Redaktor
ABŞ fond bazarlarında texnologiya səhmləri yenidən ucuzlaşıb
Fevralın 4-də ABŞ fond bazarlarında əsas indekslər qarışıq dinamikayla bağlanıb.
Valyuta.az xəbər verir ki, texnologiya şirkətlərinin səhmlərinin dəyər itirməsi nəticəsində Nasdaq indeksi 1,5%, Standard & Poor’s 500 (S&P 500) indeksi isə 0,5% azalıb. Dou Cons Sənaye İndeksi isə 260 bənd və ya 0,5% artaraq rekord səviyyəyə yaxınlaşıb.
“Möhtəşəm Yeddilik” adlandırılan iri texnologiya şirkətlərinin əksəriyyətinin səhmləri ucuzlaşıb. Tesla 3,8%, Nvidia 3,4% dəyər itirib. Advanced Micro Devices (AMD) şirkətinin səhmləri müsbət maliyyə nəticələrinə baxmayaraq 17% enib.
Kriptovalyuta bazarında da geriləmə müşahidə olunub. Bitkoin 2024-cü ilin noyabrından bəri ən aşağı səviyyəyə düşərək 72 min dollaradək ucuzlaşıb.
Tənzilə Ağabalayeva