Redaktor
"A-Qroup Sığorta"nın yığımları 4,3% azalıb, ödənişləri isə 15,3% artıb
A-Qroup Sığorta Şirkətinin yığımları cari ilin yanvar-may aylarında 7 milyon 568 min manat təşkil edib.
Valyuta.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə şirkətin yığımlarında 341 min manat və ya 4,31% azalma olub.
Belə ki, sığorta şirkəti 2025-ci ilin müvafiq dövründə 7 milyon 909 min manat dəyəərində sığorta haqqı əldə edib.
“A-Qroup Sığorta Şirkəti”nin ödənişlərində isə illik müqayisədə 697 min manat və.ya 15.30% artım olub.
Belə ki, sığorta şirkəti ötən ilin eyni dövründə 4 milyon 554 min manat ödəniş etdiyi halda, bu göstərici bu ilin ilk 5 ayında 5 milyon 251 min manat təşkil edib.
“A-Qroup Sığorta Şirkəti” cari ilin ilk 5 ayında topladığı hər 100 manatdan 69,38 manatını ödənişə ayırıb. Xatırladaq ki, ötən ilin eyni dövründə bu göstərici 57,57 manat idi.
Sərvanə Rəmixanova