Redaktor
İş vaxtında başqa şirkət üçün işləyən işçi dərhal çıxarıla bilərmi?
Bəzən şirkətlər işçilərinin başqa şirkətlərlə əməkdaşlığına razı olmur. Bu zaman bəzi əməkdaşlar bunu gizli şəkildə edirlər. Çalışdığı şirkət xəbər tutur ki, əməkdaşı iş saatlarında başqa şirkət üçün də çalışır. Bu zaman işçiyə vaxt vermədən işdən çıxara bilərmi? Çünki qanuna görə, işdən çıxarmaq üçün həm işçi, həm də işəgötürən qarşı tərəfə iki ay əvvəlcədən xəbər verməlidir.
Valyuta.az-a danışan HR Hunter şirkətinin təsisçisi, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə deyir ki, bir şəxs eyni zamanda bir neçə iş yerində işləyə bilər:
"Qanunvericilikdə bu zaman iş yerləri "əsas" və "əlavə" olmaqla iki kateqoriyaya bölünür. Əmək münasibətləri çərçivəsində bir iş yeri əsas iş yeri kimi qəbul olunur və həmin yerdə çalışan şəxs əsas iş vaxtı ərzində başqa fəaliyyətlə məşğul olmamalıdır.
Əsas iş yeri adətən 9-6 iş saatlarını əhatə edir. Bu zaman müddətində şəxsin başqa işdə, yəni əlavə iş yerində çalışması müəssisədaxili intizam qaydalarının pozulması hesab olunur. Bir halda ola bilər ki, əsas iş yeri buna icazə versin.
Qanunvericilik yalnız bir halda əlavə iş yerində fəaliyyətə icazə verir: əsas iş saatlarından sonra, yəni işdən sonra şəxsin həftəlik 20 saatı keçməmək şərti ilə əlavə iş yerində çalışması mümkündür. Bu sahədə çalışan şəxslər əsas işdən sonra istədikləri peşə və istiqamət üzrə sərbəst şəkildə fəaliyyət göstərə bilərlər. Bu, qanunvericiliklə tam şəkildə tənzimlənmiş və icazə verilmiş fəaliyyətdir".

İ.Mirzəzadə qeyd edib ki, eyni zamanda, bəzi istisnalar da mövcuddur: "Belə ki, əgər əsas iş yeri ağır və zərərli iş şəraitini əhatə edirsə, həmin şəxs əlavə iş yeri kimi də eyni və ya oxşar işlərdə çalışa bilməz. Bu zaman da həftəlik 20 saatlıq məhdudiyyət qüvvədə qalır və diqqətlə nəzərə alınmalıdır.
Əgər işçi bu qaydalara riayət etmirsə və əsas iş vaxtı ərzində əlavə iş fəaliyyəti ilə məşğul olursa, işəgötürən tərəfindən inzibati tədbirlər görülə bilər. Belə hallarda yazılı xəbərdarlıq və ya töhmət verilməsi mümkündür. Lakin bu kimi hallar işdən azad olunma üçün birbaşa əsas yaratmır. Yalnız pozuntular davamlı və təkrar xarakterli olduqda, əmək funksiyalarının icrasına maneə yarandıqda və bu əsasda işəgötürən əmək funksiyalarının pozulduğunu əsaslandırdıqda, işçi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə uyğun olaraq işdən azad edilə bilər".
Maya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
“Kartla ödənişlərin artmasının vətəndaşlar üçün bir neçə faydası var”
12.03.2026Sağalmaz xəstəliklərdən həyat sığortasında 3 dəfəyə yaxın artım olub
12.03.2026DİN: Ən geniş yayılmış dələduzluq üsullarından biri süni intellektlə səsin təqlididir
12.03.2026Şəxsin razılığı olmadan görüntüsündən süni intellektdə istifadə edilməsi həbsə səbəb olacaq
12.03.2026Yeni cərimələr müəyyənləşir: Bəzi şəxslər 500 manatdan 1 500 manatadək cəzalandırıla bilərlər
12.03.2026"Azərsığorta” sədrinin müşavirinin avtomobilindən 45 000 manat oğurlanıb
12.03.2026"Mastercard" iri kripto nəhəngləri ilə yeni ödəniş sistemi yaratmağa hazırlaşır
12.03.2026Kredit kartı borcu ilə başlayan biznes milyardlıq şirkətə çevrildi
12.03.2026"Replit" 400 milyon dollar investisiya cəlb edib
12.03.2026
YDM-lərdə ən çox kəşbək verən banklar hansılardır? - CƏDVƏL
12.03.2026İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü ilə görüşüb
12.03.2026Sabahın hava proqnozu
12.03.2026Dövlət Agentliyi: Karqo xidmətlərində istehlakçılara qiymətlər barədə düzgün məlumat verilmir
12.03.2026DİN rəsmisi: "Ötən il Azərbaycanda 1 709 kibercinayət faktı qeydə alınıb"
12.03.2026