Maaş 400-1500 - Hansı maaşı verəcəklər?

Redaktor

29.07.2025 13:15
1,005

Maaş 400-1500 - Hansı maaşı verəcəklər?

Bəzi iş elanlarında maaş aralığı geniş göstərilir. Məsələn, "400-1500 manat" və ya buna bənzər nümunələrə rast gəlinir. İş müsahibəsindən çıxan namizədlər isə sosial şəbəkələrdə belə statuslar paylaşırlar: "Elanlarda maaş aralığını geniş yazırlar, amma müsahibəyə gedəndə minimum məbləğ təklif edirlər." Məsələn, "400-1500 manat" aralığı göstərilsə də, reallıqda namizədə sadəcə 400 manat təklif olunur. Belə hallarda sual yaranır: "Əgər 1500 manat təklif edilməyəcəksə, bu rəqəm niyə göstərilib?"

Bu tip fikirlər tez-tez səsləndirilir və ictimai müzakirələrə səbəb olur. Bu yanaşma nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı Valyuta.az saytına danışan İnsan Resursları üzrə ekspert, Karyera və Liderlik üzrə holistik kouç Nərgiz Seyidzadə bildirib ki, hər bir şirkətin öz əməkhaqqı siyasəti var və əgər bu siyasət qanunvericilik çərçivəsindədirsə, bu tamamilə şirkətin sərbəst qərarıdır:

“Qanunvericilik bu kimi əmək münasibətlərinə aid məsələləri müəyyənləşdirib. Buna görə də hər hansı bir şirkətin atdığı addımı ümumiləşdirərək qiymətləndirmək çətindir. Fərdi olaraq hər şirkətin əməkhaqqı siyasəti barədə əlimizdə dəqiq məlumat olmadığı üçün bir mənalı fikir söyləmək mümkün deyil”.

Ekspertin sözlərinə görə, amma ümumi bir tendensiyanı müşahidə edərək bəzi nəticələrə gəlmək mümkündür. 

“Əgər bir şirkət vakansiyada çox geniş maaş aralığı göstərirsə, bu bir neçə amildən xəbər verə bilər. Birincisi, şirkət vakansiyaya ciddi yanaşmır və bazarın nəbzini yoxlamaq istəyir. Belə yanaşma, adətən əmək bazarındakı qiymətləri və potensial namizədlərin tələblərini öyrənmək məqsədi daşıyır. İkinci hal kimi şirkətin oturuşmuş əməkhaqqı siyasəti yoxdur. Maaş aralığı fərdi və qeyri-peşəkar yanaşma nəticəsində müəyyən olunubsa, bu o deməkdir ki, şirkətdə sistemli qərarvermə prosesi yoxdur. Belə halda işçinin gələcəkdə əmək münasibətlərində heç bir təminatı olmaya bilər. Üçüncüsü isə şirkətdə maliyyə savadlılığı zəifdir. Əgər maaş siyasəti plansız və qeyri-peşəkar şəkildə aparılırsa, bu, o deməkdir ki, şirkət maliyyə risklərini düzgün dəyərləndirə bilmir. Nəticədə müxtəif risklər ola bilər. Onlardan biri məsələn işçi gələcəkdə ixtisara düşə, struktur dəyişikliyi səbəbindən işini itirə bilər”.

N.Seyidzadə qeyd edib ki, məsələn, əgər bir vakansiyada 500-2000 manat maaş aralığı göstərilibsə, bu, namizədə avtomatik olaraq 500 manat təklif ediləcəyi anlamına gəlmir: 

“Bu məsələ danışıqlar prosesində müəyyən olunur. Namizəd öz peşəkarlığını, təcrübəsini və əmək bazarındakı dəyərini düzgün təqdim edə bilirsə, şirkət minimum təkliflə kifayətlənməyəcək. Geniş maaş aralıqları daha çox satış və ya nəticəyə bağlı digər sahələrdə müşahidə olunur. Belə hallarda əsas maaş (fiks) 500 manat ola bilər, lakin əlavə nəticə göstəricilərinə əsasən əməkhaqqı 2000 manata qədər yüksələ bilər".

Mütəxəssis qeyd edib ki, əgər bir şirkət ardıcıl olaraq hər namizədə minimum məbləği təklif edirsə, bu, onların əmək bazarındakı reputasiyasına mənfi təsir göstərəcək:

"Nəticədə şirkət yalnız aşağı səviyyəli kadrlarla işləməyə məcbur qalacaq. Bu isə onların fəaliyyətinə və gələcək inkişafına ciddi təsir edə bilər.

Əmək bazarı təbii tənzimləmə mexanizminə malikdir. Şirkət necə əməkhaqqı siyasəti yürüdürsə, ona uyğun işçi tapa bilir. Ədalətsizliklər müəyyən müddətdən sonra aradan qalxır. Çünki tələb və təklif balansı mühitdə özünü göstərir və bu proses daim tənzimlənir.
Bu səbəbdən, əmək bazarındakı qeyri-bərabərliklər uzunmüddətli perspektivdə narahatlıq doğurmamalıdır. Çünki sistem özü özünü tənzimləyir və şirkətlər bu şəraitə uyğunlaşmaq məcburiyyətində qalırlar”.

Mayya Hüseynova

Maaş 400-1500 - Hansı maaşı verəcəklər?

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ekspert: Yeni ADINT izləmə metodu kibercasusluq sahəsini köklü şəkildə dəyişir

16.06.2026

Bu ölkə Cənub-Şərqi Asiyada kibercinayətkarlıq mərkəzinə çevrilir

16.06.2026

Oyun sahəsində karyera üçün ən gəlirli ölkələr hansılardır?

16.06.2026

Yeni Wi-Fi 8 standardı nələri dəyişəcək?

16.06.2026

Bakıda daha bir marşrutda bütün avtobuslar yenilənir

16.06.2026

“Sarvam” 234 milyon dollar investisiya alıb

16.06.2026

Bu il rekord sayda mərkəzi bank qızıl alacaq - "Bloomberg"

16.06.2026

Bəzi rayonlarda külək güclənəcək - İyunun 18-dək sarı xəbərdarlıq

16.06.2026

Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib ®

16.06.2026

Böyük banklar neft proqnozunu aşağı saldı - Gözləntilər dəyişdi

16.06.2026

AFB Bank-dan dövlət qulluqçularına özəl güzəştli nağd kredit kampaniyası ®

16.06.2026

Azərbaycanın turizm bölgələrində ailəvi istirahət neçəyə başa gəlir?

16.06.2026

Azərbaycandan xam neft daşıyan 10 əsas ölkə

16.06.2026

Azərbaycan qarğıdalını Rusiyadan 34 qəpiyə, Tailanddan isə 23,8 manata alıb

16.06.2026

Zeynal Nağdəliyev: "Yeni dövlət proqramı çərçivəsində aqrar sektora 240 milyon manat investisiya yatırılıb"

16.06.2026

"SpaceX" səhm satışından 85,7 milyard dollar vəsait cəlb edib

16.06.2026

Ölkəmizdə keçiriləcək Biznes Liderləri Zirvəsinin spikerləri bəlli oldu!

16.06.2026

Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verib

16.06.2026

Universitetin avtomobili 10% endirimlə satışa çıxarılır

16.06.2026

İxracın rəsmiləşdirilməsi üzrə xərclər kompensasiya ediləcək

16.06.2026

Məzənnə

Yüklənir...