ABŞ-nin Vitse-prezidenti fevralda Azərbaycana səfər edəcək

Redaktor

24.01.2026 09:36
238

ABŞ-nin Vitse-prezidenti fevralda Azərbaycana səfər edəcək

ABŞ-nin Vitse-prezidenti Jey Di Vens fevralda Vaşinqtonun Cənubi Qafqazda davam edən sülh səylərinin bir hissəsi olaraq Azərbaycan və Ermənistana səfər edəcək.

Valyuta.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə "Truth Social" sosial şəbəkəsinda yazıb.

Onun sözlərinə görə, Vensin səfəri Azərbaycan və Ermənistan arasında sülh prosesini daha da irəli aparmağa, eləcə də "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) adlanan yolun həyata keçirilməsinə yönəlib.

Tramp vurğulayıb ki, ABŞ Azərbaycanla strateji tərəfdaşlığını gücləndirmək, Ermənistanla, o cümlədən sülh təşəbbüsləri və iqtisadi layihələr sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...