Redaktor
Hazır ev almaq sərfəlidir, yoxsa torpaq alıb ev tikmək?
Son vaxtlar iqtisadi şərtlər və tikinti bazarında tez-tez yaranan dəyişikliklər səbəbi ilə insanlar ev almaq və yaxud tikməklə bağlı seçim qarşısında qalırlar. Təbii ki, insanlar özünə sərfəli olanı seçəcəklər. Bəziləri düşünür ki, hazır ev almaq daha sərfəlidir, bəziləri isə əksinə, ev tikməyin daha ucuz başa gəldiyi qənaətindədirlər.
Hansı daha ucuz başa gəlir?
ATMİA üzvü, “Estimator” şirkətinin rəhbəri Bədir Qədirov Valyuta.az-a bildirdi ki, eyni keyfiyyətdə məhsuldan istifadə olunsa, tikinti xərclərində ciddi fərq yaranmır. Burada qiymət fərqi yaradan əsas məsələ hansı ərazidə olması və sənəd məsələsidir:
“Konkret demək olmaz ki, ev tiksən, daha ucuz başa gələr, yaxud əksinə almaq daha sərfəlidir. Çünki burada əsas olan torpaq faktorudur. Evin şəhərin hansı tərəfində tikilməsindən və yaxud alınmasından söhbət gedir. Ev tikiləcək və yaxud alınacaq ərazidən, torpaqdan çox nüans asılıdır. Elə ərazilər var ki, torpaq evin tikiləcəyi qiymətə yaxındır, elə torpaq ərazisi də var ki, ucuz və sərfəlidir”.
“Sənədli torpaq azdır”
B.Qədirov ev və ya torpaq alarkən, insanların gözardı etdiyi məsələlərə toxundu:
“Bəzən insanlar sənədsiz evin qiymətinə baxırlar. Görür ki, özü torpaq alıb ev tiksə, baha başa gələcək. Sənədsiz evlər adətən, daha ucuz təklif olunur. Yaxud da deyir ki, sənədli ev baha almaqdansa, sənədsiz torpaq alıb özüm tikərəm, bu ucuz olacaq. Amma ucuza qaçmaqdansa, torpaq və ya ev alarkən sənədin olub-olmamasını mütləq yoxlamaq lazımdır. Unutmayaq ki, sənədsiz torpaq və ya ev ucuz ola bilər, amma bunun problemləri sonradan ortaya çıxır”.
“Şəhərin mərkəzində yaşamaq baha-başa gəlir”
B.Qədirov şəhərin baha və ucuz ərazilərindən danışdı:
“Torpaq və ya ev alarkən şəhərin hansı ərazisində almaq istədiklərinə insanlar yaxşı baxmalıdır. Çünki şəhərin müxtəlif yerlərində qiymətlər arasında olduca fərq var. Məsələn, nümunə olaraq, Masazır ərazisini götürsək, torpaq alıb tikmək sərf edir. Amma şəhərin mərkəzində - Neftçilər, Qara Qarayev, Nərimanov və.s kimi ərazilərdə torpaq çox bahadır. Bu ərazilərdə bina evi almaq sərf edir. Qeyd etdiyim kimi bu məsələyə bir mənalı fikir bildirmək çətindir. Çünki torpağın və ya hazır evin alınmasında toxunduğum məsələlər ortaya çıxır”.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər10 gündə 40 mindən çox amerikalı Yaxın Şərqdən qaçdı
10.03.2026Ekspert: 2026 pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir
10.03.2026Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb
10.03.2026"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat
10.03.2026Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası
10.03.2026Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı - Fotolar
10.03.2026Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…
10.03.2026Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
10.03.2026Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?
10.03.2026“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib
10.03.2026Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı
10.03.2026C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb
10.03.2026Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur
10.03.2026Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib
10.03.2026Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı
10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar
10.03.2026SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır
10.03.2026