Redaktor
Azərbaycanda 55 min nəfərin parolu ələ keçirilib - XƏBƏRDARLIQ
ETX ölkə üzrə kibertəhlükəsizlik barədə xəbərdarlıq edib.
Valyuta.az xəbər verir ki, Elektron Təhlükəsizlik Xidməti (ETX) bəzi informasiya sistemlərini hədəf alan və istifadəçi giriş məlumatlarını oğurlayan "infostealer" tipli zərərli proqramın fəaliyyəti ilə bağlı araşdırma aparıb.
İlkin təhlillərə görə, ölkədə 859 kompüter bu zərərli proqram təminatına yoluxub və onlardan 54 924 istifadəçi adı və şifrə ələ keçirilib.
ETX hazırda məlumatları analiz edir, potensial qurbanları müəyyənləşdirir və zərərin aradan qaldırılması üçün metodoloji dəstək göstərir. Əldə olunan göstəricilər operativ şəkildə aidiyyəti qurumlara təqdim ediləcək.
Xidmət bütün təşkilatları və vətəndaşları kibertəhlükəsizlik tədbirlərini gücləndirməyə çağırır.
Şübhəli fəaliyyətlər aşkar edildikdə 1654 "Qaynar xətt" və ya info@cert.az ünvanına məlumat verilməsi tövsiyə olunur.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“İmkanı zəif olan şəxslərə bank sektoru tərəfindən kredit verilmir” - İqtisadçı
19.01.2026Azərbaycanda 22 mindən çox işsiz var
19.01.2026İsrailin Azərbaycandakı sabiq səfiri vəfat etdi
19.01.2026Ötən il dövlət büdcəsində 528 milyon manata yaxın profisit olub
19.01.2026Azərbaycan əhalisinin sayı açıqlandı
19.01.2026Sabah bir sıra yollar bağlanacaq
19.01.2026"Kapital Bank"ın kredit portfeli 5 milyard manatı ötüb
19.01.2026Milyarderlərin əməl edib, adi insanların nəzərə almadığı qaydalar - “Pul qanunları”
19.01.2026