Bu biznesə 600-700 manatla başlamaq olar

Redaktor

18.02.2026 10:15
396

Bu biznesə 600-700 manatla başlamaq olar - Birinci aydan gəlir qazanırsan

Son illərdə qramla satılan ətir biznesi az başlanğıc xərci və yüksək qazanc potensialı ilə diqqət çəkən sahələrdən birinə çevrilib. Bu sahədə uğur qazanmaq üçün düzgün planlama, keyfiyyətli məhsul seçimi, qiymət strategiyası və müştəri məmnuniyyəti əsas amillər hesab olunur. Xüsusilə bu sahəyə yeni başlayanlar üçün real təcrübəyə əsaslanan məlumatlar böyük əhəmiyyət daşıyır.

Bu məqsədlə qramla ətir biznesi sahəsində artıq təcrübə qazanmış sahibkar Rəhim İsrafilbəyli Valyuta.az-la öz təcrübəsini bölüşüb.

- Qramla ətir satışı biznesinə başlamaq üçün minimum nə qədər maliyyə tələb olunur?

- Əgər satış ev şəraitində həyata keçiriləcəksə, bu biznesə təxminən 600-700 manat arası ilkin büdcə ilə başlamaq mümkündür. Qeyd olunan məbləğə icarə xərcləri daxil edilmir. İcarə obyektlə bağlı xərcləri təxmini hesablamaq mümkün deyil. Bu, icarəyə götürülən obyektin aylıq icarə haqqından asılıdır. Obyektin icarə haqqı 500 manat da ola bilər, 1500 manat da. Bundan əlavə, vergi xərcləri də nəzərə alınmalıdır.

- Ətir biznesinə daxil olmaq üçün hansı biliklər vacibdir?

- Ətir biznesinə başlamaq istəyən şəxs ilk növbədə məhsulun keyfiyyəti və qiyməti arasında düzgün balansı müəyyən etməyi bacarmalıdır. Daha sonra, ətirlərin konsentrasiya fərqlərini, qalıcılıq müddətlərini, qoxunun necə yayıldığını və hansı iz buraxdığını bilməlidir. Bundan əlavə, məhsulun ölçülərini itkisiz şəkildə müəyyən etmək və onu düzgün şəkildə flakonlara doldurmaq bacarığı da mühüm əhəmiyyət daşıyır.

- Ətirlər əsasən haradan və necə tədarük olunur?

- Ətirlər adətən Dubay və Türkiyə bazarlarından tədarük edilir. Bu ölkələrdən alınan məhsullar həm keyfiyyətli, həm də münasib qiymətlidir. Bununla yanaşı, ölkə daxilində fəaliyyət göstərən ətir satıcılarının böyük əksəriyyəti, yəni təxminən 80 faizi, yerli topdansatış mənbələrindən məhsul əldə edir. Yeni başlayan şəxslər üçün də bu üsul daha sərfəlidir.

- Hansı ölkə istehsalı yağ ətirlər daha keyfiyyətli hesab olunur?

- Hazırda ən çox seçilən və etibarlı sayılan mənbə Dubaydır. Daha sonra isə Türkiyə və Fransa qeyd edilə bilər. Lakin Fransadan birbaşa yağ ətir alınmır. Oradan əsasən ətir qarışıqları, yəni komponentlər gətirilir.

- Yağ ətirində minimum qiymət neçə manatdan başlayır?

- Kampaniyalar nəzərə alınmasa, satışda minimum qiymət adətən 1 qram 1 manat təşkil edir.

- Ən bahalı yağ ətirinin 1 qramı neçə manata satılır?

- Qiymətlər sabit deyil və məhsulun tərkibinə görə dəyişə bilir. Xüsusi qarışıma malik və eksklüziv ətirlər daha baha qiymətə satılır. Məsələn, “Megamare” adlı ətir bu sahədə ən yüksək dəyərə malik olanlardan biridir. “Megamare” ətrinin qiyməti mağazadan mağazaya dəyişir. Orta hesabla, “Delux Megamare” ətrinin 1 qramı 5 manata satılır.

- Qiymət fərqləri nəyə əsasən formalaşır?

- Ətirlərin qiyməti əsasən məhsulun keyfiyyətinə, qoxunun qalıcılığına və ətrin geridə iz buraxma qabiliyyətinə görə formalaşır.

- “Parfum suyu” nədir və nə məqsədlə istifadə olunur?

- “Parfum suyu” spirt əsaslı maddədir. Onun əsas funksiyası qoxunun yayılmasını və qalıcı olmasını təmin etməkdir. Lakin bu maddə düzgün miqdarda istifadə edilməzsə, ətrin qalıcılığına zərər verə və dəriyə ləkə sala bilər.

- Ətirin qalıcılığını artırmaq üçün hansı maddələrdən istifadə olunur?

- Qalıcılığı artırmaq üçün adətən ambroksan, müşk və amber kimi maddələrdən istifadə edilir. Eyni zamanda, yağ əsaslı ətirlərdən hazırlanan parfüm və tualet suyu tipləri də bu məqsədə xidmət edir.

- Eyni yağ ətirinin bir yerdə 50 qəpik, başqa yerdə isə 2 manata satılması nə ilə bağlıdır?

- Əsas səbəb keyfiyyət fərqidir. Ucuz qiymətə satılan ətirlərin bir çoxu Çin mənşəlidir və ya onların tərkibinə çox miqdarda spirt qatılıb. Bununla belə, topdansatış yolu ilə ucuz qiymətə keyfiyyətli məhsul satan satıcılar da mövcuddur. Satıcının vicdanlı olması burada həlledici rol oynayır.

- Ətirlərin Azərbaycana çatdırılması necə həyata keçirilir?

- Digər ölkələrdən Azərbaycana yağ ətiri gətirilməsi üçün məhsulun mənşəyini təsdiqləyən sənədlər və təhlükəsizlik sertifikatları tələb olunur. Ətirlər kimyəvi maddə sayıldığı üçün onların çatdırılması yalnız xüsusi lisenziyaya malik kargo şirkətləri vasitəsilə mümkündür.

- Ətir qabları haradan alınır?

- Ən rahat tədarük mənbələri yerli bazarlar və Türkiyədir. Premium görünüşlü qablar üçün isə məhsullar adətən Dubaydan sifariş edilir.

- Qablaşdırma məhsulun satış qiymətinə təsir göstərirmi?

- Bəli. Ətirlər təkcə qoxusuna görə deyil, görünüşünə görə də alıcının diqqətini cəlb etdiyi üçün qablaşdırma satış qiymətinin artmasına səbəb ola bilər. Ətrin qablaşdırılması mağaza sahibləri tərəfindən qiymətə əlavə təsir göstərir. Sadə qablaşdırmada bu məbləğ təxminən 70 qəpik, premium qablaşdırmada isə 1–2 manat arasında dəyişir. Lakin satış zamanı bu qablar 2–3 dəfə baha qiymətə təklif olunur. Hətta qablaşdırması xüsusi dizayna malik olan ətir qabları 10 manatdan yuxarı qiymətə təqdim edilə bilər.

- Qablaşdırma və digər əlavə xərclər orta hesabla nə qədər tutur?

- Bu məsələ konkret rəqəmlərlə ifadə edilə bilməz, çünki xərclər flakon dizaynı, etiketlərin hazırlanması, möhürləmə prosesi və logistika kimi müxtəlif faktorlarla bağlıdır. Lakin sifariş sayı artdıqca vahid məhsul üçün düşən xərclər azalır.

- Topdansatış daha sərfəlidir, yoxsa pərakəndə satış?

- Hər iki satış növünün müsbət və mənfi cəhətləri var. Pərakəndə satışda bir məhsuldan daha çox qazanc əldə edilir və az sayda məhsulla başlamaq mümkündür. Topdansatış isə yeni başlayanlar üçün daha risklidir. Bu səbəbdən biznesə pərakəndə satışla başlamaq tövsiyə olunur.

- Bu biznesə onlayn formada başlamaq məqsədəuyğundurmu?

- Bəli. Onlayn satış əlavə xərclər tələb etmədiyindən daha az risklidir. Burada əsas məsələ düzgün marketinq strategiyasının qurulmasıdır.

- Orta hesabla 1 ay ərzində nə qədər qazanc əldə etmək mümkündür?

- Yeni başlayanlar üçün ilk aylarda 200-300 manat civarında xalis gəlir əldə etmək mümkündür. Marketinqə daha çox diqqət yetirildikcə bu məbləği dəfələrlə artırmaq mümkündür.

- Bu biznesdə ən böyük risk nədir?

- Ən əsas risk keyfiyyətsiz ətirlərin satılmasıdır. Bundan əlavə, sahədə rəqabət yüksək olduğu üçün məhsul və xidmət keyfiyyəti çox vacibdir.

- Yağ ətirlərinin istifadə müddəti varmı?

- Bəli. Yağ ətirləri gec buxarlandığı üçün uzunmüddətli istifadə imkanı verir. Lakin müəyyən müddətdən sonra ətrin qoxusu və keyfiyyəti dəyişə bilər. Bağlı vəziyyətdə olan ətirlərin ortalama istifadə müddəti 3-4 ildir, açıldıqdan sonra isə bu müddət 1 ilə 1 il 6 ay arasında dəyişir.

- Vaxtı keçmiş ətir hansı problemlərə səbəb ola bilər?

- Vaxtı keçəndə, qoxusu və rəngi dəyişir. Bəzi hallarda dəriyə qıcıqverici təsir də göstərə bilər.

- Bu sahədə ən çox buraxılan səhvlər hansılardır?

- Keyfiyyətsiz məhsul alıb onu ucuz satmaq və ya baha sataraq daha çox gəlir əldə etməyə çalışmaq biznesin tezliklə iflasına səbəb ola bilər. Hər hansı bir sahəyə başlamazdan əvvəl həmin sahə ilə bağlı dərin biliklər əldə etmək vacibdir.

- Yağ ətir biznesində brendləşmə necə qurulur?

- Brendləşmənin əsasında hədəf auditoriyanın tələblərinə uyğun məhsul təqdim etmək dayanır. Müştəri yalnız məhsul deyil, eyni zamanda etibar və fərqlilik də almalıdır. Brendin formalaşması üçün loqo, ad seçimi, vizual dizayn və keyfiyyətli qablaşdırma vacib amillərdir. Bundan əlavə, cəlbedici və yaradıcı məzmunlar da brendin tanınmasına xidmət edir.

- Rəqabətdə qiymət daha önəmlidir, yoxsa keyfiyyət?

- Ən vacib amil keyfiyyətdir. Qiymət müştərini yalnız bir dəfə cəlb edə bilər, lakin məhsul keyfiyyətli olarsa, alıcı daha yüksək məbləğ ödəməyə də razı olar və təkrar alış edər.

- Müştərilər yağ ətiri alarkən ən çox nəyə diqqət yetirirlər?

- Müştərilərin əsas diqqət yetirdiyi məqam ətirin qalıcılığıdır. Digər suallar və maraqlar isə daha az hallarda səsləndirilir.

- Hansı kateqoriyada ətirlər daha çox satılır: kişi, yoxsa qadın?

- Yağ ətirlər kateqoriyasında kişi ətirlərinə daha çox tələbat müşahidə olunur.

- Hazırda bazarda rəqabət yüksək olduğu halda bu sahəyə girmək realdırmı?

- Hər hansı bir sahədə satıcı sayı çoxdursa, bu o sahəyə olan tələbatın yüksək olduğunu göstərir. Buna görə də bu biznesə daxil olmaq mümkündür. Sadəcə olaraq, yeni başlayanlar sahəni dərindən öyrənməli və səbirli olmalıdırlar.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Silikon-karbon gerçəyi: Batareya ömründə inqilab, yoxsa riskli mərc?

18.02.2026

Azərbaycanda dövlət zəmanətli borc ÜDM-in 8%-nə düşüb

18.02.2026

Xoşbəxt deyilsənsə, işə gəlmə - Çinli biznesmen

18.02.2026

72 milyard dollarlıq birləşmə təhlükədədir

18.02.2026

İlham Əliyev Vaşinqtonda Amerika İsrail İctimai Əlaqələr Komitəsinin icraçı direktoru və digər rəhbər heyəti ilə görüşüb - FOTO

18.02.2026

İkinci əl kompüterlərin alışı artır: Yeni kompüter dövrü bitirmi?

18.02.2026

ADSEA: Suyun qiyməti ilə bağlı Tarif Şurasına müraciət olunmayıb

18.02.2026

Uorren Baffetin "Berkshire Hathaway" şirkəti məşhur media qurumunun səhmlərini alıb

18.02.2026

Azərbaycana gətirilən palma yağında təhlükəli maddə aşkarlandı

18.02.2026

Bu obyektlərdə istehlaka yararsız qida məhsulları aşkarlanıb

18.02.2026

"Samsung"un 85 illik yüksəlişi: balıq dükanından qlobal texnologiya nəhənginə

18.02.2026

Rusiyada neft şirkətlərinin iflası dalğası başladı - KİV

18.02.2026

Suyun qiyməti ilə bağlı Tarif Şurasına müraciət edilib - RƏSMİ

18.02.2026

2026-cı ilin ən yaxşı elektrikli avtomobilləri açıqlandı - SİYAHI

18.02.2026

Naxçıvan Ali Məclisi deputatlarının köməkçiləri olacaq

18.02.2026

İcra Hakimiyyəti Qurcana çayının təmizlənməsinə 1 milyona yaxın vəsait ayırdı

18.02.2026

Yalnız 3 halda “WhatsApp” yazışmalarınız oxuna bilər - AÇIQLAMA

18.02.2026

"Fitch Ratings"dən ABŞ-a xəbərdarlıq

18.02.2026

Süni intellekt dövründə yüksələn yeni iş sahələri

18.02.2026

"Gavalı" 5 min manat ziyana düşdü

18.02.2026

Məzənnə

Yüklənir...