Redaktor
Məşhur şirkət yarım milyondan çox yolsuzluq avtomobilini geri çağırır
"Ford" ABŞ-da 548 463 avtomobili geri çağırır. Səbəb mərkəzi konsolun nasazlığıdır. Məlumatı ABŞ Milli Yol Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) yayıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Reuters" yazıb.
Geri çağırma 2018-2024-cü illərdə istehsal edilmiş bəzi "Ford Expedition" yolsuzluq avtomobillərinə aiddir. Problem mərkəzi konsoldakı xrom örtüklə bağlıdır - bu örtük zamanla qabara və soyula bilər. Nəticədə kəskin kənarlar yaranaraq sərnişinlər üçün xəsarət riski yaradır.
NHTSA-nın məlumatına görə, həmin hissə "Ford"un texniki tələblərinə uyğun olmayan şəkildə istehsal edilib.
Problemin aradan qaldırılması üçün diler mərkəzləri avtomobilləri yoxlayacaq və lazım gələrsə, mərkəzi konsolu pulsuz şəkildə dəyişdirəcək.
Bu, "Ford" avtomobilləri ilə bağlı son aylarda yaranan ilk problem deyil. Daha əvvəl şirkət ABŞ-da 419 967 avtomobili təhlükəsizlik kəmərlərindəki nasazlığa görə geri çağırmışdı. Kəmərlərin düzgün işləməməsi onların sərnişini lazımi şəkildə bərkitməməsi riskini yaradırdı.
Həmin geri çağırma "Ford Expedition" və "Lincoln Navigator" 2018-2022 modellərini əhatə edirdi. "Lincoln" markası "Ford Motor Company"yə məxsus premium brenddir.
Paşa Məmmədli