“Bir təsisçidirsə, problemdir. 2-3 ortaq varsa, onların keçmişləri maraqlıdır” - İnvestor 

Redaktor

06.01.2026 14:20
169

“Bir təsisçidirsə, problemdir. 2-3 ortaq varsa, onların keçmişləri maraqlıdır” - İnvestor 

“Yatırım qərarında çox şeyə diqqət edilir. Birincisi neçə ortaq var? Bir təsisçidirsə, problemdir. 2-3 ortaq varsa, onların keçmişləri maraqlıdır. Problemləri olubmu, olubsa necə həll ediblər? 2-3 ortaq olanda, baxmaq lazımdır ki, anlaşa biləcəklərmi? Onlar əgər sırf bu layihə üçün bir araya gəliblərsə, o da riskdir. Onlar hələ bir-birini işdə tanımır. Ortaqlıq evlilik kimidir. Problem olanda kim altdan alır? Sonra ailələri, keçmişləri, oxuduğu universitetlər, təcrübələri və s. hamısına baxılır”.

Bu sözləri Valyuta.az-a müsahibəsində “Repie” İnvestisiya Holdinqinin həmtəsisçisi, türkiyəli iş adamı Mehmet Ali Ergin deyib.

M.A.Ergin bildirib ki, daha sonra iş analizi edilməlidir: “Bu işin bazarı varmı? Dövlət bu işə qarışırmı? Rəqiblər kimdir? Rəqiblərə qalib gələ biləcəksənmi? Türkiyə kənarına çıxma şansı varmı? Çünki biz deyirik ki, Azərbaycanın 10 milyon, türk cümhuriyyətləri 50-60 milyon, Türkiyə 85 milyon vətəndaşı var, amma bu yetməz. Niyə Amerikadakı şirkətlər sürətli uğurlu olurlar? Çünki çox insan var, bazar, iqtisadiyyat böyükdür. Amerikada başlayanda, Kanadaya, Panamaya sürətli gedə bilir. Türkiyədən çıxma şansın varmı? Oyun işi niyə Türkiyədə sürətli gedir? Oyun yaxşıdırsa, “App store”, “Play store”a qoyan kimi sürətli olaraq düyaya yayılır. Hər bir işi ayrıca incələməlisən. Asan deyil”.

“Bəzən bir şəxs layihə ilə gəlir, deyir ki, 5 milyon dollar sərmayə lazımdır. Deyirəm ki, bu pulla nə edəcəksən? Deyir ki, biznesin inkişafı, işçilər və s. Sonra deyirəm, bu maliyyə sənə neçə ay bəs edəcək? Deyir ki, 20 ay. Deyirəm ki, 20 ay sonra gəlirin necə olacağını planlayırsan? 20 ay sonra təkrar investisiya almaq şansın varmı? Əgər pulu aldın, ondan sonra təkrar investisiya alacaq halda olacaqsan, yoxsa gərək qalmayacq qədər yaxşısan? Yəni elə səviyyəyə gəlməlisən ki, ya özün gəlir qazanasan, investisiyaya ehtiyacın olmasın. Ya da özünü elə inkişaf etdirməlisən ki, digər yatırımçılara müraciət edəndə, analiz etsinlər, görsünlər ki, sən əvvəl aldığın investisiya ilə nələr etmisən, hansı nəticəyə gəlib çıxa bilmisən. Bu işə pul yatırılırsa, iş planında geri dönüşü də qeyd olunmalıdır. Yəni o pul səni hara gətirəcək?

Müştəri tapmaq, məhsul çeşidlərini artırmaq, istehsalı sürətləndirmək və s. kimi məsələlərlə bağlı planın olmalıdır. Aldığın pulla növbəti investisiya cəlb etmək turuna çıxmaq üçün yaxşı hazırlıq görməlisən. Əks halda həm sənin zamanına, həm də yatırım edən şəxsin puluna heyifdir” – deyə Mehmet Ali Ergin qeyd edir.

Ətraflı Müsahibədə: 3 milyardlıq holdinqin təsisçisi Valyuta.az-da: Müəllimlərindən borc götürüb fabrik almışdı

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

2026-da hara səyahət etməli və Avropanın müxtəlif guşələrində hansı yeniliklər olacaq?

08.01.2026

Saxta mavi ekran tələsinə diqqət: Hər şeyinizi itirə bilərsiniz

08.01.2026

Hər kəsin uzaq durmalı olduğu 7 əsas maliyyə xətası

08.01.2026

"Galaxy S26"nın təqdimat tarixi açıqlandı: Model haqqında nə məlumdur?

08.01.2026

Keçmiş NASA alimi fizika qanunlarını pozan mühərrik yaratdığını iddia edir

08.01.2026

İnsan resursları mütəxəssislərindən işdən çıxarılanlara dörd məsləhət

08.01.2026

Sahil Babayevin yeni müavini o oldu

08.01.2026

Təhsilini başa vurmayan şəxslərə arayış elektron qaydada veriləcək

08.01.2026

Azərbaycan uşaq arabalarını haradan alır? - Ölkələr, Qiymətlər

08.01.2026

"Araz" firması nizamnamə kapitalını 900 manat endirdi

08.01.2026

2026-cı ilin torpaq qiymətləri: Artım hansı ərazilərdə olacaq?

08.01.2026

"Zabrat maşınqayırma zavodu" özəlləşdirilib

08.01.2026

Azərbaycanda 150 milyonluq şirkət yenidən təşkil olunur

08.01.2026

İxrac gəlirləri azalan şirkətlər - SİYAHI

08.01.2026
“ABB-İnvest İnvestisiya Şirkəti”nin rəhbərliyinə mühüm təyinat

“ABB-İnvest İnvestisiya Şirkəti”nin rəhbərliyinə mühüm təyinat

08.01.2026

Məmurlar şikayət etdilər, İsayevlər bir milyon manat ödəyəcəklər

08.01.2026

Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub

08.01.2026

İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə RENKİNQİ

08.01.2026

Milli valyutadakı uzunmüddətli kreditlər 2 milyard manatdan çox artıb

08.01.2026

Media subyektləri vergidən azaddır, bəs jurnalistlər? - RƏSMİ

08.01.2026

Məzənnə

Yüklənir...