72 milyard dollarlıq birləşmə təhlükədədir

Redaktor

18.02.2026 22:20
69

72 milyard dollarlıq birləşmə təhlükədədir

"Warner Bros. Discovery" mümkün satınalma prosesi çərçivəsində "Paramount Skydance"a son təklifini təqdim etməsi üçün əlavə bir həftə vaxt verib. Bu addım, şirkətin mövcud "Netflix" birləşmə müqaviləsini belə dəyişdirə biləcək potensial bir hərəkət kimi qiymətləndirilir.

Valyuta.az xəbər verir ki, rəsmi açıqlamalara görə, "Warner Bros. Discovery" hələ də "Netflix" ilə planlanan birləşməni dəstəkləyir. Şirkət martın 20-si üçün xüsusi səhmdar iclası planlayıb və yatırımcılara "Netflix" razılaşması lehinə səs vermələrini tövsiyə edib. Buna baxmayaraq, "Paramount" ilə paralel görüşlərin davam etdirilməsi diqqət çəkir.

Şirkət əvvəllər "Paramount"dan gələn təklifləri kifayət etməz hesab etmişdi. Lakin "Netflix"in verdiyi məhdud güzəşt sayəsində "Warner Bros. Discovery" 23 fevral 2026-a qədər "Paramount" ilə danışıqlar apara biləcək.

"Netflix" razılaşması davam edir, amma rəqabət güclüdür

Mövcud birləşmə müqaviləsinə görə, "Netflix Paramount"un təklifini uyğunlaşdırmaq hüququna malikdir. "Warner Bros. Discovery"nin İdarə Heyəti sədri Samuel Di Piazza Jr. və baş direktor David Zaslav "Paramount" rəhbərliyinə göndərilən rəsmi məktubda şirkətdən “ən yaxşı və son təklifini” təqdim etməsini tələb edib.

İdarə heyəti "Paramount" təklifinin "Netflix" razılaşmasından daha üstün olub-olmadığını hələ qərara bağlamayıb, lakin "Paramount"un bağlayıcı və həyata keçirilə biləcək təklif təqdim edib-etməyəcəyi sürətlə qiymətləndirilməlidir.

72 milyard dollarlıq "Netflix" razılaşmasında son vəziyyət

"Netflix" təxminən 72 milyard dollarlıq razılaşmanı gücləndirmək üçün təklif strukturu dəyişdirib və tamamilə nağd ödəniş təklif etməyi qəbul eidb. Bu addım, "Paramount"un satınalma cəhdinə qarşı strategik bir hərəkət kimi qiymətləndirilir.

Razılaşmaya görə "Netflix" hər səhm üçün 27,75 dollar ödəyərək "Warner Bros. Discovery"nin bəzi aktivlərini alacaq. Bunlara "HBO Max" və "Warner Bros. Studios" kimi əsas bölmələr daxildir.

Əgər birləşmə tamamlanarsa, "Warner Bros. Discovery" kabel TV bölməsini ayrı bir şirkətə çevirəcək. Yeni qurumun adı isə “Discovery Global” olacaq.

"Paramount" daha yüksək təklif edir, amma şərtlər mübahisəlidir

"Paramount" hər səhm üçün 31 dollar təklif edir və şirkətin tamamını almaq istəyir. Bu baxımdan təklif, yalnız müəyyən bölmələri əhatə edən "Netflix" razılaşmasından fərqlənir.

"Warner Bros. Discovery"yə görə, "Paramount" nümayəndələri 31 dolların son təklif olmadığını və daha yüksək qiymətin mümkün olduğunu bildiriblər. Şirkət "Paramount"dan təklifini artırmasını və Netflix ilə eyni müqavilə şərtlərini qəbul etməsini tələb edib.

Mövcud şərtlərə görə, "Paramount" razılaşmanı dəyişdirmək və ya ləğv etmək hüququna malikdir. "Warner Bros. Discovery" isə "Netflix" razılaşmasının bağlayıcı olduğunu və səhmdarlara dəqiq səsvermə prosesi təqdim etdiyini vurğulayır. Eyni zamanda "Paramount"un bəzi şərtlərinin razılaşma prosesi davam edərkən şirkət əməliyyatlarını məhdudlaşdıra biləcəyi qeyd edilir.

Maliyyə gücü balansı müzakirənin mərkəzindədir

"Warner Bros. Discovery" rəhbərliyi maliyyə baxımından "Netflix"i daha güclü tərəfdaş hesab edir. Şirkət əvvəllər "Paramount" təklifini “realist olmayan” adlandırmışdı.

Buna səbəb olaraq yüksək borc maliyyələşdirmə ehtiyacı, zəif kredit reytinqi, mənfi sərbəst nağd pul axını və ənənəvi yayım gəlirlərinə asılılıq göstərilib.

Mümkün birləşmənin istehlakçılara təsiri

"Netflix" və "Warner Bros. Discovery" birləşməsi, xüsusilə yayım platforması istifadəçiləri üçün də diqqətlə izlənir. "Netflix"in baş icraçı direktoru Ted Sarandos ABŞ Senatında bildirib ki, "Netflix" və "HBO Max" bir-birini tamamlayan platformalardır.

Sarandosa görə, birləşmə istifadəçilərə daha çox məzmun təqdim edərkən xərcləri azalda bilər. Həmçinin abunəçilərin xidməti bir kliklə ləğv edə bilməsi səbəbindən qiymət artımlarının istifadəçilər tərəfindən asanlıqla rədd edilə biləcəyi qeyd edilir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Silikon-karbon gerçəyi: Batareya ömründə inqilab, yoxsa riskli mərc?

18.02.2026

Azərbaycanda dövlət zəmanətli borc ÜDM-in 8%-nə düşüb

18.02.2026

Xoşbəxt deyilsənsə, işə gəlmə - Çinli biznesmen

18.02.2026

72 milyard dollarlıq birləşmə təhlükədədir

18.02.2026

İlham Əliyev Vaşinqtonda Amerika İsrail İctimai Əlaqələr Komitəsinin icraçı direktoru və digər rəhbər heyəti ilə görüşüb - FOTO

18.02.2026

İkinci əl kompüterlərin alışı artır: Yeni kompüter dövrü bitirmi?

18.02.2026

ADSEA: Suyun qiyməti ilə bağlı Tarif Şurasına müraciət olunmayıb

18.02.2026

Uorren Baffetin "Berkshire Hathaway" şirkəti məşhur media qurumunun səhmlərini alıb

18.02.2026

Azərbaycana gətirilən palma yağında təhlükəli maddə aşkarlandı

18.02.2026

Bu obyektlərdə istehlaka yararsız qida məhsulları aşkarlanıb

18.02.2026

"Samsung"un 85 illik yüksəlişi: balıq dükanından qlobal texnologiya nəhənginə

18.02.2026

Rusiyada neft şirkətlərinin iflası dalğası başladı - KİV

18.02.2026

Suyun qiyməti ilə bağlı Tarif Şurasına müraciət edilib - RƏSMİ

18.02.2026

2026-cı ilin ən yaxşı elektrikli avtomobilləri açıqlandı - SİYAHI

18.02.2026

Naxçıvan Ali Məclisi deputatlarının köməkçiləri olacaq

18.02.2026

İcra Hakimiyyəti Qurcana çayının təmizlənməsinə 1 milyona yaxın vəsait ayırdı

18.02.2026

Yalnız 3 halda “WhatsApp” yazışmalarınız oxuna bilər - AÇIQLAMA

18.02.2026

"Fitch Ratings"dən ABŞ-a xəbərdarlıq

18.02.2026

Süni intellekt dövründə yüksələn yeni iş sahələri

18.02.2026

"Gavalı" 5 min manat ziyana düşdü

18.02.2026

Məzənnə

Yüklənir...