“Azər Türk Bank”ın Mərkəzi Banka və dövlət fondlarına borcu 262 milyonu ötüb

Redaktor

15.04.2026 20:04
766

“Azər Türk Bank”ın Mərkəzi Banka və dövlət fondlarına borcu 262 milyonu ötüb

"Azər Türk Bank" 2026-cı ilin I rübünü 4 milyon 546 min manat xalis mənfəətlə başa vurub.

Valyuta.az xəbər verir ki, 2025-ci ilin 3 milyon 828 min manat mənfəəti ilə müqayisədə 718 min manat və ya 18,8% artıb.

Bankın maliyyə hesabatına əsasən, hesabat dövründə faiz xərcləri də yüksəlib. Belə ki, faiz xərcləri ötən ilin ilk üç ayındakı 18 milyon 150 min manatdan 19 milyon 940 min manata çatıb. Bu, 1 milyon 790 min manat və ya 9,9% artımdır.

Qeyri-faiz xərcləri də 3 milyon 503 min manat və ya 22% artaraq 19 milyon 463 min manata yüksəlib. 

Faiz xərclərinin artımında depozitlər üzrə ödənilən faizlərin yüksəlməsi əsas rol oynayıb. Depozitlər üzrə faiz xərcləri 16 milyon 686 min manatdan 18 milyon 141 min manata çatıb ki, bu da 1 milyon 455 min manat və ya 8,7% artım deməkdir.

Bankın aktivləri artaraq 2026-cı ilin birinci rübünün sonuna 2 milyard 200 milyon 607 min manat təşkil edib. Bununla yanaşı, nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlər azalıb. Bu göstərici 316 milyon 891 min manatdan 239 milyon 299 min manata enib. 

Biznes kreditlərinin həcmi də azalma göstərib. Belə ki, portfel 304 milyon 712 min manatdan 276 milyon 406 min manata düşüb. Bu isə 28 milyon 306 min manat və ya 9,3% azalmadır.

Bankın ümumi öhdəlikləri isə illik müqayisədə 1 milyard 845 milyon 340 min manatdan 2 milyard 078 milyon 547 min manata yüksəlib. Bu, 233 milyon 207 min manat və ya 12,6% artım deməkdir. Eyni zamanda, Mərkəzi Bank və dövlət fondları qarşısındakı öhdəliklər 198 milyon 337 min manatdan 210 milyon 833 min manata yüksəlib. Artım 12 milyon 496 min manat və ya 6,3% təşkil edib. Kredit təşkilatları və digər maliyyə institutları qarşısındakı öhdəliklər də 56 milyon 71 min manat və ya 27,1% artıb.  Nəticədə artaraq 206 milyon 851 min manatdan 262 milyon 922 min manata çatıb. 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Nvidia", "Microsoft" açıq mənbəli süni intellekt modellərinə dəstək çağırışı edib

25.07.2026

Vizanız bir anda ləğv oluna bilər: ABŞ yeni qaydaları açıqladı

25.07.2026

Ağıllı eynək böhranı böyüyür: "Meta" hesabları bağlamaq qərarına gəldi

25.07.2026

"Patreon" əməkdaşlarının 20%-ni ixtisar edir

25.07.2026

"Yahoo" CEO-su: "Pizza restoranında işləyirdim, biznes haqqında heç nə bilmirdim"

25.07.2026
Bir çamadana təkər taxmaq niyə 5 min il çəkdi?

Bir çamadana təkər taxmaq niyə 5 min il çəkdi?

25.07.2026

Bakıda skuterlərlə bağlı yeni problem - VİDEO

24.07.2026

Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək?

24.07.2026

"OpenAI" "ChatGPT Health" funksiyasını ABŞ-da bütün yetkin istifadəçilər üçün istifadəyə verdi

24.07.2026

Azərbaycana bu il nə qədər avtobus gətirilib?

24.07.2026

Süni intellekt bazarı "Intel"in gəlirlərini artırdı 

24.07.2026

Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi

24.07.2026

Dünyanın ən dəyərli restoran şəbəkələri: "McDonald’s" zirvədədir

24.07.2026

Yüksək Texnologiyalar Parkına 4 yeni rezident qəbul edilib

24.07.2026

İlon Maskın şirkətləri birjada dəyər itirir

24.07.2026

Azərbaycanda işçi sayı ən çox artan iqtisadi fəaliyyət sahələri

24.07.2026
Hansı banklar daha çox faiz xərci çəkib?

Hansı banklar daha çox faiz xərci çəkib? - RENKİNQ

24.07.2026

Sığorta startapı 4 milyard dollar dəyərləmə ilə yeni investisiya cəlb edib

24.07.2026

Azərbaycanda 145 mindən çox qadın bu sahədə sahibkarlıqla məşğuldur - CƏDVƏL

24.07.2026

Şahin Cəfərzadə "Sea Breeze"in layihəsində marketinq direktoru vəzifəsinə təyin olunub

24.07.2026

Məzənnə

Yüklənir...