Redaktor
“Ekol Mühəndislik Xidmətləri" nəqliyyat vasitələrini satışa çıxarır
23 fevral tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin balansında olan bir sıra nəqliyyat və xüsusi texnika vasitələri hərrac yolu ilə satışa çıxarılacaq.
Valyuta.az xəbər verir ki, hərraca ümumilikdə 11 nəqliyyat və texnika vasitəsi təqdim olunacaq. Onların arasında minik avtomobilləri, yük maşınları, xüsusi təyinatlı texnika və traktorlar yer alır.
Satışa çıxarılan avtomobillər sırasında 2009-cu il buraxılışlı “Chevrolet Traverse”, “Chevrolet Malibu”, “Chevrolet Colorado” və “İsuzu D-max”, eləcə də 2006-cı il istehsalı olan “Nissan Sunny” avtomobilləri mövcuddur. Start qiymətləri 4 000 - 10 000 manat arasında dəyişir.
Xüsusi texnika kateqoriyasında 1988-ci il istehsalı olan “Balkankar DB-1792” (start qiyməti 2 000 manat), “URAL PPU-1800/100”, “TVEX EK-12” və “DT-75D” kimi texniki vasitələr yer alır. Siyahıda ən yüksək qiymətlə təklif olunan vasitə “TVEX EK-12” markalı texnikadır - 15 000 manat.
Hərracda iştirak etmək üçün namizədlər satışa çıxarılan hər bir nəqliyyat və texnika vasitəsi üzrə müəyyən edilmiş start qiymətinin 10 faizini beh olaraq ödəməlidirlər.
Mayya Hüseynova