Babək Hüseynov: "Gələn il "Abşeron" yatağı ilə bağlı investisiya qərarı veriləcək"

Redaktor

25.11.2025 14:48
502

Babək Hüseynov: "Gələn il "Abşeron" yatağı ilə bağlı investisiya qərarı veriləcək"

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağı ilə bağlı investisiya (FID) qərarı gələn il veriləcək.

Valyuta.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Babək Hüseynov Bakıda keçirilən "SPE Xəzər texniki konfransı" çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Bundan öncə "Abşeron" qaz-kondensat yatağının işlənilməsi layihəsinin ikinci mərhələsi üzrə investisiya qərarının bu ilin sonuna qədər verilə biləcəyi bildirilimişdi.

Qeyd edək ki, "Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir.

"Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında kontrakt imzalanıb. 2023-cü ilin avqustun 4-də isə Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının alınmasına dair Saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edəcək.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Karyerada dönüş qərarı verməzdən əvvəl cavablanmalı 3 vacib sual

24.01.2026

3 aya marketdən 7 minlik məhsul oğurladı

24.01.2026

Tövlədən idarə etdiyi biznesi dünyada məşhur imperiyaya çevirdi

24.01.2026

İnvestorlar üçün bilməli olduqları kriptovalyuta növləri

24.01.2026

“Azercell” bu tarif paketləri üzrə qiymətləri artırdı - FOTO

24.01.2026

Bazar gününün hava proqnozu

24.01.2026

"YouTube" 2026-cı il üçün planlarını açıqladı

24.01.2026

Ümumi təhsil müəssisələrində qış tətili başlayır

24.01.2026

Azərbaycan neftinin qiyməti 68 dolları ötüb

24.01.2026

Pentaqon yaxınlığında pizza sifarişləri artdı

24.01.2026

"iPhone" batareyasının köhnəlməsinin qarşısını necə almaq olar?

24.01.2026

149 milyondan çox insanın məlumatları internetə sızdırılıb

24.01.2026

ABŞ-nin Vitse-prezidenti fevralda Azərbaycana səfər edəcək

24.01.2026

Qızıl istehsalında 11%-dən çox artım

24.01.2026

Riçard Branson və “ilan kimi” qıvrılan biznes ruhu - SƏHƏR OXUSU

24.01.2026

“Hyundai Motor” səhmləri ilin əvvəlindən 72% artdı

23.01.2026

Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib

23.01.2026

2009-cu ildən ən aşağı səviyyə: Rusiyada neft hasilatı rekord şəkildə azaldı

23.01.2026

131 nəfərin məktəb direktoru təyin edilməsi ilə bağlı müsbət rəy verildi

23.01.2026

Karyera şəbəkəsindəki "ruhlar": "LinkedIn" profilləri necə casusluq vasitəsinə çevrildi?

23.01.2026

Məzənnə

Yüklənir...