalmasına görə 1000 işçini ixtisar edəcəklər

Redaktor

11.06.2026 15:35
47

Yarım milyard dollar gəlir azalmasına görə 1000 işçini ixtisar edəcəklər

"Microsoft"un tərkibində fəaliyyət göstərən "Xbox" oyun bölməsi gələn ay genişmiqyaslı ixtisarlarla üzləşəcək. 

Valyuta.az xəbər verir ki, "The Verge" bu barədə şirkətin planları ilə tanış mənbələrə istinadən yayıb.

Bildirilir ki, ixtisarların hazırlanması korporasiya daxilində bir neçə həftədir davam edir. Xbox rəhbəri Aşa Şarma daha əvvəl əməkdaşlara “çətin qərarlar”ın qaçılmaz olduğunu bildirib. Mənbələrin ehtimalına görə, dəyişikliklər oyun studiyalarının strukturuna da təsir edə və bəzi bölmələrin bağlanmasına gətirib çıxara bilər. Daha əvvəl mediada "Xbox" üzrə təxminən 1000 işçinin ixtisar olunacağı barədə məlumatlar yayılmışdı.

“The Verge” qeyd edir ki, "Xbox" rəhbərliyi əməkdaşlara göndərdiyi daxili memorandumda şirkətin yaxın 100 gün üçün “Xbox"un yenidən qurulması proqramına başladığını açıqlayıb. Sənəddə göstərilir ki, son 5 ildə şirkət kontent, platforma və avadanlıq subsidiyaları üçün 20 milyard dollardan çox investisiya yatırıb, lakin bu dövrdə illik gəlir təxminən 500 milyon dollar azalıb.

Bundan əlavə, biznes üçün əsas çətinliklərdən biri kimi aparat istehsal xərclərinin kəskin artması göstərilir. Şirkətin qiymətləndirməsinə görə, 2027-ci ilin bayram mövsümünə qədər komponentlərin dəyəri iki il əvvələ nisbətən beş dəfədən çox artacaq. Yaddaş çipləri üzrə xərclərdə də oxşar artım müşahidə olunur.

"Xbox" rəhbərliyi yeni biznes modelinin və aparat sahəsində tərəfdaşlıqların axtarılacağını, həmçinin mövcud infrastrukturun modernləşdiriləcəyini bildirib. Şirkət oyun cihazları, PC, mobil platformalar və bulud axın xidmətləri istiqamətlərinin inkişafını davam etdirməyi planlaşdırır.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bakıda bəzi dayanacaqlar söküləcək - AYNA 420 min manat ayırdı

11.06.2026

"Taxıl istehsalı bizim üçün strateji əhəmiyyətlidir" - Nazir

11.06.2026

Mərkəzi Bankın bank və BOKT-lara xalis tələbi 1,8 mlrd. manat azalıb

11.06.2026

AAYDA sədrinə iki müavin təyin edildi - FOTO

11.06.2026

“Zərifə Şadlıq Sarayı" yenidən təşkil olunur

11.06.2026

Yarım milyard dollar gəlir azalmasına görə 1000 işçini ixtisar edəcəklər

11.06.2026

Anar Bayramova müavin təyin edildi - FOTO

11.06.2026

Şərab şirkətinin "sənədsiz spirtə" görə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

11.06.2026

İşçilər uzaqdan işləmək üçün 10%-ə qədər maaş itirməyə hazırdır

11.06.2026

Bakıda məşhur şadlıq sarayının adı dəyişdi - FOTO

11.06.2026

Azərbaycanda həmin şəxslər işdən çıxarıla bilməz

11.06.2026

Azərbaycandan Ermənistana növbəti dəfə neft məhsulları ixrac olunacaq

11.06.2026

Baş Prokurorluq: Süni intellektdən istifadə etməklə icazəsiz səs və görüntü yaymaq cinayət məsuliyyətinə səbəb olur

11.06.2026
Azərbaycanda orta maaşdan 4 dəfə çox qazananlar kimlərdir?

Azərbaycanda orta maaşdan 4 dəfə çox qazananlar kimlərdir?

11.06.2026

İşçiləri və iş yerlərini qoruyan sığortalarda nə qədər vəsait toplanıb?

11.06.2026

Sabah 34 dərəcə isti olacaq

11.06.2026

Azərbaycanda orta aylıq əməkhaqqı 71,5 manat artıb

11.06.2026
Öz vəsaiti hesabına ipoteka krediti verən banklar

Öz vəsaiti hesabına ipoteka krediti verən banklar - ŞƏRTLƏR

11.06.2026

Pensiyalar nə vaxt ödəniləcək?

11.06.2026

Kənd təsərrüfatını inkişaf etdirən 10 perspektivli startap

11.06.2026

Məzənnə

Yüklənir...