Bir işçiyə bir neçə iş yükləmək qanunidir?

Redaktor

06.01.2026 11:10
202

Bir işçiyə bir neçə iş yükləmək qanunidir?

Marketə daxil olursunuz, kassaya yaxınlaşırsınız, amma kassir yerində yoxdur. Bir neçə dəqiqə gözlədikdən sonra məlum olur ki, o, eyni zamanda həm rəf düzür, həm də anbar işi görür. Bu mənzərə artıq adi hala çevrilib. Bəs bir işçinin eyni anda bir neçə işi görməyə məcbur edilməsi nə dərəcədə doğrudur? 

Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov Valyuta.az-a bildirib ki, bir işçinin bir neçə işi görməyə məcbur edilməsi təbii ki, heç bir halda düzgün addım deyil.

Onun sözlərinə görə, qanunvericilik baxımından bu məsələyə baxdıqda, bir işçinin əmək funksiyasında bir neçə vəzifənin müəyyən olunması konkret qadağa şəklində nəzərdə tutulmayıb.

Ekspert qeyd edib ki, iş yerlərində vəzifə bölgüsü mütləq olmalıdır və hər kəs öz vəzifə təlimatına, əmək funksiyasına uyğun işlər yerinə yetirməlidir.

İşdən çıxarılan işçi yenidən işə çağırılsa, nələri nəzərə almalıdır?

Nüsrət Xəlilov diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci maddəsində bu məsələ aydın şəkildə əksini tapır: "İşəgötürən işçinin əmək funksiyasının - əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir".

Ekspertin sözlərinə görə, əgər bir işçi belə hallarla rastlaşırsa və eyni anda bir neçə işi görməyə məcbur edilirsə, o, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana - Dövlət Əmək Müfəttişliyi Xidmətinə, eləcə də məhkəməyə müraciət edə bilər.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

2026-da hara səyahət etməli və Avropanın müxtəlif guşələrində hansı yeniliklər olacaq?

08.01.2026

Saxta mavi ekran tələsinə diqqət: Hər şeyinizi itirə bilərsiniz

08.01.2026

Hər kəsin uzaq durmalı olduğu 7 əsas maliyyə xətası

08.01.2026

"Galaxy S26"nın təqdimat tarixi açıqlandı: Model haqqında nə məlumdur?

08.01.2026

Keçmiş NASA alimi fizika qanunlarını pozan mühərrik yaratdığını iddia edir

08.01.2026

İnsan resursları mütəxəssislərindən işdən çıxarılanlara dörd məsləhət

08.01.2026

Sahil Babayevin yeni müavini o oldu

08.01.2026

Təhsilini başa vurmayan şəxslərə arayış elektron qaydada veriləcək

08.01.2026

Azərbaycan uşaq arabalarını haradan alır? - Ölkələr, Qiymətlər

08.01.2026

"Araz" firması nizamnamə kapitalını 900 manat endirdi

08.01.2026

2026-cı ilin torpaq qiymətləri: Artım hansı ərazilərdə olacaq?

08.01.2026

"Zabrat maşınqayırma zavodu" özəlləşdirilib

08.01.2026

Azərbaycanda 150 milyonluq şirkət yenidən təşkil olunur

08.01.2026

İxrac gəlirləri azalan şirkətlər - SİYAHI

08.01.2026
“ABB-İnvest İnvestisiya Şirkəti”nin rəhbərliyinə mühüm təyinat

“ABB-İnvest İnvestisiya Şirkəti”nin rəhbərliyinə mühüm təyinat

08.01.2026

Məmurlar şikayət etdilər, İsayevlər bir milyon manat ödəyəcəklər

08.01.2026

Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub

08.01.2026

İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə RENKİNQİ

08.01.2026

Milli valyutadakı uzunmüddətli kreditlər 2 milyard manatdan çox artıb

08.01.2026

Media subyektləri vergidən azaddır, bəs jurnalistlər? - RƏSMİ

08.01.2026

Məzənnə

Yüklənir...