Azərbaycanda 18 hotelin ulduz kateqoriyası ləğv olunub

Redaktor

14.02.2026 14:10
180

Azərbaycanda 18 hotelin ulduz kateqoriyası ləğv olunub

Azərbaycanda 2025-ci ilin əvvəlindən indiyə qədər mehmanxanalarla bağlı 96 inspeksiya auditi keçirilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyi (DTA) bildirib.

Məlumata görə, onlardan 94-ü planlı, 2-si isə daxil olmuş şikayətlər əsasında həyata keçirilən plandankənar yoxlamalar olub.

"Yoxlamalar zamanı xırda uyğunsuzluqlar aşkarlanan hotellərə nöqsanların aradan qaldırılması üçün vaxt verilib. Müxtəlif səbəblərə görə, 18 hotelin ulduz kateqoriyasına sahib olduğu haqda sertifikatı ləğv olunub. Daha aşağı ulduz dərəcəsinə uyğun hesab edilən hotel isə qeydə alınmayıb", - agentliyin məlumatında deyilir.

Qeyd olunub ki, Azərbaycanda mehmanxanaların ulduz kateqoriyalarının verilməsi 2019-cu ildən etibarən akkreditə olunmuş Mehmanxanaların Ulduz Kateqoriyaları üzrə Sertifikatlaşdırma Orqanı (MUKSO) tərəfindən həyata keçirilir. Qiymətləndirmə prosesi DTA tərəfindən təsdiq edilmiş və "Hotelstars Union" beynəlxalq sistemi ilə uyğunlaşdırılmış meyarlar əsasında aparılır.

Sertifikatlaşdırma prosesinin yalnız ilkin mərhələ ilə məhdudlaşmadığı vurğulanıb: "Mehmanxanaların müvafiq ulduz kateqoriyasına uyğunluğu planlı və plandankənar inspeksiyalar vasitəsilə mütəmadi nəzarətdə saxlanılır. Aşkar edilən uyğunsuzluqlardan asılı olaraq düzəliş üçün müddət verilə, zərurət yarandıqda isə ulduz kateqoriyası dəyişdirilə və ya ləğv edilə bilər".

Bildirilib ki, istehlakçı müraciətləri də nəzarət mexanizminin mühüm hissəsidir. Əsaslandırılmış şikayətlər və ya onlayn platformalarda yayımlanan mənfi rəylər daxil olduqda plandankənar yoxlamalar aparılır və nəticələrə uyğun qərarlar qəbul edilir.

Azərbaycanda ulduz kateqoriyalı 283 hotel var. Həmin hotellərdən 23-ü beş ulduzlu, 43-ü dörd ulduzlu, 101-i üç ulduzlu, 84-ü iki ulduzlu, 32-si isə bir ulduzludur.

Yüksək kateqoriyalı hotellərin əhəmiyyətli hissəsi Bakıda yerləşir. Belə ki, paytaxtda 10-u beş ulduzlu, 26-ı dörd ulduzlu, 72-si üç ulduzlu, 72-si iki ulduzlu və 28-i bir ulduzlu hotel fəaliyyət göstərir.

Bakıda yerləşən ulduzlu hotellərin ümumi sayı 208-dir. Bu da ölkə üzrə mövcud olan ulduz kateqoriyalı hotellərin 73,5 %-i deməkdir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İlham Əliyev Münxendə “The Goldman Sachs”ın qlobal məsələlər üzrə prezidenti ilə görüşüb

14.02.2026

Misirdə 6, Azərbaycanda 28 manata - Supermarketlərin müqayisəsi

14.02.2026

Hamı ucuzlaşma gözləyir, bazar isə…

14.02.2026

İlham Əliyev: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq

14.02.2026

Azərbaycanın turizm xəritəsi yenidən formalaşır: Hansı yaş qrupu üstünlük təşkil edir? - ARAŞDIRMA

14.02.2026

Dövlət Xidməti barədə iş qaldırılıb

14.02.2026

Sabiq məmur daha bir şadlıq sarayını aldı

14.02.2026

Azərbaycanda 18 hotelin ulduz kateqoriyası ləğv olunub

14.02.2026

İş yerində incikliyi necə aradan qaldırmalı?

14.02.2026

S&P Azərbaycanın bank sektorunun qiymətləndirməsini yüksəldib

14.02.2026

Ən çox qızıl alan ölkələr - Azərbaycan neçəncidir?

14.02.2026

Sabah hava necə olacaq?

14.02.2026

Laçında yerləşən SES 5 ildə nə qədər elektrik enerjisi istehsal edib?  - AÇIQLANDI

14.02.2026

EBRD Azərbaycan üzrə cari layihə portfelini yeniləyib

14.02.2026

Ölkəyə kiloqramı 3 manatdan palma yağı gətirilib

14.02.2026

İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verdi

14.02.2026

Azərbaycan nefti cüzi ucuzlaşdı

14.02.2026

İri texnologiya şirkətlərinin səhmləri ucuzlaşdı: ABŞ bazarı trilyonluq itki il üzləşdi

14.02.2026

Pul idarəetməsində gənclərin etdiyi 6 əsas səhvi - SƏHƏR OXUSU

14.02.2026

Azərbaycanda yumurtanın qiyməti bu tarixdən ucuzlaşacaq

13.02.2026

Məzənnə

Yüklənir...