"Reputasiya bir paylaşım ilə yox, yanlış reaksiya ilə dağılır"
12.05.2026 11:06
1,128

"Reputasiya bir paylaşım ilə yox, yanlış reaksiya ilə dağılır"

  Aida Ramiz

      PR və kommunikasiya üzrə ekspert

İndi sosial mediada və internetdə istənilən məlumat çox sürətlə yayılır. Bəzən bir paylaşım və ya yayılan bir fikir qısa vaxtda böyük müzakirəyə çevrilə bilir. Belə vəziyyətlərdə isə necə davranmaq məsələsi ön plana çıxır.

Bəs “mənfi PR”la qarşılaşanda ən doğru addım nədir? 

Bu gün “mənfi PR” yaratmaq çox asandır. Bir paylaşım. Bir montaj video. Bir anonim "screenshot". Və bir anda insanlar hadisənin doğrusunu yox, ən çox paylaşılmış versiyasını müzakirə etməyə başlayırlar. Ən təhlükəlisi də budur: rəqəmsal dünyada həqiqət həmişə ilk çatan tərəf olmur.

Belə situasiyada bir çox insan eyni səhvi edir. Dərhal cavab verir. Əsəbi danışır. "Story"lərdə özünü müdafiə etməyə başlayır. Qarşı tərəfi alçaldır. Halbuki PR-da emosional reaksiya zəiflik hissi yaradır. İnsanlar bəzən sizin nə dediyinizi yox, nə qədər panikada olduğunuzu izləyirlər.

Məncə, “black PR” zamanı əsas məqsəd qalmaqal yaratmaq yox, reputasiyanı qorumaq olmalıdır. Bunun üçün də ilk addım hər hücuma reaksiya verməməkdir. Çünki bəzi insanlar həqiqəti öyrənmək üçün yox, sizdən reaksiya almaq üçün danışırlar. Siz emosional cavab verdiyiniz anda mövzu faktlardan çıxır və şou başlayır.

Diqqəti başqa yerə yönəltmək taktikasına gələndə isə bu, qısa müddətli işləyə bilər. Yeni xəbər paylaşmaq, başqa mövzu yaratmaq, gündəmi dəyişmək mümkündür. Amma insanlar bir şeyi çox yaxşı hiss edirlər: səmimiyyəti. Əgər problem var və siz ondan qaçırsınızsa, bunu anlayırlar. Və həmin anda məsələ artıq xəbərin özü yox, etibar məsələsinə çevrilir.

Məncə, ən doğru taktika sakit və qısa şəkildə faktlarla danışmaqdır. Uzun izahlar, aqressiv ton, özünü yazıq göstərmək yox, sadəcə mövqe, fakt, sübut və davam edən iş. Çünki güclü reputasiya hər gün özünü müdafiə edən yox, krizis zamanı belə öz duruşunu qoruyan insanlar tərəfindən qurulur.

Bir şeyi də qəbul etmək lazımdır: reputasiya bir gündə dağılmır. Əgər illərlə insanlarda güvən yaratmısınızsa, bir paylaşım sizi bitirməz. Amma yanlış idarə olunan bir reaksiya böyük zərər verə bilər.

PR-da ən güclü insanlar hər kəs onları alqışlayanda yox, haqlarında mənfi danışıldığı anda necə davrandıqları ilə seçilirlər.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

100 yaşlı neftçi Məsməli Mustafayev: 16 yaşında neft mədənində işləməyə başlayıb

19.07.2026

Altıncı "Yüksəliş" müsabiqəsinin final mərhələsi başa çatıb

19.07.2026

Süni intellektin köməyi ilə görünməz dron hazırlanıb

19.07.2026

200 milyon dollara çəkildi, 1 milyarddan çox qazandı – Maykl Cekson filmi tarix yazdı

19.07.2026

Üç hava döşəyi ilə başladılar: 15 investorun rədd etdiyi ideya necə 25 milyardlıq şirkətə çevrildi?

18.07.2026

"Google" süni intellekt yarışında mövqelərini itirir

18.07.2026

Azərbaycana idxal olunan badımcanın 1 kiloqramı neçəyə başa gəlir?

18.07.2026

"BlackRock" CEO-su: "Kriptovalyuta bazarı daha sabit vəziyyətə gəlib"

18.07.2026

"Assist Finance"ın dövriyyəsi açıqlanıb

18.07.2026

Gənc startapçılar üçün Mark Zukerberqin uğura aparan 10 prinsipi

18.07.2026

Bank sektorunda 10 il işlədikdən sonra aqrotexnologiya laboratoriyası yaradıb

18.07.2026

Uorren Baffet: "Heç kimin nə vaxt öləcəyi bəlli deyil, bütün sərvətim 2034-cü ilə qədər bağışlanacaq"

18.07.2026

Yaponiya və "Nvidia"dan nəhəng layihə: 133 milyard dollarlıq bazar...

18.07.2026

"Apple" bu ölkədə "iPhone 17"ni kəskin bahalaşdırdı

18.07.2026

Onlayn alış-veriş zamanı saxta kosmetik məhsulları necə tanımaq olar?

18.07.2026

"Futbol niyə biznes olmasın ki? - Dünya çempionatı 2026 iqtisadi layihədir"

18.07.2026

"Meta" 10 milyard dollarlıq yeni gəlir mənbəyi yarada bilər

18.07.2026

Paltarına yapışan tikan onu milyarderə çevirdi

18.07.2026

"Apple" bazar dəyərinə görə "Nvidia"nı geridə qoyub

18.07.2026

Öhdəliklərinin həcminə görə bankların RENKİNQİ

18.07.2026

Məzənnə

Yüklənir...