Bakıdan hər gün rayon mərkəzinə işləmək üçün gedən müəllimlərə yol pulu niyə verilmir?

Redaktor

07.01.2026 16:35
228

Bakıdan hər gün rayon mərkəzinə işləmək üçün gedən müəllimlərə yol pulu niyə verilmir?

Məlumdur ki, Bakıdan kənd məktəblərinə işləməyə gedən müəllimlərə yol və ya ezamiyyət xarakterli əlavə ödənişlər tətbiq olunur. Lakin Bakıdan hər gün rayon mərkəzinə işləmək üçün gedib-gələn müəllimlər bu mexanizmdən kənarda qalırlar. Halbuki bu kateqoriyaya aid müəllimlər də faktiki olaraq məsafə qət edir, nəqliyyat xərclərinə məruz qalır və vaxt itkisi yaşayırlar. Bakıdan məsafə qət edərək rayon mərkəzində çalışan müəllimlərə yol pulu və ya əlavə kompensasiya niyə tətbiq edilmir?

Təhsil eksperti Ramin Nurəliyev Valyuta.az-a bildirib ki, ümumi orta təhsil məktəblərində fəaliyyət göstərən müəllimlərin əməkhaqqının tənzimlənməsi Elm və Təhsil Nazirliyinin müvafiq qaydaları əsasında aparılır: "Müəllim maaşlarının fərqli formada tənzimlənməsi əsasən kənd və ucqar ərazilərə müəllimlərin cəlb olunmasının təşviqi məqsədi daşıyır. Müəllimlər daha çox şəhər və rayon mərkəzlərində yerləşən məktəblərdə işləməyə üstünlük verirlər. Kənd məktəblərində, xüsusilə də ucqar kəndlərdə şagird sayının az olması dərs saatlarının azalmasına, bu isə müəllimin aldığı əməkhaqqının aşağı düşməsinə səbəb olur. Məhz bu balansı tənzimləmək üçün Nazirlik müəyyən güzəştlər tətbiq edir".

R.Nurəliyev H1 və H2 anlayışlarına da aydınlıq gətirib: "Bu mexanizm əsasən 35 yaşadək gənc müəllimlərin rayon məktəblərində işləməyə təşviqi üçün nəzərdə tutulub. H1 üzrə şəhər mərkəzindən 3 kilometrədək məsafədə yerləşən məktəbdə dərs deyən müəllimin maaşına 60 manat, H2 üzrə isə 3 kilometrdən uzaqda fəaliyyət göstərən müəllimin maaşına 160 manat əlavə olunur. Bununla yanaşı, ucqar kənd məktəblərinə könüllü gedən müəllimlər üçün yaşayışla bağlı əlavə dəstək göstərilir. Akademik göstəricilərə əsasən əməkhaqqında fərqlər tətbiq edilir və “Əməkdar müəllim” adına layiq görülən şəxslərin maaşına da əlavə ödəniş verilir".

Ramin Nurəliyev: Azərbaycan MDB məkanında ali təhsilin səviyyəsinə görə qabaqcıl ölkələrdəndir

Ekspert vurğulayır ki, əsas məsələ nəqliyyat vasitələrinin mütəmadi istifadəsidir: "Böyük şəhərlərdə - Bakı, Gəncə, Sumqayıt kimi yerlərdə müəllim MİQ nəticəsinə əsasən öz razılığı ilə hər hansı məktəbdə əmək fəaliyyətinə başlayır və Nazirlik onun yaşadığı ünvanı nəzərə almır. Müəllim şəhərin bir tərəfində yaşayıb digər tərəfində işləyə bilər ki, bu da şəxsi seçim sayılır".

R.Nurəliyevin fikrincə, böyük şəhərlərdə yol pulu mexanizminin tətbiqi sui-istifadə hallarına yol aça bilər: "Düşünürəm ki Bakı və digər böyük şəhərlərdə belə tənzimləmələr həyata keçirilərsə, bu, istər-istəməz bəzi müəllimlərdə sui-istifadəyə gətirib çıxara bilər. Ona görə də böyük şəhərlərdə əlavə ödəniş qaydasının tətbiq olunması o qədər də arzuolunan deyil". 

"Eyni zamanda, Bakı şəhərinin infrastrukturu ilə məsələn, Lerik rayonunun ucqar kəndində çalışan müəllimin şəraitini müqayisə etmək olmaz. Regionlarda müəllimlər bəzən palçıq içində məsafə qət edir, əlavə ayaqqabı götürərək məktəbə çatdıqdan sonra geyimini dəyişir. Bu çətinlikləri şəhərdəki rahat iş şəraiti ilə eyniləşdirmək mümkün deyil", - deyə təhsil eksperti qeyd edib.

Bu baxımdan ekspert hesab edir ki, mövcud tənzimləmə mexanizmi hazırkı şərait üçün düzgün yanaşmadır.

R.Nurəliyev əlavə edib ki, müəllimin işlədiyi ərazidə yaşayış yeri yoxdursa, bu zaman fərqli güzəştlər tətbiq olunur: "Yaşayış yerindən kənarda fəaliyyət göstərən müəllimlərə əlavə ödənişlər nəzərdə tutulur. Məsələn, bir rayondan digər rayona işləməyə gedən və kirayə mənzildə yaşayan müəllimlər üçün 3 il müddətinə əlavə ödəniş mexanizmi tətbiq edilir. Bu ödəniş 60-90 manat həcmində olur. Onun 60 manatı kirayə haqqı, 30 manatı isə kommunal xərclər üçün nəzərdə tutulur. Bundan əlavə, müəllimin qət etdiyi məsafə nəzərə alınır və məsafə fərqi olduqda əməkhaqqına əlavə 100 manat ödəniş edilir. Bu məbləğlər müəllimin əsas əməkhaqqına əlavə olunur".

Ekspert qeyd edir ki, müəllim həvəsləndirmə mexanizminə düşərsə, ona əlavə olaraq 100 manat ödəniş verilir: "Rayon mərkəzində fəaliyyət göstərən, lakin həmin ərazidə mülkiyyəti olmayan və yaşayış yerindən kənarda işləyən müəllimlərə isə əməkhaqqına 90 manat əlavə tətbiq olunur".

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Hər kəsin uzaq durmalı olduğu 7 əsas maliyyə xətası

08.01.2026

"Galaxy S26"nın təqdimat tarixi açıqlandı: Model haqqında nə məlumdur?

08.01.2026

Keçmiş NASA alimi fizika qanunlarını pozan mühərrik yaratdığını iddia edir

08.01.2026

İnsan resursları mütəxəssislərindən işdən çıxarılanlara dörd məsləhət

08.01.2026

Sahil Babayevin yeni müavini o oldu

08.01.2026

Təhsilini başa vurmayan şəxslərə arayış elektron qaydada veriləcək

08.01.2026

Azərbaycan uşaq arabalarını haradan alır? - Ölkələr, Qiymətlər

08.01.2026

"Araz" firması nizamnamə kapitalını 900 manat endirdi

08.01.2026

2026-cı ilin torpaq qiymətləri: Artım hansı ərazilərdə olacaq?

08.01.2026

"Zabrat maşınqayırma zavodu" özəlləşdirilib

08.01.2026

Azərbaycanda 150 milyonluq şirkət yenidən təşkil olunur

08.01.2026

İxrac gəlirləri azalan şirkətlər - SİYAHI

08.01.2026
“ABB-İnvest İnvestisiya Şirkəti”nin rəhbərliyinə mühüm təyinat

“ABB-İnvest İnvestisiya Şirkəti”nin rəhbərliyinə mühüm təyinat

08.01.2026

Məmurlar şikayət etdilər, İsayevlər bir milyon manat ödəyəcəklər

08.01.2026

Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub

08.01.2026

İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə RENKİNQİ

08.01.2026

Milli valyutadaki uzunmüddətli kreditlər 2 milyard manatdan çox artıb

08.01.2026

Media subyektləri vergidən azaddır, bəs jurnalistlər? - RƏSMİ

08.01.2026

Rüşvətlə əlillik dərəcəsi verən vəzifəli şəxs həbs olundu

08.01.2026

"Anthropic" 10 milyard dollarlıq investisiya almağa hazırlaşır

08.01.2026

Məzənnə

Yüklənir...