63 yaşlı arıçı qadın: "İş çətindir, amma məhsul kimi şirin gəlir"

Redaktor

08.03.2025 14:10
1,618

63 yaşlı arıçı qadın: "İş çətindir, amma məhsul kimi şirin gəlir"

25 ildir arıçılıq sahəsində çəkilən zəhmət, qazanılan təcrübə və peşəkar bir arıçı qadın yetişdirib. Bəli, söhbət işinin peşəkarı olan 63 yaşlı Bahilə İsmayılovadan gedir. 25 ildir ki, arıçı xanım fiziki cəhətdən çətin olan bu sahədə illərin təcrübəsini qazanıb.

Arıçı xanım işinin öhdəsindən peşəkarlıqla gəlir. Bahilə xanım yalnız arıçı deyil, eyni zamanda texnologiya universitetində xalçaçı dizayner kimi də fəaliyyət göstərir.

İşinin peşəkarı olan zəhmətkeş arıçı Bahilə İsmayılova Valyuta.az-a bildirib ki, arıçılıq sahəsinin incəliklərini dədə-babadan götürüb: "Gözümüzü açıb bu işi görmüşük. Mən də özümü bu işdə tapdım. Deyirlər ki, aslanın erkəyi dişisi olmaz. Həvəsin varsa, hər iş insan əlində acizdir, mən işimdən zövq alıram, işimin ağırlığını hiss etmirəm".

Ağaca baxdım, yuxarıda…

Bahilə xanım deyir ki, həvəsi olduğu üçün zamanla işini böyüdüb: "Arıları tapmaq, onları bəsləmək rahat deyil. Gərək həvəsin olsun, işini düşünəsən ki, onun davamı gəlsin. Lap ata-anadan sənə nə qədər arı ailəsi qalsa da, sən onları bir-iki ilə məhv də edə bilərsən. Mən isə zövq aldığım üçün bu işi böyütməyə fokuslu idim. Deməli, bir dəfə yolla gedəndə, ayağıma tikan batdı, bir ağacdan tutub dayandım. Yuxarı baxanda arıları gördüm. Qayıdanda onları vedrəyə yığdım, evə gətirdim və onlara yuva qurdum. Beləcə arı ailələrini artırırdım”.

"Bilirsiniz, bu sahə elə sahədir ki, gəlir gələndə üzün gülər, amma çətinlikləri də olur, bu sahə səni çətin vəziyyətdə saxlaya bilir” - deyə Bahilə xanım əlavə etdi.

Arının hər şeyi dəyərlidir

B.İsmayılova deyir ki, arının hər məhsulu gəlir verir, xeyirli sahədir: “Arının özü, mumu, balı, hər şeyi dəyərlidir. Ona görə bu sahə xüsusi diqqət tələb edir. Amma bu peşəni çox sevirəm və mənə ağır gəlmir. Hər işin çətin tərəfləri ola bilər, əsas olan onu sevərək görə bilməyindir. İş çətindir, amma məhsul kimi şirin gəlir"

Arılar kütləvi məhv olur

B.İsmayılova arıçılıq sahəsinin çətinliklərindən danışdı: “Əvvəllər çətinlik çəkmirdim, 4 ildir çox çətinlik çəkirəm. 4-5 il bundan əvvəl kütləvi qırılma oldu, 100 arı ailəsi məhv oldu və getdikcə arı ailələri azalmağa başladı. Yeni çıxan dərmanlardan istifadə etsəm də, heç bir xeyri olmadı. Bir neçə il bundan əvvəl 5 il Prezident subsidiya verdi, bütün müalicə xərcini gördüm. İndi də iki ildir arılar kütləvi məhv olur. Hətta 3 ilə 86 pətək məhv oldu. Əkinçilikdə istifadə olunan dərmanlar arıları məhv edir, gedən arılar geri dönmür. Kütləvi məhvin qarşısını almaq üçün təbii bitkilərdən siroplar hazırlayıram”.

{gallery}

Sərvanə Rəmixanova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

10 gündə 40 mindən çox amerikalı Yaxın Şərqdən qaçdı

10.03.2026

Ekspert: 2026 pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir

10.03.2026

Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb

10.03.2026

"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat

10.03.2026

Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası

10.03.2026

Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı  - Fotolar

10.03.2026

Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…

10.03.2026

Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib

10.03.2026

Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?

10.03.2026

“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib

10.03.2026

Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı

10.03.2026

C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb

10.03.2026

Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur

10.03.2026

Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib

10.03.2026

Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı

10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar

2026-cı il üçün Bakıda ən yaxşı startaplar

10.03.2026

SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır

10.03.2026
"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur"

"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur" - Bank eksperti

10.03.2026

“Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb

10.03.2026

"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

10.03.2026

Məzənnə

Yüklənir...