"Azərsilah" departament direktoru axtarır

Redaktor

09.10.2025 12:34
2,372

"Azərsilah" departament direktoru axtarır

Azərsilahda Maliyyə hesabatlılığı və Mühasibatlıq departamentinin direktoru vakansiyası mövcuddur.

Valyuta.az xəbər verir ki, namizəd üçün tələblər aşağıdakılardır: 

Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)

Təhsil ixtisası: Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə

İş təcrübəsi (minimum): Müvafiq sahə üzrə ən az 5 il (beynəlxalq audit şirkətlərində və real sektor sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)

Dil bilikləri : Azərbaycan dili, Ingilis dili (Rus dili arzuolunandır)

Kompüter bilikləri: Peşəkar səviyyədə Microsoft office proqramları (əsasən Excel)

Digər zəruri tələblər: Beynəlxalq sertifikatların mövcudluğu (ACCA/CIMA)

VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİLİKLƏR:

Təşkilatçılıq, idarəetmə və şəxsi keyfiyyətlərin yüksək olması;

Çeviklik və sürətli templi mühitdə prioritetləri təyin etmək bacarığı;

Komanda daxili və digər departament və qurumlarnan efektiv komunikasiya qurma bacarığı;     

Analitik düşünmə,mürəkkəb və texniki detallara diqqət bacarığı.

ƏMƏK FUNKSİYASI:

Aylıq, rüblük və illik hesabatların MHBS-ə müvafiq dəqiq və tam şəkildə müəyyən edilmiş vaxtda bütün zəruri dəstək sənədləri ilə birlikdə hazırlanmasını təmin etmək;

Maliyyə nəticələrinin mütəmadi komunikasiyası,təhlili və təkmilləşdirilməsi istiqamətində təkliflərin verilməsi;

Mühasibatlıq əməliyyatları üzərində nəzarəti təmin etmək və hesabların düzgün və tam şəkildə bağlanmasına nəzarət etmək;

Portfel şirkətlərdə dövri maliyyə nəticələrinin hazırlanmasını və təhlilini, , hesabatların rəhbərliyə təqdimatını təmin etmək;

Maliyyə və idarəetmə uçotunun düzgün qurulmasına nəzarəti təmin etmək;

Hesabatların dəqiqliyini artırmaq üçün maliyyə sistemlərini, prosesləri və prosedurları qiymətləndirmək və təkmilləşdirmək;

Yeni qurulacaq ERP-də maliyyə hesabatlılığının təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək və ERP komandası ilə bərabər onların icrasına nail olmaq;

Səhmdarlar,Müşahidə Şurası, vergi və digər dövlət qurumları tərəfindən tələb edilən maliyyə hesabatlarının düzgün və vaxtında təqdim edilməsini təmin etmək.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

100 yaşlı neftçi Məsməli Mustafayev: 16 yaşında neft mədənində işləməyə başlayıb

19.07.2026

Altıncı "Yüksəliş" müsabiqəsinin final mərhələsi başa çatıb

19.07.2026

Süni intellektin köməyi ilə görünməz dron hazırlanıb

19.07.2026

200 milyon dollara çəkildi, 1 milyarddan çox qazandı – Maykl Cekson filmi tarix yazdı

19.07.2026

Üç hava döşəyi ilə başladılar: 15 investorun rədd etdiyi ideya necə 25 milyardlıq şirkətə çevrildi?

18.07.2026

"Google" süni intellekt yarışında mövqelərini itirir

18.07.2026

Azərbaycana idxal olunan badımcanın 1 kiloqramı neçəyə başa gəlir?

18.07.2026

"BlackRock" CEO-su: "Kriptovalyuta bazarı daha sabit vəziyyətə gəlib"

18.07.2026

"Assist Finance"ın dövriyyəsi açıqlanıb

18.07.2026

Gənc startapçılar üçün Mark Zukerberqin uğura aparan 10 prinsipi

18.07.2026

Bank sektorunda 10 il işlədikdən sonra aqrotexnologiya laboratoriyası yaradıb

18.07.2026

Uorren Baffet: "Heç kimin nə vaxt öləcəyi bəlli deyil, bütün sərvətim 2034-cü ilə qədər bağışlanacaq"

18.07.2026

Yaponiya və "Nvidia"dan nəhəng layihə: 133 milyard dollarlıq bazar...

18.07.2026

"Apple" bu ölkədə "iPhone 17"ni kəskin bahalaşdırdı

18.07.2026

Onlayn alış-veriş zamanı saxta kosmetik məhsulları necə tanımaq olar?

18.07.2026

"Futbol niyə biznes olmasın ki? - Dünya çempionatı 2026 iqtisadi layihədir"

18.07.2026

"Meta" 10 milyard dollarlıq yeni gəlir mənbəyi yarada bilər

18.07.2026

Paltarına yapışan tikan onu milyarderə çevirdi

18.07.2026

"Apple" bazar dəyərinə görə "Nvidia"nı geridə qoyub

18.07.2026

Öhdəliklərinin həcminə görə bankların RENKİNQİ

18.07.2026

Məzənnə

Yüklənir...