Redaktor
Ən çox qızıl alan ölkələr - Azərbaycan neçəncidir?
2020–2025-ci illər ərzində dünya Mərkəzi Banklarının qızıl ehtiyatlarında ciddi artım qeydə alınıb.
Valyuta.az xəbər verir ki, son beş ildə qızıl ehtiyatlarını ən çox artıran ölkə Çin olub. Çin bu müddətdə ehtiyatlarını 357,1 ton genişləndirib.
İkinci yerdə 314,6 ton artımla Polşa, üçüncü pillədə isə 251,8 ton artımla Türkiyə qərarlaşıb. Siyahıda növbəti yerlərdə Hindistan 245,3 ton, Braziliya isə 105,1 ton artımla yer alıb.
Azərbaycan Mərkəzi Bankı isə 2020–2025-ci illər ərzində qızıl ehtiyatlarını 83,6 ton artıraraq qlobal miqyasda ən çox qızıl alan ölkələr sırasında 6-cı mövqedə qərarlaşıb.
Hesabat dövründə qızıl ehtiyatlarını artıran digər ölkələr də siyahıya daxil olub. Bunlar Yaponiya 80,8 ton, Tailand 80,6 ton, Macarıstan 78,5 ton, Sinqapur 77,3 ton, İraq 74,6 ton, Qətər 73,0 ton, Çexiya 62,8 ton, Rusiya 55,4 ton və Birləşmiş Ərəb Əmirlikləri 51,7 ton artım göstərib.
Mərkəzi bankların qızıl alışlarının artması son illərdə qlobal maliyyə bazarlarında risklərin yüksəlməsi, inflyasiya təzyiqləri və ehtiyatların şaxələndirilməsi siyasəti ilə izah olunur. Qızıl ənənəvi olaraq ölkələrin valyuta ehtiyatlarının sabitliyini qoruyan əsas alətlərdən biri hesab edilir.