Redaktor
ARDNF İtaliyanın dəmir yolu operatoruna investisiya yatırıb
Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) ABŞ-ın “BlackRock” şirkətinin tərkibinə daxil olan “Global Infrastructure Partners (GIP)” tərəfindən idarə olunan investisiya fonduna qoşularaq İtaliyanın aparıcı yüksək sürətli dəmir yolu operatoru “Italo – Nuovo Trasporto Viaggiatori S.p.A (Italo)”ya 34,5 milyon Avro məbləğində sərmayə yatırıb.
Valyuta.Az-a bu barədə Fonddan məlumat verilib.
Məlumata görə, 2012-ci ildə yaradılmış “Italo”, İtaliyada ilk özəl yüksək sürətli sərnişin dəmir yolu operatoru kimi sektorda qabaqcıl şirkətlərdən biridir. Şirkət saatda 360 km-ə qədər sürət yığa bilən “25 AGV 575” və “26 Italo EVO” qatarlarından ibarət parkı ilə Milan-Roma dəhlizi də daxil olmaqla, İtaliyanın 54 şəhərini əhatə edən marşrutlarda fəaliyyət göstərir.
2024-cü ildə qlobal konteyner daşımaları sahəsində fəaliyyət göstərən “MSC” şirkəti “Italo”nun təxminən 50%-lik səhmlərini “GIP”-dən əldə edib. Qalan 50%-lik pay isə “GIP”, müştərək investorlar və “GIP” tərəfindən idarə olunan ARDNF-nin də daxil olduğu fondlara məxsusdur.
Qeyd edilib ki, yüksək əməliyyat göstəriciləri ilə səciyyələnən “Italo” dayanıqlı mobillik həllərinə artan tələbat fonunda böyük artım potensialına malikdir. Bu investisiya, uzunmüddətli investor olaraq dayanıqlı infrastruktur aktivlərinə sərmayələr həyata keçirməklə ARDNF-nin investisiya portfelinin şaxələndirilməsi baxımından strateji əhəmiyyətə malikdir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər10 gündə 40 mindən çox amerikalı Yaxın Şərqdən qaçdı
10.03.2026Ekspert: 2026 pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir
10.03.2026Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb
10.03.2026"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat
10.03.2026Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası
10.03.2026Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı - Fotolar
10.03.2026Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…
10.03.2026Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
10.03.2026Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?
10.03.2026“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib
10.03.2026Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı
10.03.2026C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb
10.03.2026Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur
10.03.2026Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib
10.03.2026Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı
10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar
10.03.2026SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır
10.03.2026