Yalnız 3 halda “WhatsApp” yazışmalarınız oxuna bilər - AÇIQLAMA

Redaktor

18.02.2026 15:47
113

Yalnız 3 halda “WhatsApp” yazışmalarınız oxuna bilər - AÇIQLAMA

Ali Məhkəmə “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Plenum qərarında şəxsi yazışmaların toxunulmazlığı ilə bağlı məsələlərə dair yeni xüsusi mövqelər açıqlayıb.

Bu barədə Valyuta.az-a Ali Məhkəmədən bildirilib. Plenum qərarında qeyd edilib ki, bu hüquq hər kəsin yazışma, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatların sirrini qorumağa təminat verir. Şəxsin razılığı olmadan onun şəxsi yazışmalarının qanunazidd əldə olunması, istifadəsi və ya yayılması şəxsi toxunulmazlıq hüququnun pozuntusu hesab olunur:

"Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. O da qeyd edilməlidir ki, hüquqi mübahisələrin həlli ilə bağlı həmin mübahisənin tərəfləri yalnız öz aralarında olan yazışmaları məhkəməyə və ya mübahisəni həll edən digər səlahiyyətli quruma (mediasiya, arbitraj və s.) sübut qismində təqdim edə bilərlər. Həmin tərəflər digər şəxslərlə olan yazışmaları öz hüquqi mübahisələrinin həllində sübut kimi təqdim edə bilməzlər".

Xüsusi olaraq bildirilib ki, istənilən yazışmanın media və ya internet şəbəkələrində qarşı tərəfin razılığı olmadan paylaşılması və ya hər hansı digər formada yayılması qadağandır, bu hal şəxsiyyət hüquqlarına qanunsuz müdaxilə olmaqla mənəvi zərərin yaranma əsası hesab edilir.

Plenum qərarında həm də göstərilib ki, şəxsin “WhatsApp” yazışmalarının onun xəbəri olmadan müxtəlif vasitələrdən istifadə edilməklə izlənilməsi qadağandır: "Yalnız valideyn yetkinlik yaşına çatmayan və tam fəaliyyət qabiliyyətli olmayan uşağının telefonuna onun razılığı olmadan baxa bilər".

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Silikon-karbon gerçəyi: Batareya ömründə inqilab, yoxsa riskli mərc?

18.02.2026

Azərbaycanda dövlət zəmanətli borc ÜDM-in 8%-nə düşüb

18.02.2026

Xoşbəxt deyilsənsə, işə gəlmə - Çinli biznesmen

18.02.2026

72 milyard dollarlıq birləşmə təhlükədədir

18.02.2026

İlham Əliyev Vaşinqtonda Amerika İsrail İctimai Əlaqələr Komitəsinin icraçı direktoru və digər rəhbər heyəti ilə görüşüb - FOTO

18.02.2026

İkinci əl kompüterlərin alışı artır: Yeni kompüter dövrü bitirmi?

18.02.2026

ADSEA: Suyun qiyməti ilə bağlı Tarif Şurasına müraciət olunmayıb

18.02.2026

Uorren Baffetin "Berkshire Hathaway" şirkəti məşhur media qurumunun səhmlərini alıb

18.02.2026

Azərbaycana gətirilən palma yağında təhlükəli maddə aşkarlandı

18.02.2026

Bu obyektlərdə istehlaka yararsız qida məhsulları aşkarlanıb

18.02.2026

"Samsung"un 85 illik yüksəlişi: balıq dükanından qlobal texnologiya nəhənginə

18.02.2026

Rusiyada neft şirkətlərinin iflası dalğası başladı - KİV

18.02.2026

Suyun qiyməti ilə bağlı Tarif Şurasına müraciət edilib - RƏSMİ

18.02.2026

2026-cı ilin ən yaxşı elektrikli avtomobilləri açıqlandı - SİYAHI

18.02.2026

Naxçıvan Ali Məclisi deputatlarının köməkçiləri olacaq

18.02.2026

İcra Hakimiyyəti Qurcana çayının təmizlənməsinə 1 milyona yaxın vəsait ayırdı

18.02.2026

Yalnız 3 halda “WhatsApp” yazışmalarınız oxuna bilər - AÇIQLAMA

18.02.2026

"Fitch Ratings"dən ABŞ-a xəbərdarlıq

18.02.2026

Süni intellekt dövründə yüksələn yeni iş sahələri

18.02.2026

"Gavalı" 5 min manat ziyana düşdü

18.02.2026

Məzənnə

Yüklənir...