"Ford"un elektrikli avtomobil kabusu: Rekord zərərdən sonra planlar dəyişdi

Redaktor

13.02.2026 21:46
44

"Ford"un elektrikli avtomobil kabusu: Rekord zərərdən sonra planlar dəyişdi

Avtomobil sənayesinin köklü adlarından olan "Ford" üçün 2025-ci il sözün əsl mənasında kabusla yadda qalıb. Şirkət ötən çərşənbə axşamı açıqladığı maliyyə göstəriciləri ilə 2008-ci il böhranından bəri ən böyük zərbə aldığını rəsmən elan edib.

Valyuta.az xəbər verir ki, ili 8,2 milyard dollar məbləğində nəhəng xalis zərərlə başa vuran şirkət son dörd ilin ən zəif rüblük nəticəsini göstərərək bazarları təəccübləndirib. Bu sarsıntının əsas səbəbkarı kimi isə şirkətin elektrikli avtomobil bölməsi göstərilir.

Elektrikli avtomobil xəyalları vergi maneəsinə ilişdi

"Ford"un yalnız elektrikli avtomobil əməliyyatlarından itkisi 4,8 milyard dollara çatıb. Sektorda baş verən bu böyük dəyişimin arxasında siyasi qərarlar dayanır. Tramp administrasiyasının Bayden dövründə qüvvəyə minmiş 7.500 dollarlıq federal vergi güzəştini ləğv etməsi satışların kəskin azalmasına səbəb olub. İstehlakçıların bu qərara reaksiyasını "Ford"un baş icraçı direktoru Cim Fərli belə ifadə edib: “Son sözü müştəri dedi, məsələ bundan ibarətdir”.

Şirkət yaranmış vəziyyət fonunda strategiyasını tam elektrikli modellərdən hibrid modellərə yönəltmək qərarı verib. Hətta əfsanəvi "F-150 Lightning" modelinin istehsalının dayandırılması kimi sərt addımlar da atılıb.

Hədəfdə münasib qiymət və avtonom sürüş var

"Ford" rəhbərliyi 2026-cı ildə də milyardlarla dollar zərər gözləyir. Şirkətin maliyyə baxımından tarazlıq nöqtəsinə yalnız 2029-cu ildə çatacağı proqnozlaşdırılır. Bəs vergi üstünlüyü olmadan müştərini necə geri qaytarmaq olar?

"Ford" və "GM" kimi nəhəng istehsalçılar strategiyalarını “əlçatanlıq” və “avtonom sürüş” üzərində qurmağa başlayıblar. "Ford" 2028-ci ildə bazara çıxarmağı planlaşdırdığı 30 min dollarlıq yeni modeli ilə "Tesla"nın ən ucuz variantlarını belə geridə qoymağı hədəfləyir. Bildirilir ki, bu avtomobil sürücünün yola baxmadan hərəkət etməsinə imkan verən inkişaf etmiş texnologiyalarla təchiz olunacaq.

Çinli rəqiblərlə mübarizə və yeni tərəfdaşlıqlar

ABŞ daxilində bazar daraldığı halda, qlobal miqyasda Çin istehsalçılarının təzyiqi artmaqda davam edir. Çin hökumətinin geniş subsidiyaları sayəsində "BYD" kimi markalar olduqca aşağı qiymətlərlə bazar payını sürətlə genişləndirir. Belə ki, ötən il "BYD" qlobal satışlarda ilk dəfə olaraq "Ford"u geridə qoymağa nail olub.

"Ford" isə bu güclü rəqiblə birbaşa rəqabət aparmaq əvəzinə əməkdaşlıq variantlarını nəzərdən keçirir. Məlumata görə, şirkət Çinli "Geely" ilə potensial tərəfdaşlıq imkanlarını müzakirə edir.

Siyasi dəyişiklik "Ford" üçün ümid yaradıb

Zərərlərin digər səbəbi isə gömrük rüsumları ilə bağlı gözlənilməz xərc artımlarıdır. Dekabr ayında qəbul edilən hüquqi dəyişikliklər nəticəsində "Ford"un vergi yükü ikiqat artaraq 2 milyard dollara çatıb.

Bununla belə, Cim Farli və komandası yeni ildən ümidlidir. Tramp administrasiyasının emissiya standartlarını yumşaltması daxiliyanma mühərrikləri sahəsində güclü təcrübəyə malik istehsalçıları müəyyən qədər rahatladıb. Ekoloji fəalların tənqidinə səbəb olan bu qərar avtomobil nəhəngləri üçün qarşıdakı dövrdə daha sabit mühit vəd edir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanda yumurtanın qiyməti bu tarixdən ucuzlaşacaq

13.02.2026

"OpenAI" "DeepSeek"i süni intellekt texnologiyalarını oğurlamaqda ittiham edir

13.02.2026

Prezident Münhendə yerli televiziya kanallarına müsahibə verdi

13.02.2026

"Ford"un elektrikli avtomobil kabusu: Rekord zərərdən sonra planlar dəyişdi

13.02.2026

Uorren Baffetin ağıllı pul qərarları üçün 10 saniyəlik testi

13.02.2026

Bu Agentliyə yeni qanuni təmsilçi təyin edildi

13.02.2026

Gələcəyin iş dünyası necə olacaq? - 2026 və sonrası nın iş trendləri

13.02.2026

"YouTube Music"də süni intellekt dövrü: Təsvir et, ifa siyahısı yaransın

13.02.2026

Azərbaycandan 242,4 milyon dollarlıq alüminium ixrac olunub

13.02.2026

Qazax Dövlət Sosial İqtisad Kollecinin direktoru işdən çıxarılıb

13.02.2026

Açıq meydançaların tikintisinə 1,3 milyon manatdan çox vəsait ayrılıb

13.02.2026

“AFB Bank” yeni kart təqdim etdi - ŞƏRTLƏR, ÜSTÜNLÜKLƏR

13.02.2026

İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb

13.02.2026

Elektrikli avtomobil satış platforması 31 milyon dollar investisiya alıb

13.02.2026

Çinli mühəndis robot “gözləri” ilə milyarder oldu

13.02.2026

İKTA: Çindən Azərbaycana bağlama göndərişləri gecikə bilər

13.02.2026

Kibercinayətkarların yeni silahı: Al dəstəkli "şəxsə uyğun" e-poçtlar

13.02.2026

Nazirlik Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin baş məsləhətçisinə töhmət verdi

13.02.2026

Prezident İlham Əliyev Almaniyada səfərdədir

13.02.2026

“Bəzən iş müsahibəsini aparan şəxslərin davranışları gərginliyi artırır”

13.02.2026

Məzənnə

Yüklənir...