İctimai iaşə dövriyyəsi artıb

Redaktor

20.01.2026 18:41
140

İctimai iaşə dövriyyəsi artıb

2025-ci ildə Azərbaycanda ictimai iaşə dövriyyəsi 2 milyard 808 milyon 551,2 min manat təşkil edib.

Valyuta.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 434 milyon 263,2 min manat və ya 18,29% artım deməkdir.

Hesabat dövründə ictimai iaşə dövriyyəsinin 23 milyon 63,4 min manatı dövlət sektorunun payına düşüb. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 547,5 min manat və ya 7,19% çoxdur. Qeyd edək ki, ötən ilin eyni dövründə dövlət sektorunda ictimai iaşə dövriyyəsi 21 milyon 515,9 min manat olub.

Qeyri-dövlət sektorunda isə ictimai iaşə dövriyyəsi 2 milyard 785 milyon 487,8 min manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 432 milyon 715,7 min manat və ya 18,39% artım göstərib. 2024-cü ilin müvafiq dövründə qeyri-dövlət sektorunda dövriyyə 2 milyard 352 milyon 772,1 min manat olub.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...