Dövlət Neft Fondu I rübdə 5,26 milyard dollar gəlir əldə edib

Redaktor

20.04.2024 20:58
602

Dövlət Neft Fondu I rübdə 5,26 milyard dollar gəlir əldə edib

Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 5 milyard 268,3 milyon manat, büdcə xərcləri isə 3 milyard 205,4 milyon manat təşkil edib.

Valyuta.Az ARDNF-ə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrünə nisbətən müvafiq olaraq 31,1 % az və 2 dəfə çoxdur.

Məlumata görə, I rübdə ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 milyard 421,4 milyon manat (illik müqayisədə 38,9 % az), o cümlədən, mənfəət neftinin və qazın satışından 2 milyard 645,5 milyon manat (45,2 % az), bonus ödənişləri 775,9 milyon manat (1,4 % çox), tranzit gəlirləri 0,3 min manat (2,7 dəfə az) təşkil edib.

Fondun aktivlərinin idarə olunmasından əldə edilən gəliri 9,8 % azalaraq 1 milyard 846,9 milyon manata enib.

Hesabat dövrü ərzində ARDNF-nin 2024-cü il büdcəsinin icrası çərçivəsində 3 milyard 195,3 milyon manat (2 dəfə çox ) vəsait dövlət büdcəsinə transfert edilib.

Yanvar-mart aylarında “2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 1 milyon manat (16,7 % az), “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə isə 3,2 milyon manat (60 % çox) yönəldilib. ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 5,9 milyon manat (15,7 % çox) təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 151,7 milyon manat təşkil edib.

"İlin əvvəlində inflyasiyanın səngiməsi ilə mərkəzi bankların faiz dərəcələrini azaldacağı gözləntiləri yaranmış və nəticədə dövlət istiqrazlarının gəlirlilik dərəcələrində müəyyən enmələr, eyni zamanda səhm bazarlarında müsbət dinamika müşahidə olunmuşdur. Buna baxmayaraq, rüb ərzində inflyasiyanın aşağı düşməsi tempində zəifləmənin izlənilməsi və digər makro-iqtisadi göstəricilər fonunda dövlət istiqrazlarının gəlirlilik dərəcələri rübün sonuna doğru yenidən yüksəlmişdir. Bu amillər inflyasiyanın gözləniləndən daha uzun müddətdə hədəf dəyərinə qayıtması gözləntilərini önə çəkdiyi üçün maliyyə akitvlərinin dəyəri ilə bağlı qeyri-müəyyənlik hələ də davam etməkdədir", - Fondun məlumatında deyilir.

Xatırladaq ki, bu il aprelin 1-nə ARDNF-in aktivləri 57 milyard 372,8 milyon ABŞ dolları təşkil edib ki, bu da, ötən ilin eyni dövrünə nisbətən 2,3 % çoxdur.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Naval Ravikant: “Zənginlik vaxtı azad etməkdir, pulu yox”

01.02.2026

Azərbaycan uşaq arabalarını haradan alır? - Ölkələr, Qiymətlər

01.02.2026

100 ildir istismar olunur, amma hələ də ən böyük mədənlərdən biridir

01.02.2026

Hansı şəhərimizdə fərdi sahibkarların sayı çoxdur?

01.02.2026

ABŞ-ın qızıl ehtiyatları 1,44 trilyon dolları keçdi

01.02.2026

“Heç vaxt avtomobil sürməyi öyrənmədim. Əvvəl çox kasıb idim, sonra çox varlı” – Palantir CEO-su

01.02.2026

McDonald qardaşlarının restoranı necə imperiyaya çevrildi? - SƏHƏR OXUSU

01.02.2026

Pomidor ixracından əldə olunan gəlir 192 milyon dollara çatıb

31.01.2026

İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

31.01.2026

İribuynuzlu heyvan idxalı artdı - Ət ucuzlaşacaq?

31.01.2026

Hansı cərimələrin ödətdirilməsi birbaşa əməkhaqqına yönləndiriləcək?

31.01.2026

"Apple"ın tarixi gəlir artımı RAM xərcləri ilə bağlı xəbərdarlıqla kölgədə qaldı

31.01.2026

Azərbaycanlı gənc BBC-nin məşhur verilişində 70 min funtluq investisiya təklifi aldı və vəsaitdən imtina etdi - MÜSAHİBƏ

31.01.2026

Qaradağda icra başçısından sonra üç vəzifəli şəxs də işini itirdi

31.01.2026

Bakı-Sumqayıt üzrə taksi qaydaları sərtləşdi - Sürücülər narazıdır-Video

31.01.2026

Onlayn sifariş edilən məhsullar niyə gecikir?

31.01.2026

ABŞ-ın enerji nəhənglərinin mənfəəti kəskin azaldı

31.01.2026

Milyonlarla yükləmədən sonra böyük eniş: "TikTok qatili" "ölür"

31.01.2026

Bakıda daha 2 müntəzəm marşrut xəttinin avtobusları yenilənib

31.01.2026

Sabahın hava proqnozu

31.01.2026

Məzənnə

Yüklənir...