Bank kartlarından pul oğurlayanlara ağır cəza verildi

Redaktor

07.01.2026 16:41
104

Bank kartlarından pul oğurlayanlara ağır cəza verildi

Bank kartlarından  pul oğurlamaqda və digər cinayətlərdə təqsirli bilinən Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulaminin cinayət işləri üzrə məhkəmə araşdırması yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məgkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda hökm oxunaraq Cavanşir Rüstəmzadə 7 il 6 ay, Mehman Əsədov 9 il, Novruz Qulami isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı Cavanşir Rüstəmzadənin 10 il, Mehman Əsədovun  10 il, Qulami Novruzun 9 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində bank kartlarından xüsusi proqramlardan istifadə etməklə pul oğurlamaqda şübhəli bilinən Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulami saxlanılıblar.

Araşdırmalarla M.Əsədovun vətəndaşlara məxsus kartların məlumatlarını müxtəlif üsul və vasitələrlə əldə etdiyi müəyyən olunub.

İttihama görə, kartlarda olan külli miqdarda pul vəsaitini Cavanşir Rüstəmzadə və Novruz Qulaminin adına açılmış hesablara köçürüb. Pul vəsaitləri müxtəlif bankomatlarda nağdlaşdırılaraq saxlanılan şəxslər arasında bölünüb.

Dəstə üzvləri həmçinin internet üzərindən onlayn maliyyə əməliyyatları aparan vətəndaşların ödəmə sistemlərindəki məlumat bazalarına da müdaxilə edərək onların rekvizitlərini əldə etməkdə təqsirləndirilirlər.

Onlara qarşı Cinayət Məcəlləsinin 177.3.2 (Oğurluq - külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə) 271.2.2 (Kompüter sisteminə qanunsuz daxil olma- qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) 178.2.2 (Dələduzluq - təkrar törədildikdə) 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddələri ilə ittiham elan olunub.

©Modern.az

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Hər kəsin uzaq durmalı olduğu 7 əsas maliyyə xətası

08.01.2026

"Galaxy S26"nın təqdimat tarixi açıqlandı: Model haqqında nə məlumdur?

08.01.2026

Keçmiş NASA alimi fizika qanunlarını pozan mühərrik yaratdığını iddia edir

08.01.2026

İnsan resursları mütəxəssislərindən işdən çıxarılanlara dörd məsləhət

08.01.2026

Sahil Babayevin yeni müavini o oldu

08.01.2026

Təhsilini başa vurmayan şəxslərə arayış elektron qaydada veriləcək

08.01.2026

Azərbaycan uşaq arabalarını haradan alır? - Ölkələr, Qiymətlər

08.01.2026

"Araz" firması nizamnamə kapitalını 900 manat endirdi

08.01.2026

2026-cı ilin torpaq qiymətləri: Artım hansı ərazilərdə olacaq?

08.01.2026

"Zabrat maşınqayırma zavodu" özəlləşdirilib

08.01.2026

Azərbaycanda 150 milyonluq şirkət yenidən təşkil olunur

08.01.2026

İxrac gəlirləri azalan şirkətlər - SİYAHI

08.01.2026
“ABB-İnvest İnvestisiya Şirkəti”nin rəhbərliyinə mühüm təyinat

“ABB-İnvest İnvestisiya Şirkəti”nin rəhbərliyinə mühüm təyinat

08.01.2026

Məmurlar şikayət etdilər, İsayevlər bir milyon manat ödəyəcəklər

08.01.2026

Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub

08.01.2026

İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə RENKİNQİ

08.01.2026

Milli valyutadaki uzunmüddətli kreditlər 2 milyard manatdan çox artıb

08.01.2026

Media subyektləri vergidən azaddır, bəs jurnalistlər? - RƏSMİ

08.01.2026

Rüşvətlə əlillik dərəcəsi verən vəzifəli şəxs həbs olundu

08.01.2026

"Anthropic" 10 milyard dollarlıq investisiya almağa hazırlaşır

08.01.2026

Məzənnə

Yüklənir...