Redaktor
Azərbaycanda zərgərlik məmulatları və qiymətli metallara dair dövlət standartları qəbul edilib
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 15093:2024 “Zərgərlik məmulatları və qiymətli metallar - Yüksək saflıqlı qızılın, platinin və palladiumun təyini - ICP-OES üsulundan istifadə olunmaqla fərqlər üsulu”, AZS 960:2024 (TS 7000:2018) “Zərgərlik məmulatları – Qiymətli metallardan və onların ərintilərindən hazırlanmış məmulatlar”, AZS ГОСТ Р 52913:2024 “Brilyantlar. Təsnifat. Texniki tələblər”, AZS ГОСТ Р 70183:2024 “Cilalanmış təbii zümrüdlər (zərgərlik daşları). Təsnifat. Çeşidlənmə və dəyərləndirmə ilə bağlı tələblər” dövlət standartları qəbul edilib.
AZSTAND-dan Valyuta.az-a bildirilib ki, sözügedən dövlət standartları zərgərlik məmulatları ərintilərinin və zərgərlik məmulatları əyarlarının yoxlanılması, təsnifatı, xüsusiyyətləri, nümunələrinin götürülməsi, sınaqdan keçirilməsi, qiymətli metalların işarələnməsi və satışa çıxarılması, həmçinin qiymətli daşlar olan zümrüd və almazların təsnifatlaşdırılması və çeşidlənməsi məqsədilə qəbul edilib.
Yeni dövlət standartları “AzerGold” QSC tərəfindən maliyyələşdirilərək “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 36) müzakirə olunub, AZSTANDART tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədləri Dövlət Fonduna daxil edilib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBu halda sürücüləri 40 manat cərimə gözləyir - VİDEO
20.01.2026Prezident: Bir gün Azərbaycandan Ermənistana tranzit təmin ediləcək
20.01.2026Milyarderlərə saxta Davos biletləri satılıb
20.01.2026Metroda xətlərin ayrılacağı tarix açıqlandı
20.01.2026Mərkəzi Bank milyonluq əmlaklarını satışa çıxarıb
20.01.2026BMT: Qlobal ticarət artımı 2,2 %-ə qədər yavaşlaya bilər
20.01.2026"Fitch": Dövlət borcu Azərbaycanın kredit profilinin güclü tərəfidir
20.01.2026Hamlet İsaxanlı qızına yüksək vəzifə verdi
20.01.2026İctimai iaşə dövriyyəsi artıb
20.01.2026"ChatGPT"də reklamlar necə yayımlanacaq?
20.01.2026Uşaqlar üçün olan bu məhsul bahalaşdı
20.01.2026İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb
20.01.2026Dərman istehsalına çəkilən xərc 2 dəfəyə yaxın artdı
20.01.2026