Redaktor
"Bakı Metropoliteni" 4,3 milyon manatlıq yeni tender elan edib
"Bakı Metropoliteni" QSC yeni kabellərin, muftaların və naqillərin satın alınmasını həyata keçirəcək.
Valyuta.az xəbər verir ki, bununla bağlı dəyəri 4 milyon 348 min 863,44 manat olan tender elan edilib.
Tender üzrə təkliflərin və tələb olunan sənədlərin təqdim edilməsi üçün son tarix 14 iyul 2026-cı il müəyyən edilib.
Qeyd edək ki, "Bakı Metropoliteni"nin hazırda davam edən və yaxın müddətdə başa çatacaq bir sıra satınalma müqavilələri də mövcuddur.
Belə ki, qurumun Microsoft 365, Exchange Server və mərkəzləşdirilmiş çap idarəetmə sistemi lisenziyalarının satın alınması üzrə 560 min 798,74 manat dəyərində müqaviləsinin icra müddəti 13 iyul 2026-cı ildə başa çatacaq.
Bundan başqa, 426 min 847,18 manat dəyərində səsboğucuların satın alınması müqaviləsinin icra müddəti 9 iyul 2026-cı ildə yekunlaşacaq.
Eyni zamanda, "Bakı Metropoliteni"nin yarımstansiyalararası 6/10 kV giriş və aralıq kabel xətlərinin çəkilməsi xidməti üzrə 4 milyon 126 min 251,73 manat dəyərində satınalma müqaviləsinin icra müddəti isə 7 avqust 2026-cı il tarixinədək davam edəcək.
Sərvanə Rəmixanova