Mühəndislik işini tərk edib, qlobal media brendi qurdu

Redaktor

18.05.2026 08:30
336

Mühəndislik işini tərk edib, qlobal media brendi qurdu - SƏHƏR OXUSU

Nuseyr Yasin (Nuseir Yassin) İsraildə ərəb ailəsində böyüyüb. O, Harvard Universitetində iqtisadiyyat və kompüter elmləri üzrə təhsil alıb.

Valyuta.az xəbər verir ki, Universiteti bitirdikdən sonra ABŞ-da “Venmo” şirkətində proqram mühəndisi kimi işləməyə başlayıb. Həmin dövrdə texnologiya sektorunda yüksək maaşlı və sabit işi var idi.

Lakin bir müddət sonra o, korporativ həyatın özünü tam qane etmədiyini hiss etdiyini bildirib. Nuseyr Yasin sonradan müsahibələrində qeyd edib ki, həyatını daha fərqli keçirmək və insanlara real hekayələr göstərmək istəyirdi. Buna görə mühəndislik işindən ayrılmağa qərar verib.

2016-cı ildə o, “Nas Daily” layihəsinə başlayıb. Layihənin əsas ideyası hər gün cəmi bir dəqiqəlik video hazırlamaq idi. O, dünyanın müxtəlif ölkələrinə səyahət edir, insan hekayələri, fərqli mədəniyyətlər və maraqlı mövzular haqqında videolar çəkirdi. “Nas” sözü ərəb dilində “insanlar” mənasını verir.

Başlanğıcda layihə kiçik auditoriyaya malik idi. Lakin qısa, sürətli və emosional videolar sosial mediada sürətlə yayılmağa başladı. Nuseyr Yasin bir neçə il ərzində yüzlərlə video paylaşdı və fərqli ölkələrdən milyonlarla izləyici topladı.

Sonradan “Nas Daily” təkcə sosial media səhifəsi kimi qalmadı. Layihə media və kontent biznesinə çevrildi. Şirkət müxtəlif platformalar, təhsil layihələri və kontent istehsalı istiqamətində fəaliyyətini genişləndirdi.

Nuseyr Yasin xarici mediaya verdiyi müsahibələrdə dəfələrlə bildirib ki, onun əsas məqsədi insanlara dünyanı fərqli tərəfdən göstərmək idi. O, gündəlik bir dəqiqəlik videoları ilə şəxsi layihəni qlobal media brendinə çevirməyi bacardı.

Mayya Hüseynova 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Dünya Bankı iqtisadiyyatın artım proqnozunu azaldıb

11.06.2026

Məşhur şirkət yarım milyondan çox yolsuzluq avtomobilini geri çağırır

11.06.2026

BMU-nun məzun gününü təşkil edəcək şirkət məlum oldu

11.06.2026

Müddətli əmanətlərə ən yüksək faiz verən 5 iqtisadi region

11.06.2026

İstifadəçilər "Instagram"da nə görəcəklərinə özləri qərar verəcək

11.06.2026

Sakit okeanda 18 trilyonluq qiymətli metallar tapıldı: Onları çıxarmaq qadağandır

11.06.2026

Turizm Agentliyi eyni şirkətlə müqavilələrin sayını 6-ya yüksəldib

11.06.2026

"Volkswagen" Almaniyada 19 min iş yerini ixtisar edəcək

11.06.2026

Trampın "heç kimin bilmədiyi" neft sirri nədir?

11.06.2026

İqtisadi Şuranın iclası keçirildi - Qurumlara tapşırıqlar verildi

11.06.2026

7 mlrd. dollar qiymətləndirmə ilə 1,4 mlrd. dollar investisiya aldı

11.06.2026

Bakıda bəzi dayanacaqlar söküləcək - AYNA 420 min manat ayırdı

11.06.2026

"Taxıl istehsalı bizim üçün strateji əhəmiyyətlidir" - Nazir

11.06.2026

Mərkəzi Bankın bank və BOKT-lara xalis tələbi 1,8 mlrd. manat azalıb

11.06.2026

AAYDA sədrinə iki müavin təyin edildi - FOTO

11.06.2026

“Zərifə Şadlıq Sarayı" yenidən təşkil olunur

11.06.2026

Yarım milyard dollar gəlir azalmasına görə 1000 işçini ixtisar edəcəklər

11.06.2026

Anar Bayramova müavin təyin edildi - FOTO

11.06.2026

Şərab şirkətinin "sənədsiz spirtə" görə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

11.06.2026

İşçilər uzaqdan işləmək üçün 10%-ə qədər maaş itirməyə hazırdır

11.06.2026

Məzənnə

Yüklənir...