Baş maliyyə direktorlarının saatlıq qazancı nə qədərdir?

Redaktor

05.02.2026 14:00
169

Baş maliyyə direktorlarının saatlıq qazancı nə qədərdir?

ABŞ-ın iri şirkətlərində fəaliyyət göstərən baş maliyyə direktorları (CFO) gündəlik olaraq maliyyə strategiyasının hazırlanması, risklərin idarə olunması və büdcə planlaşdırılması kimi mühüm sahələrə cavabdehlik daşıyırlar.

Valyuta.az xəbər verir ki, bu vəzifənin məsuliyyəti ilə yanaşı, onların qazancı da diqqətçəkəcək qədər yüksəkdir. 

Bəs ABŞ-da ən yüksək maaş alan CFO-ların saatlıq qazancı nə qədərdir?

ABŞ-ın ən iri 50 şirkəti əsasında tərtib olunan reytinqə görə, 55 saatlıq iş həftəsi nəzərə alınmaqla, illik ümumi gəlir əsasında saatlıq qazancı ən yüksək olan 10 CFO müəyyən edilib. Ümumi gəlirə maaş, bonus, səhmlər, səhmlərin alqı-satqı hüquqları və digər ödənişlər daxildir.

Siyahının ilk pilləsində “Tesla”nın CFO-su Vaibhav Taneja qərarlaşıb. Onun saatlıq qazancı 48 767 dollar təşkil edir. Bu yüksək məbləğ, əsasən, CFO vəzifəsinə təyinatla əlaqədar təqdim olunan 139 milyon dollar dəyərindəki səhmlər və alqı-satqı hüquqları ilə bağlıdır. Qeyd olunan mükafatın 80%-i məhz alqı-satqı hüquqları şəklində təqdim olunduğundan, Tanejanın gəliri birbaşa “Tesla” səhmlərinin bazar qiymətindən asılıdır.

İkinci yerdə “Alphabet” və “Google” şirkətlərinin CFO-su Anat Aşkenazi qərarlaşıb. O, bu vəzifəyə 2024-cü il iyulun 31-də təyin olunub. İllik qazanc göstəricisi isə həmin il bu vəzifəni ardıcıl olaraq tutmuş iki nəfər - əvvəlki CFO Rut Porat və Aşkenazi arasında bölünərək hesablanıb. Buna görə də siyahıda hər iki şəxsin adı birlikdə yer alır. Aşkenazinin illik qazancının əsas hissəsini təxminən 39 milyon dollarlıq səhmlər və 10 milyon dollarlıq birdəfəlik “sign-on” bonusu təşkil edir.

Siyahının ilk iki pilləsində yer alan şəxslərin rəhbər vəzifəyə yeni təyin olunması, bu mərhələdə aparılan əməkhaqqı danışıqlarının nəticələrinin nə qədər əhəmiyyətli olduğunu göstərir.

Bundan başqa, ilk 10-luqda yer alan CFO-lardan doqquzu texnologiya sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələridir. Maliyyə xidmətləri sahəsini təmsil edən yeganə istisna isə “Goldman Sachs” şirkətidir.

ABŞ-ın ən yüksək maaşlı baş maliyyə direktorları - saatlıq qazanca görə siyahı:

Vaibhav Taneja - “Tesla” - 48 767 ABŞ dolları/saat

Rut Porat, Anat Aşkenazi - “Alphabet” - 13 462 ABŞ dolları/saat

Eymi Hud —- “Microsoft” - 10 308 ABŞ dolları/saat

Brayan Olsavski - “Amazon” - 8 992 ABŞ dolları/saat

Skott Herren - “Cisco” - 8 494 ABŞ dolları/saat

Süzan Li - “Meta” - 8 259 ABŞ dolları/saat

Spenser Noyman - “Netflix” - 8 008 ABŞ dolları/saat

Kolet Kress - “NVIDIA” - 7 469 ABŞ dolları/saat

Denni Koulman - “Goldman Sachs” - 7 370 ABŞ dolları/saat

Luka Maestri, Kevan Parekh - “Apple” - 7 225 ABŞ dolları/saat

Mayya Hüseynova 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

2026-cı ildə ziyarət etməyə dəyər 7 yer: Sizi əbədi olaraq dəyişəcək

05.02.2026

Alınması tövsiyə olunmayan 6 hibrid avtomobil

05.02.2026

"Nike" şirkəti ağdərili işçilərə qarşı ayrı-seçkilikdə ittiham olunur

05.02.2026

Rekord qırıldı: Kvant materialları indi əvvəlkindən daha yaxındır

05.02.2026

Gemini tətbiqi aylıq 750 milyon aktiv istifadəçini keçib

05.02.2026

Aİ Trampa qarşı: Avropa daha bir böyük ticarət tərəfdaşı "tapdı"

05.02.2026

"Amazon"dan kino və seriallar üçün süni intellekt addımı

05.02.2026

Kamran Əliyev yeni şöbə rəisi təyin etdi

05.02.2026

"Google" süni intellekt xərclərini iki dəfə artırır

05.02.2026

Bu icra başçılarının müavinləri ixtisara düşdü

05.02.2026

“Cerebras”ın bazar dəyəri 23 milyard dollara çatıb

05.02.2026

Sosial müavinətlərlə bağlı dəyişikliyin üstünlüyü nələrdir?

05.02.2026

"Rabitəbank" ASC tender elan edir ®

05.02.2026

Prezident İlham Əliyevin BƏƏ səfəri başa çatdı

05.02.2026

Məktəb publik hüquqi şəxsə çevrilir: Müəllimlərin taleyi direktorun əlində olacaq?

05.02.2026

Sağalmaz xəstəliklərdən sığorta ödənişləri 3 dəfədən çox artıb

05.02.2026

Prezident İlham Əliyev Ərdoğana məktub ünvanlayıb

05.02.2026

İtaliyadan 27 manata alınıb, Türkiyəyə 36 qəpiyə satılıb

05.02.2026

"Bir çox sahədə təklif olunan maaşlar gənclərin yaşayış xərclərini ödəmir"

05.02.2026

Jaspreet Singh: 2026-cı ilin ən böyük investisiya tələsi

05.02.2026

Məzənnə

Yüklənir...