Redaktor
C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb
"Amazon"un qurucusu Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skott xeyriyyəçilik sahəsində qeyri-adi yanaşması ilə diqqət çəkir. Onun indiyədək 26 milyard dollardan çox vəsaiti müxtəlif təşkilatlara bağışladığı və bunun xeyriyyəçilik modelini dəyişdirdiyi bildirilir.
Valyuta.az xəbər verir ki, 2019-cu ildən bəri Makkenzi Skott 2450-dən çox təşkilata ümumilikdə 26 milyard dollardan artıq vəsait bağışlayıb.
"Native Forward" təşkilatının rəhbəri Ancelik Albert “Confidential” (Məxfi) başlıqlı elektron məktubu ilk dəfə alanda buna inanmaqda çətinlik çəkib. Məktubda Makkenzi Skottun onun qeyri-kommersiya təşkilatına heç bir müraciət və ya sorğu olmadan 20 milyon dollar bağışladığı qeyd olunurdu. Üç il sonra isə daha bir müəmmalı məktub gəlib və bu dəfə sürpriz daha böyük olub: 50 milyon dollar.
Ənənəvi donorlar adətən ətraflı layihə təklifləri və ciddi nəzarət tələb etdiyi halda, Skott sadəcə çek yazır və prosesi bununla tamamlayır. Yardım alan təşkilatlardan birinin nümayəndəsinin sözlərinə görə, “o, ABŞ-da xeyriyyəçilik anlayışını yenidən yazır”.
Skott heç bir müraciət prosesi, təqdimat görüşləri və ya əlavə şərtlər tələb etmir. O, əvvəlcə qeyri-kommersiya təşkilatlarını müəyyən etmək üçün “sakit araşdırma” aparır, daha sonra isə 300 min dollardan 80 milyon dollara qədər dəyişən qrantlarla onları gözlənilmədən sevindirir. Bir çox təşkilat isə əvvəlcə onun göndərdiyi elektron məktubları spam hesab edərək diqqətdən kənarda qoyur.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTəcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?
10.03.2026“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib
10.03.2026Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı
10.03.2026C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb
10.03.2026Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur
10.03.2026Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib
10.03.2026Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı
10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar
10.03.2026SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır
10.03.2026
"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur" - Bank eksperti
10.03.2026“Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb
10.03.2026"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
10.03.2026Kriptodələduzluğun artması və tokenlərin saxtalaşdırılması - ən “səssiz” sxemlərdən biri kimi
10.03.2026İrandakı müharibə hava səyahətinə təsir edir: Biletlər sürətlə bahalaşır
10.03.2026Dünyanın ən məşhur və qalmaqallı 10 hakeri
10.03.2026“Azər-Türk Bank”ın keçmiş əməkdaşına “Premium Bank”da vəzifə verildi
10.03.2026Bank dələduzluğu ilə mübarizə üçün vahid “qara siyahı” bazası yaradılacaq
10.03.2026