"Bitwise" rəhbərindən kriptovalyuta bazarında yüksəliş üçün 3 əsas şərt

Redaktor

08.01.2026 11:47
599

"Bitwise" rəhbərindən kriptovalyuta bazarında yüksəliş üçün 3 əsas şərt

Kriptovalyuta bazarları 2026-cı ilə müsbət dinamika ilə başlasa da, "Bitcoin"in 94 min dollar səviyyəsində geri dönməsi artım tempinin asan olmayacağını göstərib.

Valyuta.az xəbər verir ki, aktivlərin idarə edilməsi üzrə aparıcı şirkətlərdən biri olan "Bitwise Asset Management"in qlobal investisiya direktoru Matt Hougan bu il bazarda davamlı yüksəlişin mümkün olması üçün üç əsas amilin önə çıxdığını bildirib.

Hougan bazarda qeydə alınan son enişdən sonra "Bitwise" müştəriləri üçün hazırladığı analitik qeyddə vurğulayıb ki, bu risklərdən biri artıq aradan qalxıb.

“Üç maneə var, biri artıq aradan qalxıb”

Houganın sözlərinə görə, 2026-cı ildə kriptovalyuta bazarında sağlam yüksəlişin baş verməsi üçün aşağıdakı istiqamətlərdə irəliləyiş vacibdir.

1. Kəskin enişlərin təkrarlanmaması

Onun fikrincə, oktyabr ayındakı kəskin geriləmə tipli proses yenidən yaşanmamalıdır: “Əgər belə bir eniş baş verəcəkdisə, bunu artıq - xüsusən ilin sonuna yaxın müşahidə edərdik. Amma bu baş vermədi. Düşünürəm ki, bu risk artıq aradan qalxıb,” - deyə Hougan qeyd edib.

2. Tənzimləyici çərçivənin formalaşması

İkinci əsas məqam kripto bazarı üçün hüquqi aydınlığın təmin olunmasıdır. Hougan bildirib ki, Clarity Act və bazar strukturu ilə bağlı qanun layihələri üzrə müzakirələr yaxın günlərdə Senatda başlayacaq: “Bu sənədlərin 2026-cı ildə Konqresdən keçməsi bazar üçün kritik əhəmiyyət daşıyır. DeFi sahəsində maraqların toqquşması və ümumi razılaşmazlıqlar da daxil olmaqla bir sıra mühüm mövzular müzakirə olunacaq,” - deyə o əlavə edib.

3. Qlobal səhm bazarlarında kəskin satışların olmaması

Ekspert vurğulayıb ki, kripto bazarının yüksəlməsi üçün səhm bazarlarının mütləq artım nümayiş etdirməsi şərt deyil. Lakin qlobal fond bazarlarında baş verə biləcək ciddi satış dalğası kriptovalyutalara da mənfi təsir göstərə bilər.

Matt Houganın fikrincə, qeyd olunan şərtlər təmin olunduğu təqdirdə, 2026-cı il kriptovalyuta bazarı üçün dayanıqlı artım və genişmiqyaslı yüksəliş dövrü ilə yadda qala bilər.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanlı tələbələr startapları ilə investorlar qarşısında çıxış etdilər - 3 komanda qalib oldu

10.07.2026
Ən çox şikayət olunan sığorta şirkətləri açıqlanıb

Ən çox şikayət olunan sığorta şirkətləri açıqlanıb - SİYAHI

10.07.2026

Kart əməliyyatlarında ən böyük pay kimdədir? - CƏDVƏL

10.07.2026

Peşə əmək qabiliyyətinin itirilməsi üzrə sığorta yığımlarında 39,4%-lik azalma

10.07.2026

"Xalq Bank"ın "Proqress" əmanəti: faiz dərəcələri və şərtlər

10.07.2026

"Bitwise" 570 milyon dollarlıq fondunu yenilədi

10.07.2026

SK Hynix-in məsləhətçiləri "SpaceX"dən rekord həcmdə komissiya qazandılar

10.07.2026

"OpenAI" "Atlas" layihəsini dayandırdı

10.07.2026

Dənizkənarında çay içmək neçəyə başa gəlir? - Restoran qiymətləri

10.07.2026
Aİ rəsmiləri rəqəmsal avro üzrə danışıqların bərpasını dəstəkləyib

Aİ rəsmiləri rəqəmsal avro üzrə danışıqların bərpasını dəstəkləyib

10.07.2026

“Pul sadəcə yığılmamalıdır, işləməlidir” – Pərviz Qasımov AFB Bankın yeni yığım modelini izah edir ®

10.07.2026

"FED" iqtisadi islahatlar üçün 5 yeni işçi qrupu yaratdı

10.07.2026

Füzuli və Qəbələdə qum-çınqıl yataqları hərraca çıxarılır - QİYMƏT

10.07.2026

Hansı bank nə qədər və neçə faizlə nağd pul krediti verir?

10.07.2026

“Startap” şəhadətnaməsi alan KOB-ların dövriyyəsi 2 dəfə artıb

10.07.2026

"OpenAI" rəhbəri Fici Simo vəzifəsindən ayrılır

10.07.2026
Nağdsız ödənişlər iqtisadiyyatı necə dəyişir?

Nağdsız ödənişlər iqtisadiyyatı necə dəyişir?

10.07.2026

"Trendyol"un hər 1 lirəlik fəaliyyəti Türkiyə iqtisadiyyatına təxminən 7 lirə təsir edir

10.07.2026

BOKT-lar yalnız üç islam maliyyəsi məhsulu təqdim edəcək - AMB

10.07.2026

Süni intellekt 12 yaşlı qıza öz startapını yaratmağa kömək edib

10.07.2026

Məzənnə

Yüklənir...