“Game Actor” 400 min dollar investisiya alıb

Redaktor

23.01.2026 19:31
150

“Game Actor” 400 min dollar investisiya alıb

Oyun texnologiyalarına əsaslanan “Game Actor” platforması 400 min dollar sərmayə cəlb edib. Şirkət yeni vəsaiti platforma inteqrasiyalarını genişləndirmək və xarici bazarlara çıxışı sürətləndirmək üçün istifadə edəcəyini bildirib.

Valyuta.az xəbər verir ki, sərmayənin 300 min dolları “Yapı Kredi Portföy” və “Entertech İstanbul Texnopark” əməkdaşlığı ilə yaradılmış “Entertech Birinci Sərmayə Fondu” tərəfindən, 100 min dolları isə “PlayGate GSYF” tərəfindən yatırılıb.

İstanbulda yerləşən “Game Actor” startapı 2023-cü ildə Türkay Beyazay və Giray Kayan tərəfindən təsis olunub. Platforma oyunçulara oyun statistikalarını, nailiyyətlərini və təcrübələrini vahid profildə paylaşmaq, həmçinin oyun yoldaşı tapmaq və sosial əlaqələr qurmaq imkanı yaradır. “Steam” və “Riot” kimi oyun kitabxanaları ilə inteqrasiya əsasında fəaliyyət göstərən sistem, oyunçuların performansını avtomatik şəkildə əks etdirir və yüksək dəqiqlikli məlumatlar təqdim edir.

“Game Actor” həmçinin oyun studiyaları üçün kəşf edilə bilən oyun səhifələri, inkişaf qeydlərinin (devlog) paylaşımı və icmalarla qarşılıqlı əlaqə imkanları təklif edir. Platforma oyunçuları, tərtibatçıları və brendləri bir araya gətirməklə oyun sənayesinə yeni dəyərlər qatdığını bildirir. Şirkət eyni zamanda, markaların hədəf auditoriyasına çatmasını təmin edən inkişaf etmiş reklam texnologiyaları ilə fəaliyyət göstərən müasir oyun texnologiyaları platforması kimi çıxış edir.

“Entertech İstanbul Texnopark”ın baş direktoru Dr. Məhəmməd Kasapoğlu, bu sərmayənin fondun oyun texnologiyalarına verdiyi əhəmiyyəti nümayiş etdirdiyini qeyd edib. Onun sözlərinə görə, “Game Actor”un oyunçu yönümlü yanaşması və miqyaslana bilən infrastrukturu oyun ekosisteminin transformasiyasında mühüm rol oynaya bilər.

“Yapı Kredi Portföy”ün baş direktoru Mügə Peker isə bildirib ki, sərmayənin məqsədi Türkiyənin qlobal inkişaf potensialına malik texnoloji startaplarını dəstəkləmək və “Game Actor”un xarici bazarlara çıxışını təşviq etməkdir.

“PlayGate Ventures”in təsisçi ortaqı Mustafa Cihat Durmuş isə “Game Actor”un oyunçu təcrübəsinə əsaslanan, məlumat yönümlü və miqyaslana bilən struktura malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu sərmayə, Türkiyədən çıxan oyun texnologiyaları startaplarının qlobal uğur yolunda əhəmiyyətli bir nümunə olacaq.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...