Britaniya şirkəti “Gilar” qızıl yatağında tammiqyaslı hasilata başlayıb

Redaktor

19.05.2025 14:00
206

Britaniya şirkəti “Gilar” qızıl yatağında tammiqyaslı hasilata başlayıb

Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan “Anglo Asian Mining Plc.” (AAM) şirkəti mayın 19-da Daşkəsən rayonunda yerləşən “Gilar” qızıl yatağında tammiqyaslı hasilata başladığını elan edib.

"Hazırda hasilat “4-cü Zona”da aparılır. Əvvəlcə filiz dore ərintisi şəklində qızılın çıxarılması üçün qələvi üsulu ilə sonra isə mis konsentratı əldə etmək üçün flotasiya metodu ilə emal ediləcək. Şirkət gündəlik təxminən 2 min ton filiz çıxarmağı planlaşdırır", - məlumatda bildirilib.

Şirkətdən vurğulanıb ki, “Gilar” “Anglo Asian Mining”in orta səviyyəli mis istehsalına keçidi kontekstində mühüm aktivdir.

Gözlənilir ki, hasilat həcmlərinin tədricən artırılmasından sonra yataqda hasilat ayda 50-60 min ton filizə çatacaq.

“Gilar”da tam miqyaslı hasilatın başlanması barədə məlumat verməkdən məmnunuq. 54 min tondan çox mis və 255 min unsiya qızıl ehtiyatları ilə “Gilar” orta səviyyəli mis istehsalına keçid strategiyamızda mühüm rol oynayacaq", - “Anglo Asian Mining”in baş direktoru Reza Veziri qeyd edib.

Daha əvvəl bildirildiyi kimi, “Gilar” yatağında ilk filizin hasilatı cari ilin mart ayında başlayıb.

"4-cü Zona”da filiz ehtiyatları 2,4 milyon ton həcmində qiymətləndirilir. Filizdə misin miqdarı 1,47 %, qızılın miqdarı isə 1,78 q/t təşkil edir.

Ümumilikdə, 2025-ci ildə AAM yataqdan təxminən 400 min ton filiz hasil etməyi nəzərdə tutur.

“Gilar” yatağı Gədəbəy müqavilə sahəsində şirkətin emal obyektlərindən təxminən km məsafədə yerləşir. Yatağın JORC standartı üzrə ümumi mineral ehtiyatları 54 min ton mis və 255 min unsiya qızıl təşkil edir.

Strateji inkişaf planına əsasən, AAM 2029-cu ilə qədər orta səviyyəli çoxprofilli mis və qızıl istehsalçısına çevrilməyi planlaşdırır. Həmin vaxta qədər mis şirkətin əsas məhsulu olacaq və hasilat təxminən 50-55 min ton həcmində proqnozlaşdırılır. AAM bu artıma 2025-2029-cu illərdə “Zəfər”, “Gilar”, “Xarxar” və “Qaradağ” yataqlarında dörd yeni mədənin istismara verilməsi hesabına nail olmaq niyyətindədir.

Xatırladaq ki, hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. 1997-ci il avqust ayının 21-də imzalanan Production Sharing Agreement (PSA) tipli müqavilə 6 yatağın işlənməsini nəzərdə tutub. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.

©report

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Kripto əkizləri” müharibə qorxusu ilə 100 milyon dollardan çox "Bitcoin" satdı

11.03.2026

Rublu olanların nəzərinə - Məzənnə açıqlandı

11.03.2026
Borclu ölkəni tərk edərsə, bank borcu zamindən tələb edə bilərmi?

Borclu ölkəni tərk edərsə, bank borcu zamindən tələb edə bilərmi? - Hüquqşünas açıqladı

11.03.2026

5000 dollarlıq ideyanı milyardlıq biznesə çevirdi - “Spanx”in yaranma hekayəsi - SƏHƏR OXUSU

11.03.2026

10 gündə 40 mindən çox amerikalı Yaxın Şərqdən qaçdı

10.03.2026

Ekspert: 2026 pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir

10.03.2026

Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb

10.03.2026

"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat

10.03.2026

Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası

10.03.2026

Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı  - Fotolar

10.03.2026

Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…

10.03.2026

Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib

10.03.2026

Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?

10.03.2026

“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib

10.03.2026

Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı

10.03.2026

C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb

10.03.2026

Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur

10.03.2026

Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib

10.03.2026

Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı

10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar

2026-cı il üçün Bakıda ən yaxşı startaplar

10.03.2026

Məzənnə

Yüklənir...