Redaktor
Azərbaycana gələn turistlər daha çox nədən narazıdırlar? - VİDEO
Ölkəmizə gələn turistlər əsasən ictimai nəqliyyatda xidmətin səviyyəsindən və qiymətlərdən narazıdırlar.
Valyuta.az-ın məlumatına görə, müxtəlif ölkələrdən qonaq gələnlər daha çox nəqliyyatdan gileylənirlər.
Taksi sürücüləri isə onlara qarşı səsləndirilən iddiaları əsassız saymırlar. Bunun isə kökündə fərqli amillərin olduğunu bildirirlər.
Turistləri narahat edən bir digər məqam isə bölgələrə gedən nəqliyyat vasitələrinin, daha dəqiq desək, qatarların az olmasıdır.
Metrodakı sıxlıq isə nəinki paytaxt sakinlərinin, hətta tursitlərin də haqlı narazılığına səbəb olub.
Bəs taksilərdə qiymətin tənzimlənməsi üçün avtomobillərə taksometr quraşdırılması nəzərdə tutula bilərmi.
Məsələ ilə bağlı Yerüstü Nəqlyyat Agetliyindən bildirilib ki, taksi xidməti sektorunda göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır.
“Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi minik avtomobillərində gediş haqqının müəyyən edilməsi üçün taksometr və ya proqram təminatından istifadə olunur.Taksi sifarişi operatorlarının proqram təminatı taksometr funksiyasını yerinə yetirir. Gediş haqları proqram təminatı ilə hesablanır. Taksi sifarişi operatorları ilə işləyən taksi minik avtomobillərinə taksometrin quraşdırılmasına ehtiyac yoxdur.
Daha ətraflı Xəzər Tv-nin süjetində:
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Paramount" "Warner Bros."a görə 2,8 milyard dollar cərimə ödəməyə hazırdır
11.02.2026"Temu" bağlamaları gömrükdə ilişib qalanlara ŞAD XƏBƏR – Çarəsi tapıldı
11.02.2026İlham Əliyev: Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub
11.02.2026İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib
11.02.2026"Spotify”dan rekord artım: 2025-ci ildə 751 milyon istifadəçi
11.02.2026