2026-da Avropada hara səyahət etməli?

Redaktor

08.01.2026 23:52
119

2026-da Avropada hara səyahət etməli?

Son illərdə Avropa turist axınının ciddi şəkildə artdığı bölgələrdən biridir. Məhz bu səbəbdən 2026-cı il bəlkə də indiyədək diqqət yetirmədiyiniz məkanları kəşf etmək üçün ideal vaxt hesab olunur. Bir çox Avropa ölkəsi turistlər üçün maraqlı olacaq yeni attraksionlar və tədbirlər təklif etməyə hazırlaşır. 

Valyuta.az xəbər verir ki, cəlbedici istiqamətlər barədə “Euronews” nəşri yazıb.

2026-cı ilin mədəniyyət paytaxtları

2026-cı il üçün Avropanın mədəniyyət paytaxtları kimi Finlandiyanın Oulu və Slovakiyanın Trençin şəhərləri seçilib. Məsələn, 16–18 yanvar tarixlərində Ouluda proqramına konsertlər, avtomobil tüninqi və Finlandiyanın milli idman növü olan buz üzərində xokkeyin daxil olduğu festival keçiriləcək.

Trençin şəhərində isə 13–15 fevral tarixlərində maraqlı tədbirlər planlaşdırılıb. Həmin günlərdə şəhərin tarixi mərkəzi musiqi, incəsənət və sosial görüşlər üçün açıq mədəniyyət səhnəsinə çevriləcək.

Brüssel, Belçika

Belçikanın paytaxtı Brüssel əsasən biznes və siyasətlə assosiasiya olunsa da, 2026-cı ildə şəhər mədəni dirçəliş mərhələsinə qədəm qoyacaq. Noyabr ayında burada bir vaxtlar “Citroën” qarajı və avtosalonu kimi istifadə olunmuş, 90 illik modern üslublu binada “KANAL–Centre Pompidou”nun açılması planlaşdırılır. Bu məkan Belçika paytaxtında müasir və çağdaş incəsənətə həsr olunmuş ilk muzey olacaq.

Muzey binasında sərgi zallarına baxışı olan restoran və dam üstü bar da fəaliyyət göstərəcək.

Helsinki, Finlandiya

Yeni ildə Helsinki İncəsənət Muzeyi finlandiyalı məşhur rəssam, mumi-trolların yaradıcısı Tuve Yansson üçün ayrıca məkan ayıracaq.

“Üç sərgi zalını əhatə edən və "Kənddə şənlik" və "Şəhərdə şənlik" adlı freskalar ətrafında qurulan qalereya Yanssonu həm Helsinki mərkəzli, həm də beynəlxalq miqyaslı bir rəssam kimi təqdim edir. İlk sərgi (13 fevral 2026 – 24 yanvar 2027) Yansson ailəsinin ümumi yaradıcılığını, bir-birlərini necə təsvir etdiklərini və ortaq işlərini araşdırır”, deyə material müəllifləri bildirir.

Valensiya, İspaniya

Valensiya bölgəsi davamlı turizm sahəsində lider mövqeyə yüksəlib. Bu, 2024–2028-ci illər üçün Davamlı Turizm Strategiyasına görə “AENOR” sertifikatı alan İspaniyada ilk regiondur.

2026-cı ildə burada iki mühüm mədəni obyektin açılması planlaşdırılır. İlin sonuna doğru Valensiyada doğulmuş rəssam Manolo Valdesə həsr olunan “Espai Manolo Valdés” mərkəzi fəaliyyətə başlayacaq. Burada yeni və indiyədək nümayiş etdirilməmiş heykəllər sərgilənəcək.

Bundan əlavə, Xoakin Sorollanın irsi də Sorolla Muzeyində anılacaq. Rəssamın 220 əsəri “Palacio de las Comunicaciones” binasında nümayiş olunacaq.

Qastronomik istiqamətlər

Avropada qurmanlar üçün də maraqlı seçimlər mövcuddur. 2026-cı ildə həm dadlı, həm də sağlam həyat tərzinə yönəlmiş üç kulinariya istiqaməti ön plana çıxır.

Bu məkanlardan biri Yunanıstanın Krit adasıdır. İyul ayında Resmo şəhərində bir həftəlik Krit pəhrizi festivalı keçiriləcək.

Eyni zamanda Maltanın qardaş adası olan Qozo “fermadan süfrəyə” ənənələri və etik turizm modeli ilə tanınıb. Burada ġbejniet (qoyun südündən hazırlanan ənənəvi pendirlər), Gozitan ftira (pizza formasına bənzər mayalı çörək), əncir piroqu və günəşdə qurudulmuş pomidorların dadına baxmaq tövsiyə olunur.

Bu siyahını Xorvatiyanın Kvarner bölgəsi tamamlayır. Burada bir gün ərzində lanqustin, vəhşi ov əti, göbələk və meşə giləmeyvələrindən ibarət zəngin mətbəxlə tanış olmaq mümkündür.

İngiltərə sahili boyunca yeni marşrut

2026-cı ildə İngiltərə sahili boyunca salınan “Kral III Çarlzın sahil yolu”nun tam şəkildə başa çatdırılması gözlənilir. Marşrut 4 303 kilometr uzunluğunda olacaq və İngiltərənin bütün sahil xətti boyunca uzanacaq.

Marşrutun böyük hissəsi artıq istifadəyə verilib. Tikinti tamamlandıqdan sonra bu yol dünyanın ən uzun sahil yürüş marşrutu statusunu qazanacaq.

Qeyd edək ki, bundan əvvəl Avropada yerləşən və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan beş maraqlı turizm məkanı barədə də məlumat verilmişdi.

Paşa Məmmədli

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"OpenAI" "Convogo"nun komandasını satın alır

09.01.2026

Azərbaycanda bu dərmanlar apteklərdə pulsuz verilir - RƏSMİ

09.01.2026

Azərbaycanda şirkət "təzə göyərti"yə görə cərimələndi - 2 milyon borcu üzə çıxdı

09.01.2026

2025-ci ilin ən bəxtsiz turistləri açıqlandı - İlginc hadisələr

09.01.2026

Zara İbrahimzadə PAŞA Bankın Baş Direktoruna müşavir təyin olunub

09.01.2026

Bəzi abidələrin siyahısına dəyişiklik edildi

09.01.2026

Qabiliyyət imtahanlarına hazırlaşan abituriyentlərin nəzərinə!

09.01.2026

Ən çox şikayət olunan internet provayderləri açıqlanıb

09.01.2026

ETX: "Telegram" və "WhatsApp" hesabları ilə bağlı araşdırmalar davam etdirilir

09.01.2026

“Microsoft” süni intellektin xərcini əməkdaşlara ödədir?

09.01.2026
Ən çox izlənilən "YouTube" videoları və onların gətirdiyi gəlir

Ən çox izlənilən "YouTube" videoları və onların gətirdiyi gəlir

09.01.2026

BP dünyada ilk dəfə "Xankəndi" gəmisi ilə Xəzərdəki sualtı quyulara xidmət göstərməyə başlayır

09.01.2026

Generalın müavini təqaüdə göndərildi - Yeni təyinat

09.01.2026

Tim Kuk ötən il 74,3 milyon dollar qazanıb

09.01.2026

Azərbaycandan Biləcəri-Böyük Kəsik marşrutu ilə Ermənistana 48 vaqon neft məhsulu göndərilib

09.01.2026

Anar İsgəndərov "Şöhrət" ordeni ilə təltif edilib

09.01.2026

“Tarqovu”da ev almaq neçəyə başa gəlir?

09.01.2026

Qırmızı Ürəklər Fondunun “Bayram səbəti” aksiyası 300-dən çox ailəyə sevinc bəxş etdi ®

09.01.2026

AZAL Bakı-Tehran-Bakı reysini ləğv edib

09.01.2026

DTX xarici xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq edən şəxsi həbs edib

09.01.2026

Məzənnə

Yüklənir...