Cənubi Koreya çip və süni intellektə 576 milyard dollar ayırır

Redaktor

06.07.2026 10:02
202

Cənubi Koreya çip və süni intellektə 576 milyard dollar ayırır

Cənubi Koreya Prezidenti Li Çje Myon iri çip və süni intellekt layihələrinin icrasına mümkün qədər tez başlanılması barədə göstəriş verib.

Valyuta.az xəbər verir ki, prezident çıxışı zamanı icazələrin alınması, torpaq sahələrinin ayrılması, eləcə də elektrik və su təchizatında yaranacaq gecikmələrin ölkənin yüksək texnologiyalar sahəsində qlobal liderlik hədəfinə mane ola biləcəyini bildirib:

"Hazırkı şəraitdə nəticəni daha sürətli hərəkət edən və liderliyi ilk əldə edən tərəf müəyyən edəcək. Yeganə vacib amil sürətdir".

Prezident qeyd edib ki, "Yonqin" sənaye kompleksində layihənin təsdiqindən tikintinin başlanmasına qədər altı il keçməsi nisbətən sürətli hesab olunsa da, ətraf mühitə təsirin qiymətləndirilməsi və digər təsdiq prosedurlarının mümkün olan hallarda qısaldılması vacibdir. Onun sözlərinə görə, indiyədək ardıcıl icra olunan proseslər bundan sonra paralel şəkildə həyata keçirilməlidir.

Li həmçinin çip istehsalı layihələri üçün sabit elektrik və su infrastrukturunun əvvəlcədən təmin edilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, bərpa olunan enerji istehsalı artsa da, şirkətlər əsas enerji təchizatı ilə bağlı narahatlıqlarını hökumətə çatdırırlar və bu problemlər əvvəlcədən həll edilməlidir.

Xatırladaq ki, Cənubi Koreya ötən həftə çip və süni intellekt sənayeləri də daxil olmaqla, ümumi dəyəri 576 milyard ABŞ dollarını aşan investisiya proqramını açıqlayıb.

Proqram ölkənin bu sahələrdə qlobal liderliyini gücləndirməyi və iqtisadi inkişafı Seul metropolitenindən kənar regionlara yaymağı hədəfləyir.

Proqrama əsasən, "Samsung Electronics" və "SK Hynix" şirkətlərinin hər biri ölkənin cənub-qərbində yeni çip istehsalı müəssisələrinin tikintisinə 400 trilyon von (təxminən 260 milyard ABŞ dolları) investisiya yatıracaq. Bundan başqa, "Çunqçonq" bölgəsində çiplərin qablaşdırılması üzrə sənaye klasterinə daha 81 trilyon von investisiya qoyulması nəzərdə tutulur.

Rəfiqə Abdin

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Maykl Seylor: "2036-cı ilə qədər "Bitcoin" daha geniş kütlə tərəfindən istifadə olunacaq"

06.07.2026

Həyatda uğur qazanmaq üçün nə lazımdır?

06.07.2026

Həyatın ölüm halından sığorta üzrə yığımlar 28,4% artıb

06.07.2026

Uğurlu sahibkarların bəzi şəxsiyyət tipləri

06.07.2026

Ekspert: "Uğurlu brendlər kampaniyalar yox, davamlı hekayələr qurur"

06.07.2026

Nazirlik 3 000 manatdan başlayan qiymətlərlə avtomobillərini satışa çıxarır

06.07.2026

Böyük Britaniya süni intellekt modellərinin tənzimlənməsini nəzərdən keçirə bilər

06.07.2026

Şirkət 1 milyard dollar dəyərləndirmə ilə 150 milyon dollar investisiya aldı

06.07.2026

SK Hynix ABŞ-da 28 milyard dollarlıq birja yerləşdirilməsinə başlayıb

06.07.2026

Vəfa Abdullayeva "Azər Türk Bank"da şöbə rəhbəri vəzifəsinə təyin olundu

06.07.2026

"Alibaba" əməkdaşlarına "Claude Code"dan istifadəni qadağan etdi

06.07.2026

İpoteka kreditləşməsi bir ildə 303,6 milyon manat artıb

06.07.2026

Kart qalığına ən yüksək faiz verən bank kartları - SİYAHI

06.07.2026

Azərbaycanda startaplara sərmayə yatıran vençur fondları

06.07.2026

"Nvidia"nın təchizatçısı olan "Unimicron" GDS satışı ilə 1,4 milyard dollara qədər vəsait cəlb etmək istəyir

06.07.2026

İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

06.07.2026

Ən çox yığım edən sığorta şirkətləri - TOP 5

06.07.2026

“Azəralüminium”ın ixrac gəlirləri 50,4% artıb

06.07.2026

ABŞ-dakı məlumat mərkəzlərini enerji ilə təmin etmək üçün neçə nüvə elektrik stansiyası lazımdır?

06.07.2026

Ticarət və xidmət sektoruna kredit qoyuluşu 6 ildə necə dəyişib? - CƏDVƏL

06.07.2026

Məzənnə

Yüklənir...