Redaktor
Bu qurum 113 min manata içməli su alır - TENDER
Bakının Buzovna qəsəbəsində yerləşən “Sanator-Kurort Reabilitasiya Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Açıqlanan rəsmi məlumatlara görə, tender müsabiqəsinin qalibi “Treniks Grup” MMC olub.
Tender müsabiqəsinin şərtlərinə əsasən “Treniks Grup” MMC “Sanator-Kurort Reabilitasiya Mərkəzi”nə 113 min 800 manat 50 qəpik dəyərində 23 min 958 ton su satacaq. Rəqəmlərdən də göründüyü kimi 1 kub metr içməli su üçün 4 manat 56 qəpik (1 ton su = 1,0416 kub metr) ödəniləcək.
Qeyd edək ki, bu qiymətlər “Azərsu” ASC-nin əhaliyə satdığı içəmli suyun qiymətilə (1 kub metr/0,70 manat) müqayisədə 6,5 dəfə çoxdur.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Treniks Grup” MMC-nin adına açıq internet resurslarda rast gəlmək mümkün deyil. Şirkətin daha əvvəl hansı işlərlə məşğul olduğu barədə heç bir yerdə məlumat yoxdur. Rəsmi məlumatlarda “Treniks Grup” MMC-nin cəmi 4 ay əvvəl - 07.01.2021-cı ildə dövlət qeydiyyatına alındığı, nizamnamə kapitalının isə 5 manat olduğu qeyd olunub. Hüquqi ünvanı Yasamal rayonu, Şərifzadə, ev 154, m.25-də yerləşən şirkətin qanuni təmsilçisi Rəhimov Yaqub Firudin oğludur. //Yeniavaz
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakı–Naxçıvan reysləri ləğv edilib
18.06.2026Orxan Zeynalov: Böyük Britaniyanın Azərbaycana investisiya həcmi 40 milyard dollara yaxındır
18.06.2026“Aqrarkredit” 1,3 milyon manatlıq fərdi yaşayış evini satışa çıxarır
18.06.2026Süni intellekt dövründə işə qəbul prosesi insanlara və etibara doğru dəyişir
18.06.2026Süni intellekt və insan hüquqları üzrə Bakı Bəyannaməsi qəbul edilib
18.06.2026Axtarış sistemləri dövrü bitir? - Çatbotlar yeni məlumat mənbəyinə çevrilir
18.06.2026PR böhranı brendi necə gücləndirə bilər?
18.06.2026BMW imperiyası "Volkswagen"dən daha tez çökə bilər
18.06.2026Bir saat üçün 15 milyon avro: ən bahalı “Rolex” modelləri
18.06.2026"PayPal Ventures" yeni investisiyaları dayandırdı
18.06.2026AMB iki şirkətə elektron pul təşkilatı lisenziyası verib
18.06.2026"Google"un 2,7 milyard dollar xərclədiyi mühəndis "OpenAI"a keçdi
18.06.2026Startapların inkişafı üçün 425 min manatlıq layihə
18.06.2026Onlar ayda orta hesabla 4 saat daha çox işləyiblər
18.06.2026"Dövlət qurumları süni intellekti tənzimləyən qərarlar qəbul etməlidir"
18.06.2026Hüquq texnologiyaları startapı 3,8 milyon dollar investisiya alıb
18.06.2026Azərbaycanda vençur kapitalı fondları üçün yeni qaydalar müəyyənləşir
18.06.2026İslam İnkişaf Bankı Azərbaycanda layihələrə 1,3 milyard dollar vəsait yatırıb
18.06.2026