Avtobusla sərnişin daşımalarının həcmi artıb

Redaktor

19.01.2026 16:55
364

Avtobusla sərnişin daşımalarının həcmi artıb

2025-ci ilin yanvar-dekabr aylarında avtobus nəqliyyatı ilə 1 milyard 879 milyon 797,3 min nəfər sərnişin daşınıb.

Valyuta.az xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 124 milyon 617,8 min nəfər və ya 7,1% çoxdur. Ötən il bu göstərici 1 milyard 755 milyon 179,5 min nəfər təşkil etmişdi.

Ümumilikdə, hesabat dövründə ölkə üzrə 2 milyard 215 milyon 062,9 min sərnişin daşınıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 126 milyon 448,5 min nəfər və ya 6,05% artıma bərabərdir.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında ümumi sərnişindaşıma göstəricisi 2 milyard 88 milyon 614,4 min nəfər olub.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...