Redaktor
Bu şəxslər üçün sosial sığorta haqqı artırılır
Gələn il yanvarın 1-dən fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərin ödədiyi məcburi dövlət sosial sığorta haqları artırılır.
Valyuta.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, toy, şənlik və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət növləri, eləcə də fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərən şəxslər üçün sosial sığorta haqqı minimum aylıq əməkhaqqının 5 faizindən 8 faizinə qaldırılır.
Çəkməçi, pinəçi, bərbər, dərzi, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, nəqqaşlıq emalatxanalarının fəaliyyəti, həmçinin ev qulluqçuları, dayələr, fərdi sürücülər, bağbanlar, aşpazlar, gözətçilər, ofisiantlar və fərdi baytarlar üçün məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının 3 faizindən 5 faizinə yüksəldilir.
Bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq sosial sığorta haqqının məbləğinə tətbiq edilən əmsallar isə hazırkı kimi qalacaq. Başqa sözlə, bu fiziki şəxslər üçün aylıq sosial sığorta haqqının məbləği əmsallar tətbiq edilməklə müəyyən olunur.
2026-cı il yanvarın 1-dək aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən olunacaq:
Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;
Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5;
Digər şəhər və rayonlarda – 1,0.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərLüks bazarında sürpriz: "Richemont" analitiklərin gözləntilərini ikiqat üstələdi
17.07.2026Səyahət agentliyi 60 milyon dollar investisiya cəlb edib
17.07.2026İnsanlar smartfonlarını əslində nə qədər tez-tez dəyişir?
17.07.2026"Netflix" bu il 300-ə yaxın film və serial istehsalında süni intellektdən istifadə edib
17.07.2026Mərkəzi Bankın 3,8 milyon manatlıq 5 tenderi gələn ay yekunlaşacaq
17.07.2026"Amazon"un robotaksisi tüstü səbəbindən çaşdı - "Zoox" 105 avtomobili geri çağırdı
17.07.2026Bəzi şəxslər üçün baş mühasib olma qaydası asanlaşdırıldı
17.07.2026İş yerində stresi azaltmağın 5 effektiv yolu
17.07.2026"Alibaba"nın dəstəklədiyi startap yeni süni intellekt modelini təqdim edib
17.07.2026"Bakı Metropoliteni" 5,2 milyon manatlıq tender elan edib
17.07.2026Sığorta şirkətləri avtomobillər üzrə hər ay nə qədər ödəniş edib?
17.07.2026Si Cinpin süni intellekt sahəsində ABŞ-yə meydan oxuyur
17.07.2026"SpaceX" 1 trilyon dollarlıq bazar dəyərini itirdi
17.07.2026Azərbaycanda şirkət nizamnamə kapitalını 380 min manat azaldıb
17.07.2026Qazaxıstan Dünya Süni İntellekt Əməkdaşlıq Təşkilatının təsisçiləri sırasına daxil olub
17.07.2026