Redaktor
“Bolkart Debet”, yoxsa “Yelo Digital”? - Hansı kart daha sərfəlidir?
Rəqəmsal bank xidmətlərinin genişlənməsi kart məhsulları üzrə şərtləri də aktuallaşdırıb.
“Bank of Baku”nun “Bolkart Debet” və “Yelo Bank”ın “Yelo Digital” kartları üzrə xidmət haqqı, keşbek, valyuta seçimi və digər şərtlər fərqlənir.
Valyuta.az hər iki kartı müqayisə edib.
"Bank of Baku" “Bolkart Debet” kartı üzrə müştərilərə balans qalığına illik 7%-dək gəlir əldə etmək imkanı təqdim edir.
Kart AZN, USD və avro valyutalarında təqdim olunur. “Bolkart Debet” kartının qiyməti pulsuzdur, istifadə müddəti isə 60 aya qədərdir. Kart “MasterCard” və “Visa” ödəniş sistemləri əsasında istifadəyə verilir.
Kart hesabında 100 manatdan az olmayan qalıq olduqda müştərilər gündəlik əsasda illik 7%-dək gəlir əldə edə bilirlər. Qalıq məbləği 2000 manatdan çox olduqda isə 2000 manata qədər olan hissəyə 7%, bu məbləğdən yuxarı hissəyə isə 5% gəlir hesablanır. Bu xidmət yalnız AZN valyutasında olan kartlara tətbiq edilir.
Kart üzrə nağdlaşdırma zamanı komissiya tutulmur. Bundan başqa, kart təmassız ödəniş funksiyasını dəstəkləyir. Bu funksiya PIN kod daxil edilmədən 100 manatdan az məbləğdə ödənişlər üçün istifadə olunur.
Hər bir müştəri bir “Bolkart Debet” kartını pulsuz əldə edə bilər. Əlavə aktiv debet kartları üçün hesabda minimum 300 AZN, USD və ya avro məbləğində depozit olduqda kart 18 manat standart rüsum tətbiq edilmədən təqdim edilir.
Bəzi əməliyyatlar keşbek hesablanmasına daxil edilmir. Bunlara nağdlaşdırma, kartdan karta köçürmələr, kredit ödənişləri, kommunal və dövlət ödənişləri, vergi, cərimə, mərc, rabitə, mobil operator, kuryer və yük xidmətləri üzrə ödənişlər, həmçinin “DOSTBANK” mobil tətbiqi vasitəsilə aparılan əməliyyatlar daxildir.
0,01 manatdan az keşbek məbləğləri nəzərə alınmır.
| Bolkart debet | ||
|---|---|---|
| Partnyor | Keşbek faizi | Maksimum keşbek limiti |
| Azpetrol∗∗ | 1,5% | 10 manat |
| SOCAR∗∗ | 1,5% | |
| Araz | 1,5% | |
| Bravo | 1,5% | |
| Trendyol/Temu | - | |
| Restoran | 1,5% | |
| Geyim | 1,5% | |
| Elektronika | - | |
| Yaşat fonduna köçürmələr∗ | 5% | |
| Bakı metropoliteni | - | - |
| Bütün ödənişlər | 1% | 20 manat |
| 22.06.2026 | ||
∗ Keşbek yalnız “DostBank” mobil tətbiqi üzərindən edilən ödənişlərə şamil olunur və kateqoriya seçimindən asılı olmayaraq hesablanır.
∗∗ Ödənişlər yalnız "Bank of Baku"ya məxsus POS terminalları vasitəsilə həyata keçirildikdə keşbek hesablanır.
∗∗∗ Rəqəmsal “Bolkart Debet” kartları üzrə keşbeklər fevral ayı ərzində kateqoriya seçimindən asılı olmayaraq hesablanır.
Kateqoriyalar üzrə tətbiq olunan maksimum keşbek limitləri müştəriyə aid hər bir kart üzrə ayrı-ayrılıqda deyil, ümumilikdə nəzərdə tutulur.
"Yelo Bank" müştərilərinə təqdim etdiyi “Yelo Digital” kartı vasitəsilə 20%-dək keşbek, pulsuz köçürmə və nağdlaşdırma imkanları təklif edir.
Bankın məlumatına görə, kart 5 il müddətinə pulsuz təqdim olunur. Müştərilər AZN, USD və EUR valyutalarında kart seçimi edə, dünyanın istənilən ölkəsində alış-veriş, onlayn ödəniş və köçürmələr həyata keçirə, həmçinin restoran, otel, bilet və digər xidmətlərdən yararlana bilərlər.
Keşbek proqramı müştərinin əmanət, kredit məbləği və kart qalığından asılı olaraq “Standart” və “Parlaq” paketləri üzrə təqdim edilir. Paketlər arasında fərq keşbek faizləri və aylıq qazanc limitləri ilə müəyyən olunur.
Paketlərdən birini aktivləşdirmək üçün müştəri hər ay əmanət məbləği, kart qalığı və ya kredit göstəricilərindən ən azı birini yerinə yetirməlidir.
Yeni Yelo kart müştərilərinə kartı aktivləşdirdikləri ayın sonuna qədər “Standart” keşbek paketi hədiyyə olunur.
Yeni şərtlərə əsasən, aylıq maksimum keşbek limiti “Standart” paket üzrə 90 manat, “Parlaq” paket üzrə isə 140 manat təşkil edir.
Keşbek proqramından USD və EUR valyutalı Yelo kart sahibləri də yararlana bilərlər.
Qazanılan keşbek məbləği AZN valyutasında hesablanır.
| “Yelo Digital” | ||
|---|---|---|
| “Xoş gəldin” paketi | ||
| Kateqoriyalar | % | Limit |
| Geyim | 1.5% | 15 manat |
| Market | 1.5% | |
| Kafe və restoranlar | 1,5% | |
| Hotellər | 3% | 10 manat |
| Wingz* | 10% | |
| AZAL | 5% | |
| Azərbaycan Dəmir Yolları | 5% | |
| Əyləncə mərkəzləri | 2% | |
| Azparking | 20% | |
| 22.06.2026 | ||
“Xoş gəldin” paketi yalnız yeni müştərilər üçün nəzərdə tutulub. Bu paketdən bankda ilk məhsulu debet kartı olan və debet kartını ilk dəfə rəsmiləşdirən müştərilər yararlana bilərlər.
Paket üzrə güzəşt müddəti 30 gün təşkil edir.
Paket çərçivəsində həm əsas, həm də əlavə kateqoriyalar arasından ikisini seçmək mümkündür. Beləliklə, müştəri ay ərzində ümumilikdə 4 kateqoriyadan yararlana bilər.
Müştəri bir ay ərzində “Xoş gəldin” paketi üzrə maksimum 50 manat məbləğində keşbek qazana bilər.
| “Yelo Digital” | ||
|---|---|---|
| “Standart” paket | ||
| Kateqoriyalar | % | Limit |
| Geyim | 2% | 30 manat |
| Kafe və restoranlar | 2% | |
| Market | 3% | |
| Kinoteatr | 15% | 15 manat |
| Wingz* | 15% | |
| Hotellər | 5% | |
| Zoomağazalar | 7% | |
| Azərbaycan Dəmir Yolları | 10% | |
| Aptek | 2% | |
| Əyləncə mərkəzləri | 10% | |
| Gözəllik salonları və spa | 4% | |
| Azparking | 20% | |
| 22.06.2026 | ||
Paket çərçivəsində həm əsas, həm də əlavə kateqoriyalar arasından ikisini seçmək mümkündür. Beləliklə, müştərilər ay ərzində ümumilikdə 4 kateqoriyadan yararlana bilirlər.
Bu paket üzrə bir ay ərzində maksimum 90 manat məbləğində keşbek qazanmaq mümkündür.
| “Yelo Digital” | ||
|---|---|---|
| “Parlaq” paket | ||
| Kateqoriyalar | % | Limit |
| Geyim | 3% | 50 manat |
| Kafe və restoranlar | 3% | |
| YDM | 2% | |
| Market | 4% | |
| Kinoteatr | 20% | 20 manat |
| Wingz* | 20% | |
| Hotellər | 7% | |
| Zoomağazalar | 10% | |
| Azərbaycan Dəmir Yolları | 20% | |
| Aptek | 3% | |
| Azal | 10% | |
| Əyləncə mərkəzləri | 15% | |
| Gözəllik salonları və spa | 7% | |
| Azparking | 20% | |
| 22.06.2026 | ||
Paket çərçivəsində həm əsas, həm də əlavə kateqoriyalar arasından ikisini seçmək mümkündür. Beləliklə, müştərilər ay ərzində ümumilikdə 4 kateqoriyadan yararlana bilirlər.
Bu paket üzrə bir ay ərzində maksimum 140 manat məbləğində keşbek qazanmaq mümkündür.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərUğurlu biznes sahibi olmağın 5 yolu
22.06.2026Təhsil kreditlərinin limitinə yenidən baxıla bilər
22.06.2026Dövlət əmlakını icarəyə götürmək istəyənlərin NƏZƏRİNƏ
22.06.2026Xəstə xidmətlərini avtomatlaşdıran startap 30 milyon dollar investisiya cəlb edib
22.06.2026Hansı bürclər biznesdə daha uğurludur?
22.06.2026SOCAR və EPS yaxın həftələrdə Nişdəki elektrik stansiyası üzrə səhmdar sazişi imzalayacaq
22.06.2026Daşınmaz əmlaka yatırımlar milyonçu olmağın açarıdır?
22.06.2026Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir ®
22.06.2026"Tencent"dən yeni AI addımı: "WeChat"də "Xiaowei" köməkçisi sınaqdan keçirilir
22.06.2026
Obyekt sahibi bank kreditinə görə yaranan cəriməni icarəçidən tələb edə bilərmi?
22.06.20264 ayda avtomobil sığortası üzrə edilən ödənişlər və yığımlar - CƏDVƏL
22.06.202645 dəfə rədd edilən startap bu gün uğur hekayəsidir
22.06.2026"Rolex" və "Patek Philippe" saatları kolleksiyaçılar üçün sərfəli investisiyaya çevrilib
22.06.2026Azərbaycanda kredit faizləri son 5 ildə artıb - Regionlar üzrə tam siyahı
22.06.2026